GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fikrət Məmmədovun Yasamaldakı əməkdaşları altı ildən çoxdur ki, məhkəmə qətnaməsini icra etmirlər - ŞOK OLAY

Fikrət Məmmədovun Yasamaldakı əməkdaşları altı ildən çoxdur ki, məhkəmə qətnaməsini icra etmirlər - ŞOK OLAY

Tarix: 2-12-2019, 16:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 857
Fikrət Məmmədovun Yasamaldakı əməkdaşları altı ildən çoxdur ki, məhkəmə qətnaməsini icra etmirlər - ŞOK OLAY


Hər kəsə bəllidir ki, Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra, vətəndaşların Konstitusiya ilə qorunan hüquq və azadlıqlarının təmin olunması əsas prioritet məsələlərdən biri oldu.

Düzdür, illər keçdikcə hər bir Azərbaycan Respublikası vətəndaşının hüquq və azadlıqlarının müdafiə olunması yöndə aidiyyatı dövlət qurumları tərəfindən müəyyən addımlar atıldı, saysız-hesabsız qanun və qərarlar qəbul olundu. Amma onu da unutmaq olmaz ki, qəbul olunmuş qanun və qərarların bir çoxu kağız üzərində qaldı və buna da əsas səbəb, bəzi vəzifə sahiblərinin daşıdıqları vəzifələrindən sui-istifadə etmələri, məmur özbaşınalığı, qəbul olunmuş qanunların tapdaqlar altına atılması və s. kimi halların varlığı oldu. Belə bir səbəblər üzündən də, indiyə kimi neçə-neçə vətəndaşın Konstitusiya ilə qorunan hüquq və azadlıqlarının pozulması halları baş verməkdədir ki, onlardan biri də, Məmmədova Fairə Hüseyn qızıdır.

Fikrət Məmmədovun Yasamaldakı əməkdaşları altı ildən çoxdur ki, məhkəmə qətnaməsini icra etmirlər - ŞOK OLAY


Belə ki, bu günlərdə redaksiyamza Bakı şəhəri, Xətai rayonu, general Şıxlıniski küçəsi-2942v, mən-138 ünvanda yaşayan Məmmədova Fairə Hüseyn qızı tərəfindən şikayət ərizəsi daxil olub və adı çəkilən xanım yazmış olduğu ərizəsində qeyd edir: “Mən 2009-cu ildə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi-18 ünvanda “Nur-Ay” MMC-i tərəfindən inşa olunmuş 16 mərtəbəli binadan ümumi sahəsi 138kvm olan mənzil aldım. Buna görə adı çəkilən cəmiyyətin səlahiyyətlisi Şəhriyar adlı şəxsə ilk əvvəl 11 min dollar pul ödədim. Üç ildən sonra mənə bəlli oldu ki, aldığım mənzil bir neçə nəfər şəxsə satılıb. Onu da bildirim ki, belə bir xoşagəlməz olayla tək mən yox, neçə-neçə şəxslər üz-üzə qaldığından, biz problemin həllinə köməklik göstərilməsi məqsədilə bir neçə dəfə PA-nın önündə qısa müddətli etiraz piketi keçirdik. Hətta, PA-nın rəsmi şəxslərinə baş verənlərlə bağlı şikayət məktublarımızı da təqdim etdik. O halın varlığını da qeyd edim ki, həmin illərdə “Nur-Ay” MMC-də sənədləşmə işlərinin çoxunu Məhəbbət Hüseynov adlı şəxs aparırdı və o, günlərin birində mənə “Sənin təqdim etdiyin sənədlərin əsası yoxdur” dedi. Halbuki mən həmin şəxsə lazım olan hər bir sənədin əsasını təqdim etmişdim”.
Düşündürücü hal odur ki, Fairə xanımın üz-üzə qaldığı problemlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə qətnaməsinin çıxarılmasına və həmin qətnamənin icra olunması Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilməsinə baxmayaraq, bu gün də hansısa səbəblər üzündən adı çəkilən qurumun əməkdaşları məhkəmə qətnaməsini icra etmirlər. Belə bir halın varlığı da, ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Çünki, qətnamənin icra olunması üçün ortada Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxarmış olduğu qərar var və sadəcə olaraq onu qanunun tələbləri əsasında icra etmək lazımdır. İndiyə kimi Yasamal Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən belə bir addım atılmadığından, bu gün də Fairə Məmmədova olmazın olaylarlarla üz-üzə qalmaqdadır. Ona görə də o, məcburiyyət qarşısında qaldığından, məhz belə bir problemin KİV-də ictimailəşdirilməsinə qərar verib.
Fairə Məmmədova yazmış olduğu ərizəsində onu da qeyd edir ki, “Mən qeyd olunan ünvandan mənzil almaq üçün üstüstə “Nur-Ay” MMC-nə 18 min dollar pul ödəsəm də, nədənsə Bakı Ağır Cinayətlər Məhkəməsi (İş № 2(004)-5336/2013) adı çəkilən MMC-dən 13650 manat məbləğində pulun alınıb mənə qaytarılması barədə qətnamə çıxarır. Bəli, həmin vaxtlarda belə bir problemlə, yəni mənə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdim. Həmin vaxtdan indiyə kimi altı ildən çox vaxt keçsə də, hələ də çıxarılmış məhkəmə qətnaməsini Yasamal Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları yerinə yetirməyiblər. Belə bir halın varlığı da, ortaya çoxsaylı sualların çıxmasına səbəb olur”. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları məhkəmə qətnaməsini icra etmirlər - ŞOK  OLAY

    Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları ...

    14-08-2019, 16:16

  • 
  • Hüquq qaydalarımız haqda qərarların icra forması dəyişir

    Hüquq qaydalarımız haqda qərarların icra forması ...

    4-02-2016, 14:37

  • 
  • Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların Azərbaycan tərəfindən icrası mexanizmi dəyişdirilir

    Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların ...

    23-09-2016, 14:34

  • 
  • Azərbaycanda Konstitusiya günüdür

    Azərbaycanda Konstitusiya günüdür ...

    12-11-2013, 00:11

  • 
  • Qanun, fərman, sərəncam və qərarların rəsmi qəzetlərdə dərc olunması qaydası müəyyənləşib

    Qanun, fərman, sərəncam və qərarların rəsmi ...

    19-10-2016, 17:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu