Bu gecə saat 2 radələrində Gəncənin Nizami prospektində piyadavurma hadisəsi baş verib.
Kəpəz TV (Region TV) xəbər verir ki, Şəhər Təmizlik İdarəsinin süpürgəçisi 32 yaşlı Rəsmiyyə İsmayılova yolu süpürərəkən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maşını tərəfindən vurulub.
Ağır bədən xəsarətləri alan qadın hadisəni törədən Mehman adlı sürücü tərəfindən Gəncə şəhər TTYX-nin trovmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?