GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bibiheybət yolunu inşa edən idarə müdiri Xəqani Kazımov cəzalandırılacaqmı? - FOTOLAR

Bibiheybət yolunu inşa edən idarə müdiri Xəqani Kazımov cəzalandırılacaqmı? - FOTOLAR

Tarix: 26-11-2019, 14:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 251
Bibiheybət yolunu inşa edən idarə müdiri Xəqani Kazımov cəzalandırılacaqmı? - FOTOLAR


Ötən gün paytaxta Bibiheybət istqamətindən gələn yol çöküb. Hadisə yerinə başda baş nazir olmaqla yüksək vəzifəli şəxslər gedib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəflinin mətbuata verdiyi açıqlamaya görə, yolun çökən hissəsi 100 metr ərazini əhatə edir: “Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb”.

Gundemxeber.Az bildirir ki, problemin aradan nə zaman qaldırılacağına toxunan qurum sözçüsü hazırda AAYDA əməkdaşlarının ərazidə araşdırma apardığını, təmir-bərpa işləri bir neçə ay çəkəcəyini qeyd edib.

Qlobal.az-ın məlumatına görə, iqtisadçı ekspert, jurnalist Qadir İbrahimli hadisə barədə feysbuk səhifəsində maraqlı xəbər paylaşıb. Onun yazdığına görə, sözügedən ərazidə yol tikinti və bərkitmə işlərini “Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirib: “O vaxt iş icraçısı tikintini standartlara uyğun apardığına görə Xaqani Kazımovun qəzəbinə tuş gəlib. Söhbətin şahidlərinin sözlərinə görə, Kazımov gənc iş icraçısına deyib ki, bəs gələn il barmaq sovuracağıq? Yəni keyfiyyətsiz təmir edin ki, hər il “təmir” adıyla pullar silinsin. Bu cinayət əməlidir və Xəqani Kazımov cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Qeyd edək ki, mətbuatda Xəqani Kazımovun rəhbərlik etdiyi idarənin apardığı yol tikinti işlərinin keyfiyyətsiz olması barədə zaman-zaman yazılıb. Həmin yazılarda X. Kazımovun övladlarının dəyəri yüz min dollarlarla ölçülən bahalı avtomobil kolleksiyasına sahib olduğu da iddia olunub.

Xatırladaq ki, Bibiheybət məscidindən şəhər istiqamətində olan yolda təmir-bərpa işləri cari ilin mart ayında bitib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bu barədə yaydığı məlumatda deyilirdi: “İşlər çərçivəsində sözügedən hissədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub/m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan istifadə olunmaqla 36 sm hündürlükdə və 4500 kv/m sahədə alt və üst lay olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8500 kv/m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib”.

AFN xatırladır ki, Xəqani Kazımovun oğlu Vüsal Kazımov bir müddət əvvəl medianın gündəminə gəlmişdi. Mediada onun dəbdəbəli həyat tərzi və bahalı maşın kolleksiyası barədə məlumatlar yayılmışdı. Bundan sonra Vüsal Kazımov prokurorluq orqanlarından qovulub. Lakin Vüsal Kazımovun harınlığından hiddətlənən baş prokuror Zakir Qaralov Vüsal Kazımovu işdən qovmaqla kifayətlənməyib. O, Vüsal Kazımova görə prokurorluq orqanlarındakı iki səlahiyyətli şəxsdən tabeliklərində olan əməkdaşların xidməti və əmək intzamına ciddi nəzarətin təmin olunmasını tələb edib. Zakir Qaralovun müvafiq əmrində deyilir:

“1.Bakı şəhər Səbail rayon prokurorluğunun sınaq müddətilə müstəntiq vəzifəsinə təyin edilmiş Kazımov Vüsal Xəqani oğlu əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric edilsin.

2.Səbail rayon prokuroru vəzifəsini icra edən Natiq Əsədov və Bakı şəhər prokuroru Əziz Seyidovdan tabeçilikdə olan əməkdaşların xidməti və əmək intizamına ciddi nəzarətin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tələb olunsun”.

V.Kazımovun prokurorluq orqanlarından qovulmasına səbəb olan bahalı avtomobil kolleksiyasının fotolarını təqdim edirik.

Bibiheybət yolunu inşa edən idarə müdiri Xəqani Kazımov cəzalandırılacaqmı? - FOTOLAR
Bibiheybət yolunu inşa edən idarə müdiri Xəqani Kazımov cəzalandırılacaqmı? - FOTOLAR
Bibiheybət yolunu inşa edən idarə müdiri Xəqani Kazımov cəzalandırılacaqmı? - FOTOLAR
Bibiheybət yolunu inşa edən idarə müdiri Xəqani Kazımov cəzalandırılacaqmı? - FOTOLAR
Bibiheybət yolunu inşa edən idarə müdiri Xəqani Kazımov cəzalandırılacaqmı? - FOTOLAR
Bibiheybət yolunu inşa edən idarə müdiri Xəqani Kazımov cəzalandırılacaqmı? - FOTOLAR


Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sürüşmə Bibiheybət yolunu dağıtdı, 500 millimetrlik su kəməri sıradan çıxdı

    Sürüşmə Bibiheybət yolunu dağıtdı, 500 ...

    25-11-2019, 12:18

  • 
  • Cavid Qurbanovun çəkdiyi daha bir yol çökdü - FOTOLAR

    Cavid Qurbanovun çəkdiyi daha bir yol çökdü - ...

    13-10-2017, 00:01

  • 
  • Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıqlanıb

    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin ...

    16-07-2018, 16:07

  • 
  • Güclü selə görə bağlanan Bakı-Şamaxı yolunda "hərəkət normallaşıb"

    Güclü selə görə bağlanan Bakı-Şamaxı yolunda ...

    2-06-2017, 17:57

  • 
  • "Azəravtoyol" rəsmisindən çökən yolla bağlı yeni açıqlama - günah "Azərsu"da olub

    "Azəravtoyol" rəsmisindən çökən yolla ...

    5-10-2017, 21:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu