GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY

LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY

Tarix: 22-10-2019, 12:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 660
LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY


Bir neçə ay öncə İspaniyanın paytaxtı Madrid şəhərindəki böyük ticarət mərkəzlərinin birində alış-veriş edərkən paltar yoxlama otağına keçəndə əlimdəki 7-8 paltara qətiyyən əhəmiyyət verən olmadı. Hətta paltarları özüm sayıb nömrə istəyərkən nəzarətçi qız "lazım deyil” deyə əlini yellədi. Düzü, onda mağaza nəzarətçisinin bu hərəkətini ya çoxlu müştərilərdən yorulması, ya alıcılara inamı, ya da mağazanın qaydası olduğunu anlaya bilmədim. Bakıdakı alış-veriş mərkəzlərindəki müştəriyə qarşı inamsız mənzərə isə təbii ki, gözümün önündə idi.

Ümumiyyətlə, Avropa ölkələrinin təcrübəsinə nəzər salsaq alış-veriş etmək istərkən mağazalarda, hətta, alıcıların qaynaşdığı ən böyük ticarət mərkəzlərində belə şəxsi əşyaların olduğu çantanın yoxlanması yolverilməz hesab edilir. Bu, istehlakçıların hüquqlarına kobudluqla müdaxilə və onlara qarşı təhqir sayılır. Bununla belə demək olmaz ki, dünya ölkələrinin alış-veriş mərkəzlərində oğurluq halları baş vermir...

Bakıdakı ticarət mərkəzlərində isə müştərilərlə davranış mədəniyyəti xeyli "fərqlidir”. Geyim dükanlarında alış-veriş edərkən və ya sadəcə, mallara baxarkən satıcıların müştəriləri addım-addım izləməsi adi haldır. Bu, əsəbləri tarıma çəksə belə, birtəhər səbir göstərirsən. Amma müştərinin şəxsi əşyalarının olduğu çantasını yoxlamaq kimi münasibətlə qarşılaşanda artıq səbir kasan daşır... Alıcının əlindəki şəxsi çantanı yoxlamaq bəzən həssas müştərilərlə ciddi və yersiz münaqişələrə gətirib çıxarır.

Məsələn, 28 Mall-dakı LC Waikiki mağazasında alıcılarla davranış bu "mədəniyyət”dən uzağa getmir.

Keçən həftənin cümə günü LC Waikiki mağazasında mallara baxarkən üzləşdiyim mənzərə mənə bir növ "mədəniyyət şoku” yaşatdı. Əlimdə iki paltar yoxlama otağına keçmək istərkən nəzarətçi qız təkcə malların sayını yoxlamaqla kifayətlənmədi, əl çantama da nəzər salmaq istədi. Düzü, alış-veriş mərkəzlərinin girişində təhlükəsizlik məqsədilə ümumi yoxlamadan başqa, ilk dəfə belə bir "imtahan”la üz-üzə qaldım. Əl çantama boylanmalarının səbəbini soruşduqda Elvin adı nəzarətçi mağazadakı oğurluqlarla əlaqələndirdi: "Oğurluqların sayı artıb. Çoxu da qadınlardır”-dedi.

Nəzarətçinin izahını bütün hallarda istehlakçıların hüququnun pozulması adlandırıb mağazadan uzaqlaşdım. Əl çantamın yoxlanması ilə bağlı irad və narazılıqlarımı bildirməyim də öz yerində.

Ticarət mərkəzindəki "Zara”, "Mango” "Aldo”, "Next”, "Terranova” və s. kimi mağazalara baş çəkib paltar yoxlama otağından çıxandan sonra qəsdən "niyə əl çantamı yoxlamırsınız” deyə nəzarətçilərdən soruşdum. "Bu sizin şəxsi əşyalarınızdır. Buna bizim haqqımız yoxdur” - cavabını aldıqdan sonra əl çantalarının yoxlanmasının ümumən nə 28 Mall rəhbərliyinə, nə də digər mağazaların müştərilərlə davranış qaydalarına aid olmadığını aydınlaşdırıb yenidən istehlakçı hüququmun pozulduğu mağazaya – LC Waikiki-yə qayıtdım.

Qeyd edim ki, mağazanın Fb səhifəsindəki rəylər də bu şəbəkə haqqında xoş fikirlər yaratmadı. "Bakıda fəaliyyət göstərən ən səviyyəsiz iri mağazalar şəbəkəsindən biri” və ya "Bu qədər filialınız var. 1 jeans kurtkanın "M” razmerini tapa bilmirəm. "Ganjlik mall'da var deyirlər, gedirəm satıcı deyir hələ anbardadır. Anbardan malın çıxmağını bilən yoxdur. Deyirəm əlaqə nömrəsi verim, deyir yadımızdan çıxacaq. Pulsuz xidmətlərdə belə müştəriyə individual yanaşma var, sizdə isə bu 0-dır. Satıcılarınıza təlimlər keçin müvafiq sahə ilə bağlı” kimi şərhlər müştərilərə münasibətin hansı səviyyədə olmasından xəbər verir.

Mağazanın müdiri Vüqar Mirzəyev "Bir sıra mağazalar kimi biz də heç vaxt əvvəllər müştərilərin çantasını yoxlamırdıq” deyə çantamın yoxlanmasına qarşı iradlarıma rəğmən cavab verdi: "Yəni müştəri rahat şəkildə gəlir, alış-verişini edir və çıxıb gedirdi. Ancaq dükanda oğurluqlar başladı. Belə ki, pal-paltarın birini əlində tutur, digərini çantasının içinə qoyub geyinmə otağına keçir və çıxdıqdan sonra əlindəki paltarı qaytarır və çantasındakını aparıb gedir”. Mağaza müdiri otağındakı kameranın monitorunu göstərərək «Mağaza çox böyükdür və gün ərzində çoxlu alıcı daxil olur. Bizim onların hamısını izləmək imkanımız yoxdur» - dedi: "Biz də istəyirik dünyadakı mağazalar kimi olaq. Ancaq bizim insanlar ola bilmir”. Müdir əlacsızlıqdan müştərilərə qarşı belə davrandıqlarını etiraf etdi: «Biz bunu əlacsızlıqdan edirik. Məqsədimiz hər hansı bir müştərini incitmək deyil, ancaq biz bu cür davranmağa məcburuq. Müştərilər bizə çox böyük miqdarda ziyan vururlar. Mağazada çeşid çoxdur. Ona görə gələnlər də çox olur və oğurluq halları baş verir. Ona görə rəhbərlik bütün filialların mağaza müdirlərini yığıb «çıxış yolu budur» – deyə iclas keçirərək, bu qaydanı tətbiq etməyi tapşırdı”.

LC Waikiki mağazalar şəbəkəsinin marketinq direktoru Fuad İbrahimovla əlaqə saxladıqda "bizdə bu cür hallar çox baş verir” deyə o da mağaza müdirinin fikirlərinə haqq qazandırdı: "Alıcı geyim otağına keçəndə özü ilə əlavə götürdüyü geyimi çantasına qoyur. Geyindiyi paltarı gətirib qaytarır, ancaq çantaya qoyduğunu götürüb gedir. Bu cür halların qarşısını almaq üçün əməkdaşlarımız alıcıların çantasını yoxlayır. Müştərilər özləri bizə başqa yol buraxmadılar. Biz də bu addımı atmağa məcbur olduq”. Marketinq direktoru satıcılar tərəfindən müştərinin çantasının yoxlanmasını təhqir hesab etmir: «Bu, yalnız oğurluq hallarının qarşısını almaq üçündür. Mağazada siqnalizasiya sistemi yaxşı qurulub. Girişdə də siqnalizasiya var. Kameralar da işləyir. Sadəcə, müştərilər bunları da «aşırlar».
Qanunda boşluq
Qeyd edək ki, ölkəmizdə istehlakçıların bütün mümkün hüquqları "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla qorunsa da, sənəddəki natamamlıq istehlakçıların xeyrinə işləmir. Hərçənd təklif olunan xidmətlərdən də istifadə edən istehlakçılardan bir çoxu öz mövcud hüquqları ilə ya tamamilə məlumatsız, ya da az məlumatlıdırlar.

İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 23.1-ci bəndində icraçının istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək hüququ təsbit edilib. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərdə istehlakçılardan əl çantasının və ya digər əşyaların girişdə saxlanca, üst geyimin qarderoba verilməsinin, siqaret çəkilməməsinin və s. tələb edilməsi qanunvericiliyə zidd deyildir. Bununla belə icraçı (satıcı) öz növbəsində istehlakçılara məxsus əl çantalarının və digər əşyaların saxlanmasına şərait yaratmağa borcludur. İstehlakçı həmçinin öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovisə istehlakçıların hüquqları ilə bağı qanunda boşluq olduğunu bildirir. O mənada ki, müştərilərin şəxsi əşyalarının supermarketlərdə və alış-veriş mərkəzlərində yoxlanması problemə çevrilib: "Bununla bağlı bizə hər həftə şikayətlər daxil olur. İqtisadiyyat Nazirliyi qarşısında da bir neçə dəfə məsələ qaldırılıb. Ancaq nə marketlərdə, nə də ticarət mərkəzlərindəki bır sıra mağazalarda istehlakçıların hüquqları ilə bağlı heç bir qayda-qanun yoxdur. Biz müraciətlərimizə «Öz əraziləridir, özləri bilər» - cavabını alırıq. Hesab edirəm ki, Nazirlər Kabineti bununla bağlı qaydalar tətbiq etməli, istehlakçıların hüquqları ilə bağlı məsələlər orada öz əksini tapmalıdır. İstehlakçılara potensial oğru kimi baxırlar”. E.Hüseynov ticarət mərkəzlərində istehlakçıların incidildiyini və bununla bağlı çəkişmələrin baş verdiyini deyir: "Bunun da səbəbi bu sahədə qaydaların olmamasıdır. Bu baxımdan belə bir hərc-mərclik hökm sürür. İş ondadır kir, hüququ pozulan istehlakçının narazılığına da qulaq asan yoxdur».

"İyi geyinmek herkesin hakkı” fəlsəfəsi ilə bu gün 46 ölkədə 975 mağazası fəaliyyət göstərən türk markasının şəbəkəni genişləndirməsinə rəğmən müştərilərlə davranış qaydalarını da inkişaf etdirməsi yaxşı olardı.

Digər tərəfdən, kameralar yaxşı çalışsa, nəzarətçilər ayıq-sayıq olsa müştərini oğru tutmağa və əlavə əndişəyə ehtiyac qalmaz. Necə deyərlər, «Malını yaxşı saxla, qonşunu oğru tutma».

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Moskvada bomba həyəcanı

    Moskvada bomba həyəcanı ...

    14-10-2016, 16:28

  • 
  • Dünyanı narkotiklə təmin edən ən nüfuzlu mafioz saxlanıldı

    Dünyanı narkotiklə təmin edən ən nüfuzlu mafioz ...

    7-07-2013, 16:42

  • 
  • Supermarketlər cibimizi belə soyur - MEXANİZM

    Supermarketlər cibimizi belə soyur - MEXANİZM ...

    16-08-2017, 17:24

  • 
  • İslam bankçılığı üzrə faizsiz alış-veriş, ənənəvi mağazalar şəbəkəsinin dövriyyəsini azaldacaq...

    İslam bankçılığı üzrə faizsiz alış-veriş, ənənəvi ...

    1-10-2014, 10:08

  • 
  • Azərbaycanda "Tax free" tətbiq olundu

    Azərbaycanda "Tax free" tətbiq olundu ...

    17-06-2016, 12:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu