GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Komitə BƏYANAT yaydı

Komitə BƏYANAT yaydı

Tarix: 8-11-2019, 13:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 895
Komitə BƏYANAT yaydı


"Repressiya və İşgəncələr Əleyhinə Komitə" 08.11.2019-cu il tarixli toplantısında ictimai-siyasi xadim, tanınmış hüquq müdafiəçisi, "Repressiya və İşgəncələr Əleyhinə Komitə"nin koordinatoru Oktay Gülalıyevin avtomobillə vurulma hadisəsi ilə əlaqədar qaranlıq məqamları müzakirə edərək, aşağıdakıları bəyan edir:

I. Nəsimi Rayon Polis İdarəsində Oktay Gülalıyevin avtomobil qəzasında xəsarət almasına dair CM-nin 263.1-ci maddəsi ilə cinayət işi qaldırılıb və bununla da hadisəyə "mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması" kimi hüquqi qiymət verilib. Əvvəla, yetirilmiş xəsarət nəticəsində O.Gülalıyev beyin əzilməsi diaqnozu ilə cərrahi əməliyyata məruz qalıb, buradakı xəstəxanalarda sağ qalma ehtimalı sıfır % olduğuna görə İstanbuldakı "Avrasiya hospital"ına transfer edilib və həkimlər 20% yaşama ehtimalı olduğunu deyir. Ona görə də "zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması" kimi hüquqi qiymət vermə mövcud duruma adekvat deyil və zərər çəkmiş şəxsin ziyanına olaraq, qərəzli görünür. İkincisi, O.Gülalıyevin vurulma anının video-görüntüsü hüquqşünaslar və hüquq müdafiəçiləri tərəfindən təhlil edilərək o qənaətə gəlinmişdir ki, hadisənin təfərrüatlar üzrə mahiyyəti faktın adi yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş qəza yox, qəsdən adam öldürməyə hesablanmış cinayət hərəkəti olduğunu iddia etməyə əsas verir. Belə ki:
1. Sürücü sola dönmə manevri edərkən piyada zolağına özünə aid olan sağ tərəfdən yox, sol küncdən – qarşıda dayanmış avtomobilin qarşısındakı O.Gülalıyevin hərəkətdə olduğu hissədən girir və tam sürətlə onu vurur.
2. Sürücü sola dönmə manevri edərkən piyada zolağında dayanıb keçməkdə olan piyadalara yol verməli olduğu halda, bunu etmir.
3. Sürücü sola dönmə manevri edərkən sürəti azaltmalı olduğu halda, bunu etmir.
4. Sürücü qəzadan yayınmaq üçün heç bir cəhd göstərmir və piyada keçidini çəpinə kəsərək, qarşıdakı avtomobilin sol küncündə O.Gülalıyevi tam sürətilə vurur.
Qeyd edilən detallar iddia etməyə əsas verir ki, hadisə təsadüfi yol qəzası deyil, adam ölümünə hesablanmış qəsddir və cinayət işi Məcəllənin 120-ci maddəsi ilə qaldırılmalı idi.
II. Artıq 10 gündür ki, sosial şəbəkələrdə və media resurslarında müvafiq dövlət orqanına təkidlə tələb edilir ki, O.Gülalıyevi vuran avtomobilin Nizami küçəsindəki hərəkət trayektoriyasını, həmçinin sürücünün Oqtay Gülalıyevin vurulma anında hansı istiqamətə baxdığını texniki vasitələrlə müəyyənləşdirib ictimaiyyətə təqdim etsin. Lakin müvafiq orqan hələ də həmin sosial sifarişə məhəl qoymayıb.
III. Oktay Gülalıyevin Təcili Tibbi Yardım Xəstəxanasında çəkilmiş KT-si tərəfimizdən araşdırılması üçün KT və MRT üzrə mütəxəssisə göndərilmiş və cavab belə olmuşdur: "epidural (solda) və subdural (sağda) hematomaları var, sol gicgah payda geniş parenximal hemorragik kontuziya ocaqları var, sümükdə sınıq var".
Deməli, Təcili Tibbi Yardım Xəstəxanasında 29.10.2019-cu il tarixdə edilən ilk KT-də hematomaların olması aşkar edilib və xəstə həmin vaxt cərrahi əməliyyata götürülməli olduğu halda, Təcili Tibbi Yardım Xəstəxanası bunu gizlədib, həmçinin xəstə "City Hospital"a köçürülən zaman həmin KT-ni onlara təhvil verməyib. Beləliklə, "City Hostital"da sol gözün bərəlməsindən sonra edilən ikinci KT zamanı məlum olub ki, beyinin sol yarımkürəsinə qan yığılıb və beyini sıxaraq ölümcül zərər vurub.
Komitə hesab edir ki, Təcili Tibbi Yardım Xəstəxanasındakı KT zamanı aşkar edilmiş hematomaların heç kimə bildirilməməsinin və "City Hospital"a köçürülmə zamanı KT-nin həmin xəstəxanaya verilməməsinin arxasında hansı niyyətin durduğu istintaq tərəfindən araşdırılmalı və ictimaiyyət bu barədə məlumatlandırılmalıdır. Həmçinin "City Hospital"da da ikinci KT-nin gecikdirilmə səbəbi araşdırılmalıdır – bunun arxasında kimlərin durması müəyyən edilməlidir.
IV. Hər kəsə məlumdur ki, Oktay Gülalıyev beynəlxalq səviyyədə tanınmış hüquq müdafiəçisi — ictimai xadimdir. O, ölkədə baş verən repressiya və işgəncə faktları, həmçinin siyasi məhbuslar barədə araşdırma aparır, hesabatlar hazırlayırdı. Ona görə də o, dəfələrlə Baş Prokurorluğa, DİN-nə və s. çağırılmış, təhdid edilmiş, hüquq-müdafiə işi üzrə ictimai fəaliyyətinə son verməsi tələb olunmuşdu və hakimiyyət orqanları onun ictimai fəaliyyətindən narahat idi. Ona görə də, hadisənin törədilməsi anına aid yuxarıda qeyd edilən detallar nəzərə alınmadan sürücü barədə "sürücülük hüququndan müvəqqəti məhrum edilmə, cərimə, islah işləri və s. nəzərdə tutan 263.1-ci maddə ilə cinayət işi qaldırılması, həmçinin O.Gülalıyevi vuran avtomobilin Nizami küçəsindəki hərəkət trayektoriyasının və sürücünün Oqtay Gülalıyevin vurulma anında hansı istiqamətə baxdığının texniki vasitələrlə müəyyənləşdirib ictimaiyyətə təqdim edilməməsi və s. şübhələnməyə əsas verir ki, hadisə Oktay Gülalıyevin prinsipial ictimai fəaliyyətinə son vermək və başqalarında da qorxu yaratmaq məqsədilə törədilmiş sui-qəsd və terror hadisəsi ola bilər. Ona görə də, istintaq orqanı cinayət işini CM-nin 120.2.3-cü maddəsi ilə (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və ya sonuncu məntiqi ehtimallar reallığa uyğun gəldiyi halda, CM-nin 277-ci maddəsi (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) ilə cinayət işi başlanmalıdır.
V. Komitə Daxili İşlər Nazirliyindən təkidlə tələb edir ki, Oktay Gülalıyevin və onu vuran sürücünün hadisədən bir saat əvvələdək kimlərlə telefon əlaqəsi saxladığını və danışıqların məzmununu ictimaiyyətə açıqlanmasını təmin etsin.
VI. Müvafiq hüquq-mühafizə orqanı hadisənin qaranlıq məqamlarına tezliklə aydınlıq gətirməzsə, "Repressiya və İşgəncələr Əleyhinə Komitə" O.Gülalıyevin avtomobillə vurulmasını terror (digər hüquq müdafiəçilərində qorxu və xof yaratmaq) məqsədilə və siyasi sifariş əsasında törədilmiş sui-qəsd kimi dəyərləndiriləcək.
"Repressiya və İşgəncələr Əleyhinə Komitə" bəyan etməyi vacib bilir ki, hüquq-müdafiə sahəsindəki fəaliyyətəinə əvvəlki templə davam edəcək və heç bir təqib, təzyiq, təhdid, həbs və ya qəsd Komitəni demokratik haqq və azadlıqların müdafiəsi yolundan döndərə bilməz.
VII. Komitə bəyan edir ki, repressiya və işgəncələr, həmçinin siyasi məhbuslar üzrə araşdırmalarla məşğul olan hüquq müdafiəçilərinə qarşı gözlənilən bütün təqib, təzyiq, təhdid, həbs və ya qəsd halları tərəfimizdən siyasi hesab ediləcək və bunun üçün bütün məsuliyyət mövcud hakimiyyətin üzərində qalacaq.


Repressiya və İşgəncələr Əleyhinə Komitə

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı cinayət işi başlanılıb

    Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı ...

    30-10-2019, 12:25

  • 
  • Hüquq müdafiəçisi əməliyyat olunur

    Hüquq müdafiəçisi əməliyyat olunur ...

    30-10-2019, 14:56

  • 
  • ‘Oqtay Gülalıyevin vəziyyətində nə geriləmə var, nə də irəliləyiş’

    ‘Oqtay Gülalıyevin vəziyyətində nə geriləmə var, ...

    4-11-2019, 12:00

  • 
  • Səhiyyə Nazirliyi Oqtay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb

    Səhiyyə Nazirliyi Oqtay Gülalıyevin durumu ilə ...

    31-10-2019, 11:04

  • 
  • “Oqtay Gülalıyevin vəziyyəti kritikdir”

    “Oqtay Gülalıyevin vəziyyəti kritikdir” ...

    30-10-2019, 11:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
Bet-Boom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu