GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar

Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar

Tarix: 6-11-2019, 14:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 700
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar


Ölkəmizdə həkim məsuliyyətsizliyi, xəstəxanalarda bəzən ayaq açıb yeriyən üzqaraldıcı hallar tez-tez media vasitəsilə işıqlandırılsa da, həllini gözləyən problemlər səngimək bilmir. Çox vaxt səhiyyənin inkişafı naminə ictimai problemlərin media vasitəsilə qabardılması cəmiyyətdə xoş qarşılanıb həllinə ümidlər doğursa da, səhiyyə sahəsinə cavabdehləri bir o qədər də narahat etmir. Əksər hallarda Hippokrat andına "sadiqlər" acı nəticələrə aparan məsuliyyətsizliklərə yol verib geyindikləri "ağ xalat"ın ciblərini portmanatlarına çevirib, şəfayəti-vicdanlarını da rahatlıqla rüşvətə hərisliyə qurban etmələri cəmiyyətdə acı qıcıq doğurur.

Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə də səhiyyənin uğurları kağızda yazılan və reallıqları əks etdirməyən formallıqdan başqa işə yaramır.
Bilavasitə Gəncə İHB-nin tabeliyində fəaliyyət göstərən şəhər Səhiyyə İdarəsinin hazırki rəisinin kimliyinə diqqət ayırsaq görərik ki, yazımızda adıkeçən başbilənlərin məqsədi heç də səhiyyəni normal duruma gətirmək deyil, əksinə uzun illər "töhmət"lə işləyən birini çəkib daha yüksək posta qaldırmaq olub.
Gundemxeber.Az bildirir ki, "Demokratik.Az"ın məlumatına görə, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun son 5 iliik bərbad fəaliyyəti həm Səhiyyə, eləcə də Gəncə İHB-nin başçısı tərəfindən heçə sayılaraq onun vəzifə yüksəlişinə əsaslar yarada bilib.2014-cü ildən bəri dəfələrlə "töhmət" və "şiddətli töhmət" almağa həvəsli olan Nazim Əhmədov Gəncə Abbas Səhhət adına xəstəxananın baş həkimi olarkən xidməti və icra intizamını pozan, hərbi xidmətə yararsız və bəzi hallarda yararlı şəxslərin tibbi müayinəsinin nəticə (epikriz) sənədlərini saxtalaşdıran biri kimi yadda qalıb. Eləcə də rəhbəri olduğu xəstəxanada daxili təhlükəsizlik qaydalarını pozması, təsərrüfat fəaliyyətindəki kobud nöqsanları, doğuş zamanı bir neçə ana-uşaq ölümləri və digər yarıtmaz fəaliyyəti nəzərə alınmaqla dəfələrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə uyğun olaraq cəzalandırılıb. Müxtəlif vaxtlarda sabiq səhiyyə rəhbərləri Mehman Rzayev və Əlikram Məmmədov tərəfindən inzibati tənbehlərə məruz qalıb. Hətta, nöqsansevər baş həkim 2014-2017-ci illər ərzində üst-üstə "sonuncu xəbərdarlıq" edilməklə "şiddətli töhmət alsa da qovulmaqdan yaxa qurtara bilmişdir. Hətta, sonradan birdən-birə Gəncə Səhiyyəsinə rəhbər təyin olunmasında göstərilənlər nəzərə alınmayıb və ona töhmətlər verən sələflərinin kreslosuna sahiblənə bilmişdir.
Aldığımız məlumata görə, Nazim Əhmədovun vəzifə təyinatı Gəncənin yeni icra başçısı Niyazi Bayramovun hesabına reallaşsa da ona Səhiyyə Nazirliyində də hamilik edən olub. Və nazirlikdəki şəxs ötən gün nazir Oqtay Şirəliyev tərəfindən nazirliyin "tibbi yardımın təşkili şöbəsi"nin müdiri vəzifəsindən atılan Gülmirzə Poladov olub. Nazim Əhmədovun sabiq şöbə müdiri ilə yaxınlığı isə qardaşı Nizami Əhmədovla bağlı olub. Belə ki, digər Əhmədov DSMF-nin Gəncə şöbələrində müdir olub və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinin sabiq müdiri, Gülmirzə həkimin doğmaca qardaşı Əlibarat Poladovla yaxın dost olublar. Yəni,DSMF-də həmkar olmuş dostlar "töhmətsevər" həkim qardaşa süni karyera yüksəlişində yardımçı olublar.
Xatırladaq ki, "töhmətlərlə" ucalan Nazim Əhmədov Niyazi Bayramov Gəncənin icra başçısı postuna gələr-gəlməz şəhərin gənc səhiyyə idarəsi rəisi, reputasiyası təmiz olan, əslən Xocalıdan şəhid ailəsi Bəxtiyar Haqverdiyevi əvəz edib. Sabiq səhiyyə müdirinə isə "kadr islahatı” adı ilə əsassız olaraq Elmar Vəliyevçi damğası vurulub.
Yaxın gələcəkdə bütün ölkə üzrə tətbiq ediləcək "tibbi sığorta"nın Gəncədə məhz Nazim Əhmədov kimi bir kadrla uğur qazanacağı real səslənmir...
P.S: "Reportyor.Tv faktlara münasibət öyrənmək üçün dəfələrlə Gəncə Səhiyyə İdarəsinin əlaqə telefonuna zənglər etdi. Müəyyən olundu ki, son zamanlar Nazim Əhmədovun işə davamiyyəti olduqca aşağıdır və o, günlərlə öz iş yerində tapılmır. Telefon zənglərimizə isə hər dəfəsində "gedin nə istəyirsiniz yazın!" deyərək cavab verən katibə cavab verir. Nazim Əhmədovun tezliklə öz ərizəsilə işindən uzaqlaşdırılacağı da iddia edilir...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ən pis səhiyyəsi olan ölkələr arasındadır

    Azərbaycan ən pis səhiyyəsi olan ölkələr ...

    29-09-2016, 21:55

  • 
  • Gəncədə ağır yol qəzası: polis əməkdaşı ölüb

    Gəncədə ağır yol qəzası: polis əməkdaşı ölüb ...

    20-10-2013, 23:33

  • 
  • Gəncədə əhalinin "Şah Abbas" məscidinə gedişi qadağan olunub?

    Gəncədə əhalinin "Şah Abbas" məscidinə ...

    4-11-2014, 12:43

  • 
  • Gəncədə yolu süpürən qadını avtomobil vurdu

    Gəncədə yolu süpürən qadını avtomobil vurdu ...

    8-09-2015, 13:23

  • 
  • Gəncədə avtomobil piyadanı vurub

    Gəncədə avtomobil piyadanı vurub ...

    3-12-2015, 21:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu