GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “DSMF-dən bildirdilər ki, get, 67 yaşın olanda gəlib müraciət edərsən” – 65 YAŞLI BAKI SAKİNİNƏ PENSİYA NİYƏ VERİLMƏYİB...

“DSMF-dən bildirdilər ki, get, 67 yaşın olanda gəlib müraciət edərsən” – 65 YAŞLI BAKI SAKİNİNƏ PENSİYA NİYƏ VERİLMƏYİB...

Tarix: 26-11-2019, 14:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 456
“DSMF-dən bildirdilər ki, get, 67 yaşın olanda gəlib müraciət edərsən” – 65 YAŞLI BAKI SAKİNİNƏ PENSİYA NİYƏ VERİLMƏYİB...


Gundemxeber.Az bildirir ki, Qəbələ şəhərinin bir qrup sakini AYNA-nın redaksiyasına müraciət ünvanlayıb. Sakinlər, rayonun mərkəzi küçələrindən birinin bərbad və gediş-gəliş üçün əlverişsiz şəraitdə olmasından şikayət edirlər.

“Qəbələ rayonunda 2 böyük prospekt var. Biri rayonun yuxarı hissəsindən bazar istiqamətinə qədər uzanan Heydər Əliyev prospektidir, digəri isə rayonun nisbətən kənarında yerləşən akademik Zərifə Əliyevanın adını daşıyan küçədir. İkinci küçənin sağ və sol istiqamətlərində, təxminən 800-900 mənzil yerləşir. Sənəd üzərində bu küçəyə asfalt çəkildiyi qeyd olunsa da, ayrılan pullar mənimsənildiyi üçün küçəyə asfalt vurulmayıb və küçə sakinlərə problem yaradır”, - deyə sakinlər gileynəliblər.

Dediklərinə görə, Qəbələ Rayon İcra Hakimiyyətinə (RİH) etdikləri şikayətə verilən reaksiya qəribə olub: “Bir neçə dəfə Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət etdik ki, küçənin bərbad vəziyyətdə olması ən azından akademikin adına yaraşmır. Lakin şikayətimiz əsasında küçəni təmir etmək əvəzinə, adını dəyişdilər. Bir az da təmizlik işləri apardılar və proses bununla da sona çatdı. Artıq 20 ildir ki, küçə bu vəziyyətdədir. Yerli İcra Hakimiyyəti isə müraciətlərə heç bir müsbət cavab vermir”.

“Hətta küçənin, rayonun əsas istiqamətlərindən birində - Bakı-Şəki yolunun Qəbələdən keçən hissəsində yerləşməsi də onun acınacaqlı vəziyyətinə müsbət təsir göstərmir. Çünki bu günə qədər bu küçədə heç bir abadlaşma işləri aparılmayıb. Dəfələrlə Prezident tərəfindən Qəbələ rayonunun küçələrinin abadlaşması üçün vəsaitlər ayrılsa da, Qəbələdə yalnız bir küçədə təmir işləri aparılıb. Bütün vəsait də mərkəzi küçəyə xərclənib. Digər küçələrin əksəriyyəti isə arzuolunmaz vəziyyətdədir”, - şikayətçilər bildirirlər.

Qəbələ Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Abil Ağasəfov AYNA-ya verdiyi açıqlamada sakinlərin şikayətlərini əsassız adlandırıb: “Sakinlərin qeyd etdikləri küçə əslində Zərifə Əliyeva küçəsi deyil. Zərifə Əliyeva küçəsi asfatlanmış, işıqlandırılmış bir küçədir. Şikayət olunan küçə isə şəhərin digər yaşayış məntəqəsində yerləşir. Bu küçə də şəhərin genişləndirilməsi ilə əlaqədar dövlət proqramına daxil edilib. Əslində həmin ərazilər kənd təsərrüfatı təyinatlı torpaqlar olduğu üçün həmin küçəni vətəndaşlar özbaşına ərsəyə gətiriblər. Amma o təyinat dəyişəndən sonra həmin əraziyə asfalt salınacaq və yol çəkiləcək. Həmin ərazidə həm də evlərin qeydiyyata düşməsi məsələsi var ki, onun da dəyərləndirməsi gedir. Prezidentin sərəncamına uyğun olaraq bu işlər öz həllini tapacaq”.

A.Ağasəfov küçənin adının dəyişməsi iddiasını da təkzib edib: “Həmin küçə haqqında kifayət qədər məlumat var. Bu tikililərin hər biri sakinlər tərəfindən qeyri-qanuni olaraq yaradılıb. Yəni bunun sözügedən küçə ilə heç bir əlaqəsi yoxdur. Təyinat dəyişəndən sonra problemin həll olunacağını onlara izah etmişik. Sadəcə həmin ərazilər kənd təsərrüfatı təyinatlı olduğu üçün, hazırda vəsait ayırmaq mükün deyil”.

“Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən küçəyə ayrılan vəsaitin mənimsənilməsi də həqiqəti əks etdirmir. Biz şikayətçilərə problem haqqında dəfələrlə məlumat vermişik. Küçədə təmir-bərpa işlərinin aparılmasını biz də istəyirik. Amma həmin ərazi kənd təsərrüfatı təyinatlı torpaqlar olduğu üçün hələlik heç nə etmək mümkün deyil. Torpaqların təyinatı dəyişən kimi bu problemlər öz həllini tapacaq. Lakin ilk növbədə təyinat dəyişməlidir. Bu da gələn il üçün nəzərdə tutulub”, - qurum rəsmisi əlavə edib.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “DSMF-dən bildirdilər ki, get, 67 yaşın olanda gəlib müraciət edərsən” – 65 YAŞLI BAKI SAKİNİNƏ PENSİYA NİYƏ VERİLMƏYİB...

    “DSMF-dən bildirdilər ki, get, 67 yaşın olanda ...

    26-11-2019, 14:30

  • 
  • Nərimanov icra başçısı Abdin Fərzəliyev hara baxır?

    Nərimanov icra başçısı Abdin Fərzəliyev hara ...

    5-12-2012, 09:12

  • 
  • Azərbaycanlı ailədə 5 günün içində İKİNCİ DƏHŞƏTLİ HADİSƏ - Daha bir qadın öldü

    Azərbaycanlı ailədə 5 günün içində İKİNCİ ...

    18-01-2019, 16:59

  • 
  • İlham Əliyev Qəbələ rayonunda səfərdə - YENİLƏNİB

    İlham Əliyev Qəbələ rayonunda səfərdə - YENİLƏNİB ...

    28-10-2019, 12:12

  • 
  • Qəbələ toyunda zəhərlənənlərin sayı 75-ə çatdı

    Qəbələ toyunda zəhərlənənlərin sayı 75-ə çatdı ...

    6-08-2019, 13:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu