GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat

"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat

Tarix: 12-10-2019, 19:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 467
"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat


Astara Rayon İcra Hakimiyyəti “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti ilə 259 min 189.53 manat dəyərində müqavilə imzalayıb.

Gundemxeber.Az yenisabah.az-a istinadla xəbər verir ki, müqavilə rayon ərazisində yolların əsaslı təmiri məqsədilə imzalanıb. Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

Açıq mənbələrdə “Elnur-2” şirkəti və onun qanuni təmsilçisi Zaur Abıyevin adı yalnız “MTN işi” ilə bağlı materiallarda keçir. Zaur Abıyev bu iş üzrə zərərçəkən kimi tanınıb. O, məhkəmə istintaqı zamanı ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar.

Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib.

Zaur Abıyevin sözlərinə görə, həmin dövrdə rəhbərlik etdiyi şirkət Saatlı Olimpiya kompleksinin tikintisini də həyata keçirib. “İntensiv-Servis” şirkətinin yerinə yetirdiyi işlər üçün “Elnur-2”nin təsisçisi öz vəsaiti hesabına tikinti materialları alıb, sonradan hesaba gələn pullar təchizatçıların hesablarına və əməkdaşların əməkhaqlarına xərclənib.

Fəqət, vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügdən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.

Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.

“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyevanın şahid qismində verdiyi ifadə isə bəzi mətləblərə aydınlıq gətirdi.

Onun sözlərinə görə, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb. Şahid əlavə edib ki, sözügedən gün şirkətin ofisinə 3 nəfər MTN əməkdaşı gəlib və o zamankı direktor Əlizadə Abduləliyevlə görüşüblər. Mühasib şirkətdə 40-50 nəfər əməkdaşın çalışdığını sözlərinə əlavə edib.

Şahid Əlizadə Abduləliyev ifadəsində deyib ki, orta təhsilli olmasına baxmayaraq, 2005-ci ildən 2015-ci ilədək “Elnur-2” şirkətində direktor vəzifəsində çalışıb. Onun sözlərinə görə, şirkətdə 100 nəfərə yaxın əməkdaş işləyib və əməkhaqqı alıb. Yeri gəlmişkən, vəkil Adil İsmayılov sonradan sənədlərlə göstərdi ki, şirkətdə fəhlə kimi qeydiyyatda olan şəxslərin aylıq maaşı 90 manata bərabər olub. Ən yüksək maaş alan direktorun aylıq məvacibi isə 450 manat imiş.

Əlizadə Abduəliyevin sözlərinə görə, ofisə gələn MTN əməkdaşları arasında Zaur Məmmədovu xatırlayır və təqsirləndirilən vəsiqəsini göstərərək, özünü təqdim də edib.

Zaur Abiyev də iddia edib ki, həmin saatlarda MTN-də saxlanılıb və nazirlikdə olduğu bütün vaxt ərzində təqsirləndirilən Zaur Məmmədov onunla bir otaqda olub. İfadələrdəki bu uyğunsuzluğu “Elnur-2” şirkətinin əməkdaşları izah edə bilməyiblər.

Astara Rayon İcra Hakimiyyətinin nizamnamə kapitalı 1 manat 60 qəpik olan bir şirkətlə böyük məbləğli müqavilə imzalaması maraqlı görünür. Digər tərəfdən Zaur Abıyevin “MTN işi” ilə bağlı məhkəmə verdiyi ifadədə “620 min manat müəmması” da bu tenderin şəffaflığına müəyyən şübhələr yaradır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elnur Aslanovun da Avropadan şirkəti çıxdı-FOTO

    Elnur Aslanovun da Avropadan şirkəti çıxdı-FOTO ...

    28-01-2019, 11:04

  • 
  • Elnur Vaqifoğlu 10 min manatlıq mükafatını istəyir

    Elnur Vaqifoğlu 10 min manatlıq mükafatını istəyir ...

    19-05-2017, 15:50

  • 
  • Cocuq Mərcanlıda yeni şirkət yaradılıb

    Cocuq Mərcanlıda yeni şirkət yaradılıb ...

    29-05-2018, 10:47

  • 
  • Azərbaycanda Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılıb

    Azərbaycanda Rəqəmsal İnnovasiyalar Mərkəzi ...

    5-07-2018, 10:54

  • 
  • Türkiyənin Ukraynadan “Konus” raketlərinin alınmasına dair müqavilə imzalanıb

    Türkiyənin Ukraynadan “Konus” raketlərinin ...

    2-05-2019, 13:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (313)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu