Oqtay Gülalıyev komadadır. Onun səhhəti çox kritikdir.
Gundemxeber.az bildirir ki, bu barədə Amerikanın Səsinə müsahibəsində Oqtay Gülalıyevin həyat toldaşı Füruzə Gülalyeva bildirib.
Onun sözlərinə görə, hazırda həkimlər onu maqnit rezonans tamoqrafiya etmək istəyirlər.
“Süni nəfəs verdilər ki, tamoqrafiya etsinlər. Bədəninin sol hissəsi işləmir, hissiytaı yoxdur, beyninə qansızma artıb. Vəziyyəti çox kritikdir. O danışa danışa bilmir, komadadır,” Füruzə Gülalıyeva qeyd edib.
Səhiyyə Nazirliynin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Oqtay Gülalıyev xəstəxanaya kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olub. Sonra yaxınları Gülalıyevi özəl xəstəxanaya aparıb.
Hazırda Gülalıyev City Hospital klinikasındadır.
Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O son dövrlər insanların hüquq mühafizə orqanları tərəfindən repressiyalara, işgəncələrə və qeyri-insani rəftara məruz qalmaları ilə bağlı davamlı olraq dinləmələr təşkil eidr, hesabatlar yayırdı. Hüquq müdafiəçisi bu günlərdə “İşgəncələrə son qoyulsun!” şüarı ilə 10 günlük ictimai kampaniyanın başlandığını bəyan edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?