Bakının Hövsan qəsəbəsi Südçülük adlanan ərazidə yaşayan sakinlər üzləşdikləri problemlərdən cana doyublar.
GundemXeber.Az bildirir ki, demokrat.az-a müraciət edən sakinlərin problemləri saymaqla bitmir. Onlar həm içməli su üzünə həsrət qalıblar, həm də mavi yanacağın nə olduğunu bilmirlər. Bu azmış kimi, kanalizasiya sistem işləmir. Küçələrin işıqlandırılması sıfır vəziyyətində, yollarda isə asfaltdan əsər-əlamət yoxdur. Havalar soyuduqca, qış sərt üzünü göstərdikcə burada məskunlaşanlar olmazın çətinlikləri ilə üz-üzə qalırlar.
Acınacaqlı vəziyyət 20 ilə qədərdir davam edir. Məhz məsələnin ən dəhşətli tərəfi də odur. Bu əlacsız vətəndaşların səsinə səs verən tapılmır. Sakinlər hətta problemlərinin həll olunması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onları dəfələrlə qapıdan qaytarıblar. Ərazinin Xəzər rayon İcra Hakimiyyətinə olduğunu bildirilər. Beləcə, iki rayonun icra hakimyyəti bir-birinin üstünə atır, məsələnin sonunda isə əziyyəti çarəsiz paytaxt sakinləri çəkir.
Qaz İdarəsinə ərazinin qazlaşdırılması üçün bir neçə dəfə müraciət edilsə də, onlara “gələn ilin planında var” vədi verilib. Sakinlər deyir ki, o gələn il nədənsə gəlib çıxmaq bilmir ki, bilmir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?