"Daxili Işlər Nazirliyinə çağrılmağımla bağlı, verdiyim açıqlamya uyğun olaraq, bildirmək istəyirəm ki, bu gün saat 16:00-da nazirliyin mətbuat xidmətində oldum.
Xidmət rəhbəri, polis polkovniki Ehsan Zahidovla və onun müavini Orxan Mansurzadə ilə görüşümüz baş tutdu. Görüş zamanı, DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsinin mülki geyimli əməkdaşlarının, məni, 10 sentyabr 2019-cu il tarixdə, axşam saatlarında şəxsi işimlə əlaqədar Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin köhnə binasının yerləşdiyi ərazidə olarkən, zorla idarənin inzibati binasına aparmaları və orada şöbə rəisinin mənimlə kobud rəftarı ilə bağlı DIN-ə daxil olan şikayətimi aydınlıq gətirmək üçün müzakirə apardıq. Ehsan Zahidov mənə bildirdi ki, bu məsələ ilə bağlı cənab nazir xüsusi tapşırıq verib və mənimlə kobud rəftar edən həmin şöbə rəisi haqqında ciddi ölçü götürüləcəyini bildirib. Hətta müzakirə zamanı xidmət rəhbəri onu da bildirdi ki, cənab nazirin, vəzifə və səlahiyyətlərindən aslı olmayaraq, bütün polis əməkdaşlarının vətəndaşlarla normal rəftar etmələri haqqında ciddi göstərişləri var. Hər bir polis işçisi verilən tapşırığa əməl etməlidir. Bu gün, nazirlik də, bu istiqamətli tədbirlərini daha da genişləndirir. Ehsan Zahidov müzakirələr zamanı ortaya qoyulan problemləri cənab nazirin diqqətinə çatdıracağını xüsusi vurğuladı. Bugünkü danışıqlardan sonra gözlənilir ki, general-polkovnik Vilayət Eyvazov vətəndaşlara göstərilən polis kobudluğunun qarşısını alacaq."
Şirin Cəfəri, ''Gündəm Xəbər'' qəzetinin təsisçisi və Baş redaktoru
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?