GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Baş Prokurorluq ekshumasiya prosesinə əngəl yaradır

Baş Prokurorluq ekshumasiya prosesinə əngəl yaradır

Tarix: 15-10-2019, 12:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 3 182
Baş Prokurorluq ekshumasiya prosesinə əngəl yaradır

Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin mərhum əməkdaşı Emin Hüseynovun məzarının açılması və ekshumasiya işlərinin obyektiv aparılmasına süni maneələr yaradılır. Gundemxeber.Az bildirir ki, bu barədə hüquq müdafiəçisi Elçin Məmməd açıqlama verib. Xatırladaq ki, Emin Hüseynov 2017-ci il avqustunda Türkiyənin Antalya şəhərində istirahətdə olarkən qəfil halı pisləşib və xəstəxanada vəfat edib. Ekspertiza rəyləri və qan analizləri Emin Hüseynovun kənardan verilən zəhərli maddə qəbul etməsi nəticəsində dünyasını dəyişdiyini müəyyən edib.

Türkiyə Respublikası Antalya Prokurorluğu mərhum Emin Hüseynovun məzarının açılması və meyitin ekshumasiya olunması ilə bağlı vəsatət qaldırıb. Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilən vəsatətdə qeyd edilir ki, Emin Hüseynovun ölümünün səbəbinin yalnız meyitin nümunələri üzərində ekspertiza keçirilərək müəyyən etməyin mümkün olduğunu nəzərə alaraq ekskumasiyanın keçirilməsi zəruridir. Vəsatətdə Emin Hüseyovun zəhərlənmə əlamətlərinin olub-olmamasını müəyyən etmək üçün meyitdən götürülən yumşaq toxuma və saç nümunələrinin toksikoloji müayinəsini keçirərək rəyin alınmasını və Türkiyə tərəfinə göndərilməsini xahiş edilib.

Elçin Məmmədin sözlərinə görə, Azərbaycanın Baş Prokurorluğu Türkiyə tərəfinin hüquqi iddiasını nəzərə almaqdan yayınıb. Belə ki, məzarın açılması və meyitin ekshumasiyası prosesində Türkiyədən olan mütəxəssislərin iştirakına icazə verməyib. Bu isə Emin Hüseynovun öldürülməsi ilə bağlı cinayət işinin qanunauyğun aparılacağına şübhə yaradır. Halbuki, sözügedən məsələ ilə əlaqədar sentyabrın 12-də Baş prokurorun birinci müavini Rüstəm Usubov Emin Hüseynovun atası Bəybala Hüseynovu və zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi Elçin Məmmədi qəbul edib. Görüşdə B.Hüseynov ekshumasiya işlərinin Azərbaycan tərəfi ilə yanaşı, xaricdən dəvət edilmiş məhkəmə tibbi ekspertiza qrupu ilə birgə keçirilməsini vacib şərt kimi təklif edib.

Baş Prokurorluq ekshumasiya prosesinə əngəl yaradır

Lakin Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Erkin Əlixanovun Bəybala Hüseynova göndərdiyi sonuncu məktubda qeyd edilir ki, Azərbaycan Respublikasının səlahiyyətli orqanları Türkiyə Respublikasından daxil olmuş vəsatəti sorğunun həcmi çərçivəsində icra edir. “Ekshumasiya haqqında vəsatətdə isə digər ölkədən ekspertlərin iştirakı ilə ekspertizanın keçirilməsi qeyd olunmamış, Azərbaycan Respublikasının səlahiyyətli tibb orqanı tərəfindən keçirilməsi xahiş olunub. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 237-ci maddəsinə əsasən, meyitin qəbirdən çıxarılması zamanı digər ölkədən ekspertlərin iştirakı nəzərdə tutulmamışdır.” – deyə Baş Prokurorluğun rəsmisi Erkin Əlixanov məktubunda belə göstərir.

Hüquq müdafiəçisi Elçin Məmməd hesab edir ki, məhz elə Azərbaycanın Baş prokurorluğu bu məsələdə maraqlı olmalı və ölüm faktının ədalətli araşdırılmasına şərait yaratmalıdır. Ancaq Erkin Əlixanovun meyitin qəbirdən çıxarılması zamanı xaricdən mütəxəssislərin dəvət olunması məsələsinə bu cür yanaşması fikri əsas hədəfdən yayındırmaq məqsədi daşıyır:

“Xatırladım ki, qanunvericilikdə nəzərdə tutulmayan hallar onun qadağan olunması anlamına gəlmir. Elə prokurorluq rəsmisinin də söykəndiyi cinayət-prosessual məcəlləsinin 96.1 və 97.1-ci maddələrində qeyd edilir ki, mütəxəssis və ekspert cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə və ya müdafiə tərəfindən dəvət oluna bilər. Həmçinin, demək yerinə düşərdi ki, həmin məcəllənin 2.3 və 3.3-cü maddələrinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət-prosessual qanunvericiliyindən fərqli digər qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin məkana görə qüvvəsinin digər qaydalarının tətbiqi halları müəyyən edilə bilər.”

Baş Prokurorluq ekshumasiya prosesinə əngəl yaradır

Elçin Məmməd onu da bildirdi ki, ölkə Konstitusiyasının 148 və 151-ci maddələrinə əsasən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Azərbaycanın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə ölkəmizin tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, Avropa İnsan Haqları Konvensiyasının 13-cü maddəsinə görə səmərəli hüquqi müdafiə vasitələri hüququ Avropa İnsan Hüquqları Konvensiyasınnda təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Ona görə də Baş prokurorluq özü mərhum əməkdaşının öldürülməsi faktınının ədalətli araşdırılması, şübhələrə yer qoymamaq üçün ekshumasiya məsələsində xaricdən mütəxəssislərin dəvət edilməsində maraqlı olmalıdır.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Emin Hüseynovun cənazəsi ekshumasiya olunacaq

    Emin Hüseynovun cənazəsi ekshumasiya olunacaq ...

    15-09-2019, 17:11

  • 
  • Emin Hüseynovun ölümü ilə bağlı təqdim olunan faktlar prokurorluğu hərəkətə gətirdi

    Emin Hüseynovun ölümü ilə bağlı təqdim olunan ...

    14-06-2019, 14:38

  • 
  • Ölüm faktını gizlədən rayon prokurorluğunun məqsədi nədir?

    Ölüm faktını gizlədən rayon prokurorluğunun ...

    9-08-2019, 17:55

  • 
  • CINAYƏT FAKTINI ARAŞDIRMAQ SƏBAIL PROKURORLUĞUNUN MARAĞINDA DEYIL

    CINAYƏT FAKTINI ARAŞDIRMAQ SƏBAIL PROKURORLUĞUNUN ...

    20-08-2019, 21:38

  • 
  • Azərbaycan hökuməti Emin Hüseynova 20 min avro ödəyəcək

    Azərbaycan hökuməti Emin Hüseynova 20 min avro ...

    8-05-2015, 00:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu