"İki gün bundan öncə bu ərazidə çatlar əmələ gəlmişdi. Bizim əməkdaşlar tərəfindən əraziyə baxış keçirildi və nəzarət altında saxlanıldı. Ötən gün axşam saatlarından etibarən ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın, saat 5-6 radələrində bu ərazilərdə çökmə hadisəsi baş verdi".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli belə deyib.
Onun sözlərinə görə, Bibiheybət, Bayıl ərazilərində bir neçə sürüşmə nöqtəsi var ki, onlardan biri də bu ərazidən keçir: "İntensiv yağışlar nəticəsində bu ərazidə sürüşmə aktivləşdi və nəticədə belə hadisə baş verdi. Hazırda əməkdaşlarımız və müvafiq qurumların nümayəndələri ərazidədirlər, araşdırılma aparılır. Təmir-bərpa işləri qısamüddətli olmayacaq, bir neçə ay ərazidə işlər görülməsi nəzərdə tutulur".
A.Nəcəfli bildirib ki, sürüşmə, təxminən, 100 metr ərazini əhatə edir: "Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".
* * *11:39 Xəbər verdiyimiz kimi, ötən gün yağan güclü yağışlardan sonra Bakıda, Bibiheybət məcsidi istiqamətində sürüşmə baş verib. Nəticədə bir neçə il əvvəl çəkilən yeni yol-Salyan şosesinin təxminən 100 metrlik hissəsi (Lökbatan istiqamətində) dağılıb, bir avtomobil torpaq altında qalıb.
◀▶ Sürüşmə ilə əlaqədar bir sıra dövlət rəsmiləri hadisə yerinə gediblər. Hazırda baş nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov , o cümlədən Fövqəladə Hallar Nazirinin Birinci müavini Rəfail Mirzəyev hadisə yerindədirlər.
“Azərsu” ASC bildirir ki, sürüşmə həmin ərazidən keçən 500 millimetrlik su borusunu da sıradan çıxarıb. Qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
Virtualaz.org saytının reportyorları sürüşmə baş verən əraziyə yollanıblar və gün ərzində hadisə ilə bağlı əlavə məlumatlar veriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?