“Hesab edirəm ki, Müsavat partiyasının qadın təşkilatı . Ellada Məmmədlinin bacarığı və təşkilatçılığı sayəsində daha da irəli gedəcək”.
Bunu AzNews.az-a Müsavat Partiyasının divan üzvü Vurğun Əyyub bildirib. Onun sözlərinə görə, o, AXC kimi böyük və mürəkkəb şəraitdə fəaliyyət göstərmiş bir təşkilatda böyük zəhməti olan xanımdır:
“Əvvəlki sədr Vəfa xanıma fəaliyyətinə və fədakarlığına görə təşəkkür etmək lazımdır. Ellada xanım da təcrübəli insandır. Mən onu hərəkatın ilk illərindən tanıyıram. Böyük və şərəfli bir mübarizə yolu keçmiş xanımdır. AXC kimi böyük və mürəkkəb şəraitdə fəaliyyət göstərmiş bir təşkilatda təşkilati məsələlərdə böyük zəhməti olub. Sonrakı mübarizəsini Müsavat Partiyasında davam etdirib”.
“Müsavatın Partiyası sədrinin müşaviri Yeganə Hacıyevanın istefa səbəbini necə izah edərsiniz” sualına divan üzvünün cavabı belə oldu: “Yeganə xanımın gedişinin səbəbləri mənə bəlli deyil. Normal yanaşıram, hər kəs öz yolunu seçməkdə azaddır”.
Xatırladaq ki, Müsavat Partiyasının qərargahında Müsavat Qadın Birliyinin III hesabat-seçki yığıncağı keçirilib. Ellada Məmmədli Müsavat Partiyasının qadın təşkilatının sədri seçilib.
Sorğu
Yeni dizaynımız necədir?