Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır. O, ağır komadadır. Hər gün qızdırması olur.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Turan agentliyinə fəalın həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
Qanında və ağ ciyərində infeksiya olduğuna görə ona bir ay ərzində antibiotiklər vurulub. Antibiotiklərin çox vurulması nəticəsində qara ciyərində və böyrəklərində kreatinin miqdarı artıb. Bununla əlaqədar üç gündür antibiotik vurulması dayandırılıb. Eyni zamanda böyrəyi, qaraciyəri üçün iynələr vurulur.
Onun sözlərinə görə, həkimlər O.Gülalıyevin komadan çıxması ilə bağlı proqnoz vermirlər.
"Azərbaycanda cərahiyyə əməliyyatı 18 saat gec edildiyinə görə Oqtay komaya düşüb. Ona görə də heç bir həkim onun neçə aydan sonra komadan ayılacağını deyə bilmir. Hər şey beyinin özünü toparlamasından asılı olacaq", -deyə F.Gülalıyeva bildirib.
Xatırladaq ki, məşhur hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, kəllə-beyin travması alıb, nəticədə beyninə qan sızıb.
Bir neçə saat sonra fəal komaya düşüb. Oktyabrın 30-da Bakıda neyrocərrahiyyə əməliyyatı olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?