Üç gün bundan öncə tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin Bakı şəhəri, Nəsimi rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən vurulması səbəbindən, adı çəkilən şəxsin “Baku City Hospital”da baş nahiyəsindən əməliyyat olunması haqda, yəqin ki, hər kəs məlumatlı idi.
Bildirmək istəyirik ki, Oqtay Gülalıyev əməliyyat olunduqdan sonra bir qədər adı çəkilən səhiyyə müəssisəsində qalsa da, o, bu gün “Respublika Neyrocərrahiyyə Xəstəxanası”na köçürülmüşdür. Həkimlərin bildirdiyinə görə, hal-hazırda xəstənin vəziyyətində az da olsa müəyyən irəliləyişlər var və nəfəsalma ehtimalının olacağı gözlənilir.
Onu da bildirək ki, baş nahiyəsindən ağır cərrahiyyə əməliyyatı olunan Oqtay Gülalıyevin müayinə və müalicə olunması üçün xeyli vəsait tələb olunduğundan, onun həyat yoldaşının adına hesab nömrəsi açılmışdır. Kim istəsə həmin hesab nömrəsinə könüllü şəkildə manatla, avro ilə və dollarla öz köməkliyini göstərə bilər.
Allah-Təaladan Oqtay bəyə şəfa diləyib, tezliklə sıralarımıza qayıtmasını arzu edirik!
Sorğu
Yeni dizaynımız necədir?