"Oğlumla gəlinimin arasında problem olanda gəlinimin tərəfini saxlayıram. Çünki bilirəm ki, oğlumda problem olar, gəlinimdə yox".
gundemxeber.az bildirir ki, bunu teleqraf.com-a aşıq Zülfiyyə deyib. Sənətçi necə qaynana olmasından da danışıb:
"Gəlinimlə birlikdə yaşayırıq. Hamıya da gəlini ilə bir yerdə yaşamağı məsləhət görürəm. Çünki uşaq evin yaraşığıdır. Necə qaynana olduğumu gəlinimdən soruşmaq lazımdır. Mən özümü tərifləyə bilmərəm. Biz qaynana-gəlin deyil, ana-balayıq. Nə qədər canımda can var, münasibətimiz belə də davam edəcək. Onunla heç vaxt problem yaşamıram. Oğlumdan küsərəm, amma gəlinimdən yox".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?