Qış soyuğu gəlsə də, rayonun bəzi yerlərinə istilik verilmir
gundemxeber.az Redaksiyamıza Nərimanov rayonun bir qrup sakini tərəfindən şikayət daxil olub. Belə ki, rayonun Aşıq Alı küçəsində bir neçə yaşayıs binasının istilik sistemləri hələ də aktivləşdirilməyib. Redaksiyamıza edilən müraciətdə sakinlər bildirirlər ki, havaların soyumasından bəri dəfələrlər aidiyyatı orqanlara bu barədə müraciət etsələr də, hələ də binalarında istilik sistemi aktivləşdirilməyib. Sakinlər bildirir ki, bugünə qədər hər il niyabr ayının əvvələrindən etibarən istilik sistemləri aktivləşdirilirdi. Ancaq bu artıq bir aylıq gecikmə müşahidə olunur. Şikayətçilərin sözlərinə görə, bir çox sakinlərin evlərində körpə uşaqlar var və havaların soyuq keçməsi nəticəsində onların əksəriyyəti xəstələnib. Sakinlər onu da deyir ki, istilik sistemi işləmədiyi üçün məcbur qalaraq, elektrik qızdırıcılarından istifadə edirlər, ancaq bu zaman a aylıq gəlirlərinin böyük bir hissəsini işıq puluna vermək məcburiyyətində qalırlar. Buna görə də işığa qənaət etmək üçün elektrik qızdırıcılarından da imtina etməli olublar. Şikayətdə bildirilir ki, məsələ ilə bağlı rayonun icra başçısı Abdin Fərzəliyevin də məlumatı var, sakinlər bu barədə rayon icra hakimiyyətinə də müraciət ediblər, ancaq problem aradan qaldırılmır ki, qaldırılmır. Rayon sakinləri bildirir ki, artıq məsələ ilə bağlı ölkə başçısı, prezident İlham Əliyevə müraciət etməyə hazırlaşırlar. Onların sözlərinə görə, icra başçısı və rayonda istilik sisteminə məsul olan şəxslər sakinlərin heç birinin şikayətinə məhəl qoymur, buna görə də, onlar son çarə olaraq dövlət başçısına müraciət ünvanlayacaqlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?