“Əgər ifadələrdə mənimlə bağlı iddialar doğrudursa, o zaman mənə ayrılan 10 min manat mükafatı tələb edirəm”.
Bu sözləri 24saat.org-a MTN-nin “agent qalmaqalı”nda adı hallandırılan Elnur Vaqifoğlu bildirib. Yada salaq ki, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyevlə barəsindəki cinayət işinin istintaqı zamanı verilən ifadələrdə Elnur Vaqifoğlunun “TT” kod adı ilə agent kimi fəaliyyət göstərdiyi qeyd edilib. İfadədə bildirilib ki, Elnur Vaqifoğlu 2014-cü yanvar ayının 30-da Taleh Bağırzadənin Müsəlman Birliyi Hərəkatı yaratması barədə MTN-ə məlumat verib və bunun müqabilində 10 min manat pul mükafatı alıb.Elnur Vaqifoğlu isə deyir ki, həmin vaxt o həbsdə olub. Onun sözlərinə görə, ifadədə qeyd edilənlər həqiqətdən uzaqdır. “Lakin artıq mənim adım agent kimi hallanıb. Ona görə də, mənə verildiyi iddia olunan 10 min manat pul mükafatını tələb edirəm”, – deyə Elnur Vaqifoğlu bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?