GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Kölgə iqtisadiyyatı”nın “bani”ləri aqrar sektorda - İLGİNC FAKTLAR

“Kölgə iqtisadiyyatı”nın “bani”ləri aqrar sektorda - İLGİNC FAKTLAR

Tarix: 1-11-2019, 15:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 836
“Kölgə iqtisadiyyatı”nın “bani”ləri aqrar sektorda - İLGİNC FAKTLAR


Azərbaycan iqtisadiyyatının mühüm hissəsini “kölgə iqtisadiyyatı” təşkil edir.

İqtisadçıların açıqlamalarına görə, 2015-ci ildə Azərbaycanda “kölgə iqtisadiyyatı” 33%, Dünya Bankının rəqəmlərində isə 40-60% arasındadır.

“Kölgə iqtisadiyyatı” Azərbaycanın rəsmi qurumlarının hesabatlarında da yer alır.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə ölkədə “kölgə iqtisadiyyatı” 7-8% təşkil edir. Göstərilən rəqəmlər nəzəri cəhətdən tərtib edilsə də, son illər Azərbaycan iqtisadiyyatında baş verən geriləmələr bu sahədə daha ciddi problemlərin olduğunu göstərdi.

Hesablamalara görə, əgər Azərbaycanda “kölgə iqtisadiyyatı” 30% təşkil edərsə, bu, artıq dövlət büdcəsindən 1.5-2.5 milyard manat vəsaitin yayındırılması deməkdir.

“Kölgə iqtisadiyyatı”na qarşı…

Azərbaycanda “kölgə iqtisadiyyatı”na son qoyulması üçün biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığın aradan qaldırılması istiqamətində son zamanlar hökumət idaretməsində, strukturlarda dəyişikliklərin aparıldığı deyilir.

Dövlət başçısının İqtisadiyyat naziri təyin etdiyi Mikayıl Cabbarovu qəbul edərkən səsləndirdiyi fikirlərə nəzər yetirəndə də açıq-aşkar görünür ki, “kölgə iqtisadiyyatı”nın, daha doğrusu, “korrupsiya şəbəkəsi”nin arxasında iri ranqlı məmurlar dayanır.

Prezident son çıxışlarının birində isə müxtəlif biznes dairələrinə köməklik edən dövlət məmurlarını “haqsız rəqabət aparmaqda” ittiham edib: ölkədə əhalinin sayı artır və bu, “sosial yük” yaradır, “xərclər artır”, buna görə də xərcləri qarşılamaq üçün iqtisadiyyatı “kölgədən çıxarmaq” və “inhisarçılığıa” son qoymaq lazımdır. “Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni göstəricilər reallığı əks etdirəcək”, – o deyib.

Müstəqil iqtisadçıların bildirdiyinə görə isə Azərbayan əldə etdiyi neft gəlirlərini düzğün istiqamətləndirə bilməyib və nəticədə ölkədə məmur inhisarçılığı, rəqabətsiz biznes mühiti yaranıb.

“Kölgə iqtisadiyyatı”nı yaradanlar, yaşadanlar?

Azərbaycan hökumətinin iqtisadi proqramına nəzər yetirəndə görürük ki, qeyri-neft sektorunun, ələlxüsus da aqrar sektorun inkişafı prioritetdir. Dövlət tərəfindən aqrar sektoru təmsil edən iş adamlarına, fermerlərə verilən subsidiyalar, güzəştli kreditlər, lizinq yolu ilə təklif edilən texnikalar və sortlaşdırılmış damazlıq heyvanlar hər il artan templə davam etsə də, həqiqi fermerlər – ömür-günlərini, həyatlarını kənd təsərrüfatına həsr etmiş insanlar dövlətin güzəştlərindən yararlana bilmirlər. Buna səbəb isə ölkə iqtisadiyyatının bütün seqmentlərində “kölgə iqtisadiyyatı”nı “uğurla” yaradan məmurların aqrar sektora “fermer” cildində transfer etmələridir.

Azərbaycanda aqrar sektorun inkişafına dəstək verən, maliyyə ayıran qurumlardan biri də İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondudur.

Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi verdiyi, daha doğrusu, Fondun ayırdığı milyonlarla vəsait hesabına ərsəyə gələn layihələrdən biri də Kürdəmir rayonu ərazisində yaradılan təsərrüfatdır. Hüquqi adı “Qlobal Aqro” olan bu təsərrüfat 2017-ci ildə yaradılıb. İlkin olaraq müəssisə 2000 hektar ərazini əhatə etsə də, sonradan ərazinin həcmi 4000 hektara çatdırılıb.

Sahibkarlığın İnkişafı Fondunun ayırdığı vəsaitlə borc ödəyiblər?

Hələ bir müddət öncə yerli mətbuat yazırdı ki, 2000 hektar sahədə yaradılan aqrar müəssisənin arxasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və onunla bu işdə şərik olan Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov dayanır. Qeyd edək ki, bu şəxsləri ortaq bizneslə yanaşı, həm də yaxın qohumluq əlaqələri birləşdirir. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalov yeznə-qayındırlar.

Maraqlı məqamlardan biri isə budur ki, “Qlobal Aqro” adlı bu müəssisəyə Sahibkarlığın İnkişafı Fondunun 2017-ci ildə ayırdığı milyonlarla vəsait dövlətə vurduğu külli miqdarda ziyana görə məhkəmə qərarı ilə əmlaklarına həbs qoyulmuş Vidadi Zeynalovun borclarının ödənilməsinə sərf edilib. Məhz bu səbəbə görə “Qlobal Aqro” təsərrüfatında inşa ediləcək buğda saxlama anbarları və digər tikililərin inşası 2019-cu ilə qədər yubadılıb.

İcra başçısının “Ağsu yataqları əməliyyatı” ilə qazanılan milyonlar və Sahibkarlığın İnkişafı Fondunun “Qlobal Aqro” təsərrüfatına ayırdığı milyonlarla vəsait Vidadi Zeynalovun borclarına görə ödənildikdən sonra Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayon ərazisində, əsasən də Girdiman çayının aşağı hissəindəki “Ağsu yataqları”nı hədəfə aldı. Belə ki, qısa bir zamanda burada maldarlıqla, əkinçiliklə məşğul olan fermerlərin torpaqları əllərindən alındı. Eləcə də Kürdəmirin Pirili kəndi ərazisində fəaliyyət göstərən fermerlər də “Ağsu yataqları”ndakı fermerlərin acı talelərini yaşadılar.

Ceyhun Cəfərov qısa zaman içərisində bütün inzibati resurslardan istifadə edərək 4000 hektara qədər torpağı əlində cəmləşdirə bildi. Yaxın qohumunun və himayədarının milyonlarla borcunu ödəyə bilmiş Ceyhun Cəfərovun daha sonrakı əsas hədəfi isə əlində cəmləşdirə bildiyi dörd min hektara qədər torpağa yaxşı müştəri tapmaq idi…

Mikayıl İsmayılovun neftdən qeyr-neft sektoruna “transferi”

Ölkədə hökumətin qeyri-neft sektoruna yaratdığı münbit şərait, eləcə də digər sahələrin zəifləməsi əllərində milyonlarla vəsait olan oliqarxları – “kölgə iqtisadiyyatı”nın “bani”lərinin diqqətini çəkmişdi. Azərbaycanda bu cür oliqarxlardan biri də SOCAR-ın vitse prezidenti Mikayıl İsmayılovdur.

Əlbəttə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun yerli fermerlərin əlindən aldığı 4 min hektara tibb, otelçilik, tikinti, spirtli içkilərin istehsalı kimi sahələrə iri həcmdə (mənbəyi məlum olmayan) sərmayələr yatırmış Mikayıl İsmayılovdan başqa kim yaxşı müştəri ola bilərdi?

Məlumata görə, beləcə Mikayıl İsmayılovla Ceyhun Cəfərovun sövdələşməsi baş tutur və 4 min hektar torpaq Mikayıl İsmayılova satılıb. Ceyhun Cəfərov isə torpaq satışından əldə etdiyi vəsaitlə “Qlobal Aqro” təsərrüfatının yarımçıq qalmış tikintisini davam etdirib.

Mikayıl İsmayılov satın aldığı ərazilərdə 200-dək istixana inşa etməyi planlaşdırır. Bu məqsədlə də o, Ərşəli kəndi ərazisindən keçən magistral qaz xəttindən öz ərazisinə təxminən 30 kilometrlik yeni xətt çəkdirib. Mikayıl İsmayılova bu məsələlərdə maddi və digər dəstək verən şəxslərdən biri isə Zeynal adlı iş adamıdır. Bir çox iri şirkətlərin rəhbəri olan Zeynal adlı şəxsin ölkənin ən iri oliqarxlarından birinin qudası olduğu deyilir. Yaxın zamanlarda oliqarxların yaratdıqları fermer təsərrüfatının rəsmi açılış mərasiminin olacağı gözlənilir.
Prezidentin Şahin Mustafayevi qəbul edərkən səsləndiriyi fikirlərdən biri də xarici investorlarla bağlı idi: “Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar”.//civilazerbaijan.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünya iqtisadiyyatı irəli, Azərbaycan isə geri gedir

    Dünya iqtisadiyyatı irəli, Azərbaycan isə geri ...

    19-09-2016, 13:14

  • 
  • Ərdoğan: "İŞİD İslam dininə kölgə salır"

    Ərdoğan: "İŞİD İslam dininə kölgə salır" ...

    7-10-2015, 22:12

  • 
  • Azərbaycanda bank və mobil rabitənin “qənimi”

    Azərbaycanda bank və mobil rabitənin “qənimi” ...

    17-05-2019, 09:56

  • 
  • 10 ildə Azərbaycandan qırağa qanunsuz olaraq 17 milyard çıxarılıb

    10 ildə Azərbaycandan qırağa qanunsuz olaraq 17 ...

    12-12-2013, 19:36

  • 
  • 2 milyard manatlıq "körpə iqtisadiyyatı” xaricilərin nəzarətindədir

    2 milyard manatlıq "körpə iqtisadiyyatı” ...

    27-06-2017, 22:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu