GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ceyhun Bayramovun məktəblərində “PAYIZ YIĞIMI" başladı...

Ceyhun Bayramovun məktəblərində “PAYIZ YIĞIMI" başladı...

Tarix: 25-09-2019, 14:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 665
Ceyhun Bayramovun məktəblərində “PAYIZ YIĞIMI" başladı...


Bir 1992-ci ilin işıqlı insanı, gözütox adamı, bacısı üçün belə saxtakarlıq etməyən mərhum Vurğun Əyyuba baxırsan, bir də günümüzün islahatçısı kimi təqdim olunan gənc təhsil naziri Ceyhun Bayramovun fəaliyyətinə…
Bu yazı ibrətamiz bir dövrdə, hamının nəcib insanla vidalaşdığı vaxtda qələmə alınıb. TQDK sədri ola-ola öz bacısına saxta yolla bal yığdırmaqdan imtina edən Vurğun Əyyubla vidalaşarkən ikrah hissi doğuran xəbərlər gəlməkdəydi: məktəblərdə pul yığmağa başlanıb…


Hə, Vurğun Əyyub bir nur idi, ziyası hər yeri aydınlaşdırdı, bu günə kimi azərbaycanlı balaları onun test üsulunun meyvələrini yeməkdədir. Kasıbı da, yoxsulu da test imtahanının hesabına, rüşvətsiz ali məktəbə daxil olmaq, tələbəlik sevincini yaşamaq haqqına malikdir. Bəli, bu kişinin zəhmətinin, bu ziyalının əməyinin bəhrəsidir. Ancaq xalq Vurğun bəyin gedişinə göz yaşı tökərkən, adamın ətini tökən məlumatlar dolaşmağa başladı: yenə də Müəllimlər Günü münasibəti ilə xərac, ianə, sədəqə yığmaq prosesi vüsət götürüb. İntəhası, indi müasir dövrdü, həyat elektronlaşıb, texnoloji yeniliklərlə ayaqlaşmaq zamanıdır. Ona görə də məktəblərin valideyn komitələri tərəfindən yaradılan vatsap qruplarında bu məsələlər həll olunur.
Reportyor.info-ya sızan informasiyalara görə, yeni tədris ili başlar-başlamaz, şagirdlər dərslərə uyğunlaşmamış artıq 4 oktyabr hazırlıqları start götürüb. Konkret bir məktəbdən, hansısa təhsil ocağından söhbət getmir. Ümumiyyətlə, kütləvi şəkildə orta məktəblərdə, liseylərdə Müəllim Gününə görə adambaşı aşağısı 20 manatdan başlayaraq ən “burjuy” təhsil ocaqlarında isə 100 manata qədər yığılır. Geriyə dönüb bir 1992-ci ilin işıqlı insanı, gözütox adamı, bacısı üçün belə saxtakarlıq etməyən mərhum Vurğun Əyyuba baxırsan, bir də günümüzün islahatçısı kimi təqdim olunan gənc təhsil naziri Ceyhun Bayramovun fəaliyyətinə…
Biz iddia etmirik ki, yığılan pullardan nazirə çatır və ya nazirin xəbəri ola-ola belə “təhsil bazarı” davam edir. Hər halda nazirlikə məsul şəxslərin, Bakı Təhsil İdarəsinin, rayon təhsil şöbələrinin “payız yığımı”ndan xəbəri var. Çünki piramida şəklində bölüşdürülən, iyerarxik sistemə çevrilən bu işdə məktəblərin direktorlarının, müavinlərin, müəllimlərin payından əlavə, daha da “yuxarı”ların öz “haqqı” olmamış deyil. Artıq vatsap qruplarda valideynlər arasında məbləğlər razılaşdırılır, Müəllim Günü nə qədərdən pul yığılması müəyyənləşdirilir və komitə rəhbəri ilə sinif rəhbərinin sövdələşməsi əsasında bütün valideynlərə danışıqların ümumi nəticəsi çatdırılır.
Əvvəllər, sosial şəbəkələr inkişaf etməmişdi, müəllimlər üçün pul yığılması ağızdan-ağıza, kustar formada həyata keçirilirdisə, indi “müasirləşib” və vatsapla məsələlər həll olunur, heç bir risqə, direktorların, müəllimlərin qorxu keçirməsinə ehtiyac qalmır. Əldə etdiyimiz məlumatlarda deyilir ki, istərsə Bakı, istərsə ətraf qəsəbələrin, istərsə də regionların orta məktəblərində analoji proses gedir. Məsələ isə bunda deyil, insanlar vərdiş ediblər, normaya çevrilməkdədir.
Mikayıl Cabbarovun dövründə də müəllimlər günü üçün pul yığılması ənənəsinə son qoyulmayıb, Ceyhun Bayramovun rəhbərliyi altında da təhsil ocaqlarında biabırçı yığım davam etməkdədir. Hər iki nazir islahatçı kimi cəmiyyətə təqdim edilir, hər ikisi guya təhsil sistemində reformalar aparıb, amma adicə 5 oktyabr “bazarı” yığışdırılmır. Necə olur ki, nazir məsələdən xəbər tutmur? Axı, bu cür pulyığma kampaniyaları C.Bayramovu da, görülən işləri də gözdən salır?! Bəs, bunun harası islahat oldu? Prezident dəyişikliklər həyata keçirir, islahatlar aparır, şəffaflığın təmin olunması üçün kadr və struktur yeniləmələri edir, amma görürsən ki, Ceyhun Bayramovun vaxtında da arxaik, neolit dövründən qalmış bəzi hökmlər hakimdir.
Bizdən konkret məktəb adı soruşmayın, valideyn olanların hamısı bilir ki, bütün təhsil ocaqlarında 5 oktyabr hazırlığı gedir. Hətta bir çoxunda pullar yığılıb, növbəti həftələrdə müəllimlərə mükafat, bayram hədiyyəsi olaraq təqdim ediləcək. Sual edən yoxdur ki, bu müəllim şagirdə hansı savadı, biliyi öyrətdi, nə məqsədlə ona peşə günü ilə bağlı ənam verilməlidir. Nazirlik hərə dəfə bəyan edir ki, fond pulu və digər yığımlar olmamalıdır, nəzarət gücləndirilib, sistem dəyişib. Amma köhnə qaydaların tətbiq olunduğu göz qabağındadır. Baxmayaraq ki, nəsil dəyişib, gənc pedaqoqlar işə cəlb edilib, düşüncə, təfəkkür və ən əsası idarəçilik hec dəyişməyib…
Deməyə söz qalmır, sadəcə, geriyə dönüb bir 1992-ci ilin işıqlı insanı, gözütox adamı, bacısı üçün belə saxtakarlıq etməyən mərhum Vurğun Əyyuba baxırsan, bir də günümüzün islahatçısı kimi təqdim olunan gənc təhsil naziri Ceyhun Bayramovun fəaliyyətinə…

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vurğun Əyyub VƏFAT ETDİ

    Vurğun Əyyub VƏFAT ETDİ ...

    24-09-2019, 13:00

  • 
  • Rus mediası Vurğun Əyyubdan yazdı: “O, ailəsi üçün böyük heç nə qoymadı və xalqdan heç nə oğurlamadı…”

    Rus mediası Vurğun Əyyubdan yazdı: “O, ailəsi ...

    25-09-2019, 14:42

  • 
  • Vurğun Əyyub Müsavatdakı son dəyişikliklərdən danışdı

    Vurğun Əyyub Müsavatdakı son dəyişikliklərdən ...

    23-12-2013, 12:23

  • 
  • ABBASZADƏ ÜÇÜN CIZILMIŞ YENİ PLAN

    ABBASZADƏ ÜÇÜN CIZILMIŞ YENİ PLAN ...

    4-02-2016, 22:35

  • 
  • Vurğun Əyyub Məleykə Abbaszadəni “topa tutdu”

    Vurğun Əyyub Məleykə Abbaszadəni “topa tutdu” ...

    23-09-2017, 20:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (378)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu