GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » BNA-da “işgəncə kralı”: xalqdan milyonlar soyan agentlik ifşa oldu - Faktlar

BNA-da “işgəncə kralı”: xalqdan milyonlar soyan agentlik ifşa oldu - Faktlar

Tarix: 30-09-2019, 10:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 709
BNA-da “işgəncə kralı”: xalqdan milyonlar soyan agentlik ifşa oldu - Faktlar


...2001-ci il. Braziliya, Meksika, Kolumbiya serialları bumudur. Dövlət televiziyasına Latın Amerikasının ailə-məişət teleserialları ayaq açıb; “Qvadalupe”, “Dul qadın Blanko”, “Mariya” və...“Səhrada məhəbbət” teleserialları 90-lar nəslinin yaddaşlarında olar.

Sonuncu serialın çox məşhur bir personajı varıydı - Kubillos...Heç kəsin sağ çıxa bilmədiyi “Faralion” həbsxanasının leytenantı, “işgəncə kralı” idi.
O seriala baxanlar yaxşı xatırlayar ki, Kubillos adı dillərdə əzbər gəzirdi, azərbaycanlılar bu obraza nifrət edirdilər. Onun zahiri görünüşü ilə əməlləri düz mütənasiblik təşkil edirdi. Sanki içi çölünə təzahür eləmişdi.
Və seriala baxan hər kəs ...“Səhrada məhəbbət”in sublimasiyasını yaşayırdı, türmənin “cəlladı” Kubillosu qeyri-ixtiyarı lənətləyirdi, hətta gündəlik hətta öz düşmənlərini bu personaya bənzədirdilər.
Görünüş və əməl baxımından Kubillos obrazından o qədər də ciddi şəkildə seçilməyən Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimlinin fərqi, sadəcə, türmədə yox, paytaxtda sürücülərə qarşı “işgəncə kralı” olmasıdır. Allah üzümüzə baxıb, yaxşı ki həbsxana rəisi və ya “nadzor” olmayıb...



GundemXeber.Az xatırladır ki, ötən həftələrdə Anaxeber.info-da video yayılmışdı. Qeyd edək ki, təkcə bu kadrlar hansı qəddarlığın, zülmün baş verdiyini tam çılpaqlığı ilə əks etdirirdi.
Keçmiş nazir Ziya Məmmədovun vaxtilə qoçuluq edən quldurlarından davranışca fərqlənməyən nəqliyyat müfəttişi sürücüyə dayanma-durma qaydasını pozmağa görə cərimə yazarkən onunla əlbəyaxa olur, qarşıdurma yaradır.

Sürücülərin canını boğazına yığan ilk nəqliyyat müfəttişi deyil, BNA-nın küçələrə səfərbər olunan əli planşetli əməkdaşları camaatı təngə gətirib.
Bu qurum prezident tərəfindən ona görə təsis edilmişdi ki, şəhərin nəqliyyat sistemində, dayanma-durmada, avtoparklarda səliqə-sahman yaradılsın, hərəkət tənzimlənsin.
Amma yeni parkinqlər təşkil edilməmiş V.Kərimlinin qoçuları ağına-qarasına baxmadan ucdantutma harada dayanmış maşın görürlərsə ki, xəlvətcə çəkib qaçıb gizlənirlər, sonra sürücünün telefonuna cərimə edilməsi barədə məktub yollayırlar.
Prezident bu qurumu yaratmamışdı ki, yenidən narazılıq baş qaldırsın, əhali partlayış həddinə çatsın. Sürücüləri döyən, maşınların nömrəsini açıb aparan, avtomobillərə oturub sürücülük vəsiqəsini götürən, maşın sahiblərini şül-küt edən Ziya Məmmədovun quldurları ona görə yığışdırıldı ki, narazılıq pik həddə çatmışdı, camaat üsyana qalxırdı, sürücülər aksiyalar keçirirdilər. Rəsmən nəqliyyat qoçuları sürücüləri əzişdirirdilər.
Vüsal Kərimlinin təyinatı və BNA-nın təsisatı məhz bu neqativ halları aradan qaldırmağa hesablanmışdı. Amma görünür ki, prezidentə qarşı növbəti sosial təxribat hazırlanır.
Məqsəd BNA-nın büdcəsini doldurmaqdır və bu acgözlüyü sürücülərə Kubillos kimi işgəncə verən Vüsal Kərimli ilə komandası həyata keçirir.



Müfəttişlər özlərini Ziya Məmmədovun qudurğanları kimi aparırlar, heç kəsə rəhm etmirlər, xəbərdarlıq etmədən total şəkildə cərimə yazırlar.
Hətta belə iddialar var ki, BNA əməkdaşları işə götürülərkən sırf həmin “meyar”lar, “kriteriya”lar əsas götürülür. Yəni, daha zülmkar, qaniçən, kasıb sürücüləri cərimələyən şəxslər BNA-nın nəqliyyat müfəttişi olurlar.
Sosial şəbəkələrdə dolaşan informasiyalarda da iddia edilir ki, Vüsal Kərimlinin qeyri-rəsmi tapşırığı əsasında nəqliyyat müfəttişləri Bakı yollarına səfərbər olaraq, büdcəni doldurmaq naminə cərimələr yazırlar, əvəzində isə bunun hansı siyasi məsuliyyət daşıdığını, sosial zülmə gətirib çıxardığını hesablamırlar və çanaq yenə də hakimiyyətin başında çatlaya bilər.
Çünki prezident sosial islahatlar həyata keçirməyə, insanlar üçün xidmət sektorunu yaxşılaşdırmağa çalışır, göstərişlər verir, layihələr icra edilir, dayanma-durma səlahiyyətlərinin də DYP-dən alınıb BNA-ya verilməsində niyyət islahatlar aparmaq, narazılığa son qoymaq idi.
Lakin ortada dəhşətli bir mənzərə var - Kubillos dustaqlara, Kərimli isə sürücülərə işgəncə verir, Ziya Məmmədovun aqibətini xatırlamaq istəmir...
Sürücülər də bildirirlər ki, BNA DYP-nin 7 arxadan dönənlərinə rəhmət oxudur. Əməkdaşlarının hərəsinin qoltuğuna bir “dayan-durma qadağandır” nişanı veriblər ki, harda boş yer gördünüz, mıxçanızı basdırın ora. Üzünü sağa çevirirsən, sola qaytaranda bir qadağa nişanı görürsən.
Qısası: BNA paytaxtın dörd-bir yanında pullu dayanacaqlar işlədir - yarım saatı 20 manat. Yetim "parkovşiklər" qəpik-quruş alırdılar...
Məsələn, aptekin qarşısında 3-5 dəqiqə saxlayıb dərman almaq istəyənə cərimə tətbiq olunur. Bir sürücü avtomobilini saxlayıb sərnişin düşürür və 20 manat məbləğində cərimə olunur.

Bu, nə qədər ədalətlidir? Əvvəla qurum düzgün işləsə, şəhərdəki bütün apteklərin qarşısında dayanmağa icazə verməlidir.
Feysbuk istifadəçisi Bəkir Osmanoviç bildirir: “AMAY-ın qarşısında olan avtomobil dayanacağı qanunidir? Bu həftə iki dəfə orada avtomobilimi park etmişəm, amma axşam mesaj gəlib ki, dayanma nişanına görə cərimələnmişəm. Bu arada, şəkillər telefonla çəkilir, nəzarət kamerası ilə deyil”.
Vətəndaş Naib Hacıyev söyləyir: “Bakı Nəqliyyat Agentliyi sürücülərə bir ünvan desin, işimizi bilək. Belə getsə, biz sürücülər də Agentliyin işçilərinin avtomobillərini düzgün park etmədikləri yerdə çəkib göndərməli olacağıq.
Onlar da cərimələnsinlər. Agentliyin işçiləri ancaq cərimələməklə məşğuldurlar, bəs onların özlərini kim cərimələyəcək?!”
Bu şikayətlər sadəcə, bir-iki nümunədir, onlarla belə sürücü “os püskürür” və yazılanlar vəziyyəti tam ifadə edir.
Sıravi vətəndaşlar, ziyalılar, şou biznes nümayəndələri, televizya aparıcıları, hətta deputat və diplomatlar da bu qurumun fəaliyyətini tənqid edir. Vəziyyət isə düzəlmək əvəzinə, daha da pisləşir. Görün, narazılıq hansı həddə çatıb ki, şou-biznes adamı Tolik də V.Kərimliyə etirazını bildirmişdi.
Sitat: “"Mənə çox maraqlıdır, hörmətli Vüsal müəllim, bu qədər insanların narazılığını görürsünüz?
Bu qədər insanın haqqını sizin o işçiləriniz yeyir, haram xoşları olsun. Mənim 20 manatım var, 100 dəfə də çəksələr, it aparan olsun, verəcəyəm pulu. Elə bilərəm, nəzir verirəm.

Amma kasıbların maşınını çəkdiyiniz bəsdir. Camaat 20 manata evinə bazarlıq edib, aparıb balalarına yedizdirər!
Mənə maraqlıdır, sizin maşınlarınızın adı heç BNA kameralarına tuş gəlib, yoxsa olmaz, rəisin qohumları, əqrəbaları xüsusi siyahıdadır?”
Bundan əvvəl də BNA müxtəlif səviyyələrdə tənqid olunub. Məsələn, Milli Məclisin deputatı Fazil Mustafa bir müddət əvvəl parlamentdə çıxışı zamanı BNA-nın məsuliyyətsiz bir quruma çevrildiyini deyib:
“Bakı Nəqliyyat Agentliyi dayanacaq olmayan yerlərdə park edən maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini bitmiş hesab edir.
Halbuki ən vacib məsələ piyadaların həyati təhlükəsizliyidir, bu xidməti isə göstərməyə laqeyd yanaşırlar.
Ancaq ölkə prezidentinin və digər vəzifəli şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında yeniləyirlər, şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər.
Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm. İçinə nə qatırlarsa, bir neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada ölümlərinin və xəsarət almalarının sayını artıra bilər”.
Vəssalam, hər şey göz qabağındadır, tək media yazmır, aşağıdan yuxarıya çoxu narazılıq edir. İndi söz məsul şəxslərindir, dövlət rəhbərliyindən göstəriş verilməsi gözlənilir...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məşhur “işgəncə kralı” həbs oluna bilər- HƏBSXANA RƏİSİ OLMUŞ ƏLİ ƏMİROV BARƏSİNDƏ ARAŞDIRMA BAŞLAYIB

    Məşhur “işgəncə kralı” həbs oluna bilər- HƏBSXANA ...

    3-10-2016, 21:57

  • 
  • "Survivor" iki həftədir bu seriala uduzur

    "Survivor" iki həftədir bu seriala ...

    23-02-2016, 17:13

  • 
  • Böyük Səhrada naməlum sivilizasiyanın izləri aşkarlandı

    Böyük Səhrada naməlum sivilizasiyanın izləri ...

    11-02-2019, 10:35

  • 
  • Məhəbbət Kazımovun ailəsi dövlət dəstəyindən imtina etdi

    Məhəbbət Kazımovun ailəsi dövlət dəstəyindən ...

    30-01-2014, 12:15

  • 
  • 1 SAYLI “ZON”DA İŞGƏNCƏ

    1 SAYLI “ZON”DA İŞGƏNCƏ ...

    11-08-2016, 17:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu