Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Hörmətli nazir! Bu gün artıq bir həftədir ki, 30 sutkalıq həbs cəzasına məhkum edilən oğlum Rüfətlə görüşə bilmirik. Bu qadağanın səbəbləri barədə uzun danışıb vaxtınızı almaq istəmirəm. Əslində onun mitinqə getməsini arzulamırdım. Çünki sonrasını bilirdim.
Ayrı-seçkilik zəminində məndən və ovladımdan alınan bu qisasın və aşağılayıcı münasibətin dərinliklərə yeriyən səbəblərinin ümumiyyətlə prezident İlham Əliyevə dəxli yoxdur. Mən bunu həqiqət naminə qeyd edirəm. Rüfətin azadlığa buraxılması təşəbbüsünün də onun özü tərəfindən gəldiyi mənə məlumdur. Yoxsa bəzilərinin ümidinə qalmış olsaydı Rüfət Səfərov tubzonda çoxdan çürüdülmüşdür.
Bu nifrət illərə dayanan bir işdir və indinin özündə belə dəyişilməyən xoşagəlməz münasibətin yalnız bəzi vəzifəli şəxslər tərəfindən göstərilməsi bəli, mənim üçün qaranlıq deyil. İndi də bu ayrı-sekiliyi sizin simanızda bütün aydınlığı ilə hiss etməyim mən də acı təəssüflər doğurur. Axı niyə təkcə Rüfətin valideynlərinə bu qadağa nümayiş etdirilməlidir, cənab nazir!? Birdəfəlik ata-bala ikimizin də başını üzüb aparın Nargin adasına atın, bizim canımız dincəlsin, sizlərin də ürəyi soyusun. Ya da məni evimdə, oğlumu da təcridxanada öldürtdürün birdəfəlik qurtaraq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?