GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səlim Müslümovun “Ağsu aşırımı”- sabiq nazir rayonu necə nəzarətdə saxlayıb?

Səlim Müslümovun “Ağsu aşırımı”- sabiq nazir rayonu necə nəzarətdə saxlayıb?

Tarix: 2-10-2019, 14:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 550
Səlim Müslümovun “Ağsu aşırımı”- sabiq nazir rayonu necə nəzarətdə saxlayıb?

Ağsunun işdən çıxarılan icra başçısı haqda çoxsaylı şikayətlər vardı; sabiq nazirin dayısı Ənvər Seyidəliyevdən sonra sırada kimlər var...

Sentyabrın 30-da dövlət başçısının sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad edilib. Rayona təyin olunmuş yeni icra başçısı Vahid Tağıyev oktyabrın 1-də kollektivə təqdim olunub. V.Tağıyevi kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Vahid Tağıyev haqqında internetdə yeganə məlumat isə onun keçmiş MTN zabiti olmasıdır. Belə ki, 27 mart 2006-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin təltif olunan bir qrup əməkdaşı arasında onun da adı var. Həmin zaman polkovnik rütbəsində olan Tağıyev Vahid Heydər oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevin vəzifədən çıxarılacağı ilə bağlı xəbərlər çoxdan var idi. Ənvər Seyidəliyev 1950-ci ildə S.Müslümov kimi Ağsunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Politexnik İnstitutunu bitirib. 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışıb.

1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışıb. 2007-ci ilin dekabrında Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

İcra başçısının təkcə dayısı ilə deyil, sabiq nəqliyyat naziri Ziya Məmmədovla biznes ortağı olması iddia olunurdu. Yada salaq ki, 2003-2007-ci illərdə o, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də idarə rəisi vəzifəsində işləyib. S.Müslümovun nazir olduğu dönəmdə rayon tam qohumların nəzarətinə keçib, bütün mühüm vəzifələrə yerləşə biliblər.

Səlim Müslümov hələ nazir olduğu zamanlarda icra başçısının dövlətin fermerlərə dəstək üçün ayırdığı pulları yaxın çevrəsi arasında bölüşdürməsi barədə mətbuatda məlumatlar dərc edilirdi. İddia olunurdu ki, rayon sakinləri və fermerlər Prezident Administrasiyasına kütləvi şikayət məktubları göndərib.

Şikayət məktubları əsasən Ağsu şəhərinin və rayonun kəndlərinin abadlaşdırılması və yolların yenidən çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsaitin böyük qisminin mənimsənilməsi, həmin işlərin icra olunması üçün maliyyə vəsaitini ayrı-ayrı vəzifəli şəxslərdən və sahibkarlardan toplanması, rayonda əkin üçün yararlı olan torpaq sahələrinin zəbt etməsi barədə olub. İcra başçısı özünün əkin sahələrində rayon camaatını qəpik-quruşa işlədib, hətta son vaxtlar zəhmət haqqını da vermirmiş. İcra hakimiyyətinin aztəminatlı, əlil və şəhid ailələrinə də sayğısız münasibət göstərdiyi deyilirdi. Son aylar Ağsu İcra Hakimiyyətində ciddi yoxlamaların aparıldığı da gələn xəbərlər sırasında idi. Sabiq icra başçısının qardaşı Fətulla Seyidəliyevin hazırda “Kapitalbank”ın rayon filialının müdiri olduğu, digər qardaşının təqaüdçü olsa da, rayon pambıq qəbulu məntəqəsində müdiri işlədiyi bildirilir.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırkı iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim işləyir. O, iqtisad elmləri doktoru, professordur.

Gözlənilir ki, yaxın günlərdə S.Müslümovun və yaxın qohumlarının “Ağsu aşırımı”ndakı hökmranlığına tam son qoyulsun. //musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • PREZİDENTDƏN SƏRƏNCAM - Ağsunun icra başçısı vəzifəsindən azad edildi

    PREZİDENTDƏN SƏRƏNCAM - Ağsunun icra başçısı ...

    30-09-2019, 16:05

  • 
  • Ağsu: Səlim Müslümov və qohumlarının girovuna çevrilən rayon

    Ağsu: Səlim Müslümov və qohumlarının girovuna ...

    25-11-2014, 19:44

  • 
  • Ağsunun da icra başçısı yol üstədir – Ənvər Seyidəliyev qurtula biləcəkmi?

    Ağsunun da icra başçısı yol üstədir – Ənvər ...

    1-11-2018, 16:03

  • 
  • Səlim Müslümov ölkədən gedib? - İcra başçısı işləyən dayısından açıqlama

    Səlim Müslümov ölkədən gedib? - İcra başçısı ...

    5-06-2018, 12:19

  • 
  • Səlim Müslümovun rayonundan üsyan anonsu

    Səlim Müslümovun rayonundan üsyan anonsu ...

    23-01-2013, 10:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu