GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » PROBLEM O ATADADIR! - Mənliyini itirmiş, kriminal keçmişli, pozğun element

PROBLEM O ATADADIR! - Mənliyini itirmiş, kriminal keçmişli, pozğun element

Tarix: 2-12-2019, 15:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 437
PROBLEM O ATADADIR! - Mənliyini itirmiş, kriminal keçmişli, pozğun element


Ata Abdullayev adlı birisinin İtalıyada kilsədə Ermənistan baş naziri N. Paşinyanla Qarabağ problemi barədə polemika aparması kimi hal bütün dünyada baş verir. Belə cür tədbirlərdə prezidentlərə ayaqqabı atılır, dünya dağılmır, bu nə küydü bizdə? Və bu nə sensasiya, nə də ki, böyük problem də olmazdı, əgər Atanın öz şəxsiyyəti və əxlaqındakı problem olmasaydı.

Lap bunu bir azərbaycanlı savadsız çoban, ya bir ana etsəydi də problem olmazdı.. İnsandır, səmimi olaraq vətən, Qarabağ təəssübü çəkib, tədbirə girib ürəyindəkini desə, bunu savadsız ya aciz formada deyib öz torpağını istəsə belə. Qaldı ki, sual verən ən savad, siyasi bilgili olsa belə, bilməliyik ki, üstünlük suala cavab verən tərəfdə olur həmişə. Sualçı öz konkret sualını verir oturur, cavab verən, cavabı istədiyi kimi..

Ata Abdullayev kimdir?

Amma ki, bu Ata! Problem o Atadadır! Ata nə sadə, vətənpərvər çoban, ya ana, nə də ki, bir normal jurnalist, siyasətçi səviyyəsində deyil. Ata istənilən cəmiyyətdə ola biləcək, kriminal keçmişli, xassəli, pozğun elementdir.

Özü də kriminal aləmin tör-töküntüsü, mənliyini itirib sınmış (ya sındırılmış). Onun üçün həyatda nə xalq, nə insanlıq, nə dövlət, nə onun rəhbərliyi, nə vətən məna daşımır. Aşagı, səviyyəsiz, hər fürsətdə, utanmadan özünü reklam edən biri.

Üstəlik də bu insanda güclü psixoloji və hətta psixi problemlər var ki onu fərqli qeyri-normal gözlənilməz qəribə, arsız hərəkətlərə yönəldir. Məsələn, Rusiya XİN Lavrov, prezidentlər və s. kimi dövlət xadimlərinin alicənablığı və yaxud demokratikliyindən sui-istifadə edib, onları bir an, fakt qarşısında qoyaraq, şəkil çəkdirmə və sonra da bunu öz xeyri, yalan xarizması üçün yayma hərəkətləri. Necə ki Paşinyanı Milanda "siz axı demokratsız" deməklə fakt qarşısnda qoyurdu.

Bu kimlik, bu xüsusiyyətlər də kilsədə, ilk oncə məqsədinə çatmaq üçün kömək olsa da, sonra o detekt olundu, kimliyi aydınlaşdı və ermənilər bu hadisəni Azərbaycan tərəfinin təxribatı kimi təqdim etdi. Beynəlxalq aləmdə mənfi baxılan, xüsusi hazırlanmış kimi təqdim edilən, pozucu aksiya kimi. Rəqib düşmən tərəf təbii ki, dərhal bundan istifadə etdi. Kim olsa, istifadə edərdi.

Yəni Atanın bu səviyyəsiz avara hərəkəti səfeh ziyankarlıq oldu bizim üçün. Amma Paşinyanın cavablarına da haqq qazandırmaq olmaz, qələt edir. Erməni guya, İlham Əliyevin tədbinə qatıla bilməz və s.. Erməni təxribatçı, həyasızının heç, misli yoxdur dünyada. Gəlib bu gün Bakıya girir maşınlarda gəzir, video çəkir və təhqir deyirlər. Ərdoğan kimi, böyük dövlət liderinin beynəlxaq tədbirini, min mühafizəçinin arasından keçərək pozurlar. Paşinyan, erməni heç də, biz təsəvvür etməyə çalışdığımız kimi, lap, süddən çıxan ağ qaşıq deyil. Qarabağ cavabları da riyakar, yalan idi, o boyda Xocalı soyqırımını dandı həyasızca. Bunlar, Paşinyanla Ata bir-birindən geri qalmaz.

Ata Abdullayevi kim göndərib?

Qalır əsas sual. Ata Abdulayevi Avropaya kilsə tədbirinə kim göndərmiş? Özümü, iddia edilən kimi, rəsmi Azərbaycan hakimiyyətimi? Atanın bu "cürəti" tapıb, qatı erməni millətçiləri tədbiri müdaxiləsinə, bunu planlamasına çətin ki belə başı olsun. Çıxışı zamanı özünü itirib, həyəcan, qorxudan xaotik davranış göstərməsi də, bunu tapşırıqla etməsi, amma ki, verilmiş rolu pis ifa etməsi aydın görünür. Belə arqumentlər çoxdur.

Rəsmi Azərbaycan hakimiyyətinin, bu təxtibata gedib, bu ucuzlu işi planlı təşkil etməsi isə, heç məntiqə sığmır. Hakimiyyət bu saat suyu üfürə üfürə içir, Avropada, Qərbdə üstü açılan bir çox korrupsiya skandallarından sonra. İndi, həyasız və yaxasını cırmağa bəhanə axtaran erməninin tədbirinə bir normal jurnalist, siyasətçi ya da ki, xüsusi xidmət kəşfiyyat əməkdaşı tapa bilmir ki bunu etsin? Bilmirmi, bu səviyyəsiz avara Atanı ora göndərməklə o ilk 5 dəqiqədəcə özünü ifşa edəcək? Bilmirmi bic ermənilər dərhal araşdırıb internetdə bu adamın kriminal keçmişini, siyasi aksiyaları dağıtma, prezidentlə şəkilini tapıb da, dərhal da, bu işi hakimiyyətə bağlayacaqlar? Və nəhayət, belə bir mənasız addımın nə xeyri olar, istənilən hakimiyyətə acı başağrısından başqa?

Belə bəsit səviyyəli "əməliyyatı" heç dağ rayonu polis bölməsi, heç, Ceyran-Çöldə gömrük postu əməkdaşları qurmaz. O ki qalsın dövlət xaricdə. Özü də, avara və psixopat birisinin icraçılığında.

Bəs kim, hansı amil olub bu ucuz Ata-Paşinyan konsertini təşkil edən? Öz bilgi, fikrimi birbaşa və açıq deyəcəm: bunu təşkil edən hakimiyyətə yarınmaq istəyən qeyri-rəsmi qeyri-leqal, özünü hakimiyyətin guya, dayaq orqanı kimi göstərən könüllü özfəaliyyət şəbəkədir, hesab edirəm ki!

Bu şəbəkənin özəyi vaxtilə etdikləri yanlışlarına görə, işindən qovulan yüksək çinlı, sabiq orqan işçiləridir. Əsasən ölkə içində guya məxfi orqan rolunda müxtəlif kirli işləri görmək, həm təhdid, təxribatlarla məşğuldurlar. İcraçıları da kriminal aləmdən seçilən, sındırılmış dələduzlar, oğrular, qadın təcavüzçüləri və sair kateqoriyadandırlar.

Bunlar barəsində yaxınlarda yazmışdım, ziyanlı tərəflərini göstərib. Ümumən dövlətçiliyə və bir də, rəsmi dövlət orqanlarının işinə maneçiliyini. Adlar çəkib də detallara varmaq istəməmişəm. Dövlət rəhbərliyi və hüquq mühafizə orqanların bu məsələyə birlikdə son qoymasını, vacibliyini açıq yazmışdım. Əks halda isə, bu nizamsız və səviyyəsiz qeyri-leqalların problem yaradacagı barədə demişdim. Bu da nəticə-Ata timsalında.

Yəqin ki, dövlət rəhbərliyi bu son zərərli, Ata ilə bağlı işindən sonra bu şəbəkənin rədd edilərək kökünün kəsilməsi barədə konkret ölçü götürər.

Və sonda, ən əsas sual..

Bu məsələdə doğrusu məni təəccüb qoyacaq heç bir şey görmədim. Hamısı siyasət və həyatda olan şeydir. Bu məsələdə təəccüblü qalınası, yalnız bir qəribəlik oldu. Ermənistan və Azərbaycan cəmiyyətinin heç az olmayan qismi eyni birliklə, həmrəyliklə Atanı qınadı, Paşinyanı dəstəklədi. Bu nəydi?! Erməni cəmiyyəti heç öz ən axmaq, əclaf Atasını, Azərbaycan baş naziri ilə polemikaya görə qınayardımı? Və yaxud, hər nə olsa, Azərbaycan baş nazirini qoruyub da bu cür dəstəkləyərdimi ki, ax, yaxşıca cavab verdi? Niyə beləyik biz, bunun, kökü və səbəbləri nədi?

Onu bilirəm biz erməniyə qalib gələcəyik, yalnız fiziki güclə. Düşüncə, təfəkkürə qalsa isə, çətin.

İlqar Altay
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı bəstəkar ata oldu

    Azərbaycanlı bəstəkar ata oldu ...

    7-03-2016, 13:40

  • 
  • "Deyə bilmədim, ata, kişilər məni təkləyib..." - Natavan

    "Deyə bilmədim, ata, kişilər məni ...

    7-04-2018, 16:56

  • 
  • Aqil Abbasın səhhətində ciddi problem yaranıb - "Yeriyə, ayaqqabı geyinə bilmirəm"...

    Aqil Abbasın səhhətində ciddi problem yaranıb - ...

    14-01-2016, 21:30

  • 
  • Azərbaycan bloqeri erməni kilsəsinə girdi, Paşinyan özünü itirdi - VIDEO

    Azərbaycan bloqeri erməni kilsəsinə girdi, ...

    21-11-2019, 11:43

  • 
  • Aşıq Zülfiyyə: "Oğlumda problem olar, gəlinimdə yox"

    Aşıq Zülfiyyə: "Oğlumda problem olar, ...

    22-03-2016, 15:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu