Bu haqda Tofiq bəyin qızı Nigar Həzi öz facebook səhifəsində atası ilə görüşməsindən yazıb. Həmin yazını oxuculara təqdim edirik:
"Bir az öncə ata ilə görüşdüm. Görüş 5 dəqiqə oldu. Bütün dostlara salamı var. Onu müdafiə edən hər kəsə minnətdarlığını bildirdi. Möhkəmdir, əzmlidir. "Mübarizəyə davam", söylədi. Şüşə arxası görüş oldu. Üzündə işgəncənin əlamətləri qalırdı hələ də. Qabırğasının bərk ağrıdığını bildirdi. Sağ qolu da həmçinin çox ağrıyır. Qolunu qaldıra bilmirdi, üzündə qançır izləri varıydı. Üzündəki şişkinliklər hələ də keçməmişdi. "Mənim qolumu arxadan rezin qandalla qandallayıb yuxarı dartaraq 1 saat təpik və yumruqla döydülər. Döyə-döyə məndən tələb edirdilər ki, "de ki, səhv etmişəm. İmtina edirəm mübarizədən. Mən onların istədiklərini demədikcə daha bərk döyürdülər" Mən bunları deməklə şikayətlənmirəm, sadəcə işgəncə faktını bildirirəm. Dünən Ombudsman Aparatından nümayəndələr də görüşüb ata ilə. Həbsxanada Seymurla görüşə yenə icazə vermədilər.''
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?