"İsmayıllı işi" üzrə ittiham olunanların məhkəməsi bu gün Şəki Rayon Məhkəməsində davam etdirilib.
Məhkəmə başlayanda Müsavat başqanının müavini Tofiq Yaqublu ötən ilin son günlərində məmur özbaşınalığına etiraz olaraq özünü yandırıb intihar edən Qarabag qazisi Zaur Həsənovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib və zala toplaşanlar ayağa qalxıblar.
Hakim əslində 10-15 saniyə çəkən bu simvolik "bir dəqiqəlik sükut" etiketinə riayət edənləri zaldan çıxarmaqla hədələyib və az sonra məhbus Elşən İsmayıllının atasını zaldan çıxartdırıb. Tofiq Yaqublu və E.İsmayıllı hakimin tələblərinə baxmayaraq əyləşməkdən imtina ediblər.
Virtualaz.org musavat.com-a istinadən bildirir ki, bu barədə məhkəməni izləyən fəallar facebook səhifələrində yazıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?