Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin avqustundan etibarən İsveçrənin Bakıdakı səfirliyində gizlənən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Huseynova aid məhkəmə qərarını açıqlayıb.
"Turan" bildirir ki, AİHM Hüseynovun Avropa Vətəndaş Hüquqları və Azadlıqları Konvensiyasının üç maddəsi üzrə (maddə 3 - işgəncələrin yasaqlanması, maddə 5.1 - azadlıq və toxunulmazlıq hüququ, maddə 11 - birləşmək azadlığı) hüquqlarının pozulduğunu tanıyıb.
Məhkəmənin qərarı ilə hökumət Hüseynova 15000, məhkəmə xərclərinə görə isə 5000 avro ödəməlidir.
Hüseynovun şikayəti 2008-ci ilin iyununda Bakıda kafelərdən birində inqilabçı Çe Gevaranın 80 illiyilə bağlı tədbir zamanı 30-a yaxın polis əməkdaşının kafeyə hücumu və bundan sonra baş verən polis zorakılığıyla bağlıdır. Hüseynov tədbirdə jurnalist kimi iştirak edib, amma digər iştirakçılarıa birlikdə saxlanılıb və Nəsimi rayon 22-ci polis bölməsinə aparılıb. Orada o, fiziki təzyiqə məruz qalıb, bunun nəticəsində vəziyyəti pisləşib...
Sorğu
Yeni dizaynımız necədir?