GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Prezidenti aldadan İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO

Prezidenti aldadan İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO

Tarix: 10-12-2019, 11:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 430
Prezidenti aldadan İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO


Prezidentin zərərçəkmişlərə ayırdığı əmlakları İsfəndiyar Axundov ərəblərə satıb. Bu barədə zərəçəkənlərdən biri (hazırda tələbkar) olan Müzəffər Məmmədli mətbuata məlumat verib. Onun sözlərinə görə, hörmətli Prezident İlham Əliyev Cənablarının göstərişi ilə biz zərərçəkmişlər üçün Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) ayrılmış 4 hektar topaq sahəsində “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov, ona ayrılmış 10.000.000 (on milyon) AZN vəsait hesabına inşa etdiyi əmlakları ərəblərə satıb. M.Məmmədli bildirib ki, İsfəndiyar Axundovla görüşdə o, həmin ünvanda tikilmiş və tikilməkdə olan əmlaklar barədə – “Mən onları ərəblərə satmışam” deyib. İ.Axundovun qanunsuz hərəkətləri ilə üzləşərək çarəsiz qalan zərəçəkmişlər Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə müraciət etmək məcburiyyətində qaldıqlarni bildirdilər. Müraciətin tam mətnini təqdim edirik:

“Çox hörmətli Birinci Xanımımız və Birinci Vitse-Prezidentimiz! Tam əminliklə bilirdik ki, hörmətli Prezidentimiz İlham Əliyev Cənablarından və Sizdən başqa heç kim bizim mülkü hüquqlarımızı bərpa etməyəcək. Buna görə yenə son ümid yeri olaraq Sizə müraciət etmək məcburiyyətində qaldıq.

Prezident 4 hektar torpaq, 10 milyon pul ayırdı, amma…

Məlumat üçün bildirək ki, 2011- ci ildə “MUR-AY” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş vermişdir. 29 dekabr 2011-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin “Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamışlar. Problemin həlli Bakı ŞİH-nin sərəncamı ilə “Şərur” MTK-ya tapşırılmış və “MUR-AY” MMC-nin bütün əmlakları o cümlədən müqavilə öhdəlikləri “Şərur” MTK-nın üzərinə qoyulmuşdur. Əlavə olaraq “Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) 4 hektar torpaq sahəsı və on milyon (10 000 0000) AZN maliyə yardımı ayırlmışdır. Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun olaraq Şərur” MTK-ya üzərlərinə düşən bütün digər yardımları etmişlər. Bunun müqabilində “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov şəxsən imzaladığı bu müqavilənin 21-ci bəndinə uyğun olaraq “MUR-AY” MMC zərərçəkənlərini 2 il müddətdə, yəni geci 2015-cü ildə mənzillə təmin etməli idi.

2018-ci ildə “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun bizim mənzillərimizi başqa şəxslərə sataraq mənimsədiyi barədə Sizə müraciətimiz əsasında işimizi nəzarətinizə götürmüş, işin qanunauyğun və ədalətli araşdırılması üçün göstərişinizi vermişdiniz. Nəticədə həm Bakı Apellyasiya Məhkəməsində həm də Ali Məhkəmədə qanuni və ədalətli qərar çıxarılmışdir. Buna görə də Sizə dərin və sonsuz minnətdarlığımızı bildirmək üçün təşəkkür məktubu göndərdik.

İsfəndiyar Axundov nə məhkəmə tanıyır, nə qanun…

Hazırda İsfəndiyar Axundov qanuntanımaz hərəkətlərini davam etdirərək bizi bir daha çarəsiz vəziyyətə salıbdır. Məhkəmənin İcra Vərəqəsi Binəqədi Rayon İcra və Probasiya şöbəsininə göndərilmiş və 13 sentyabr 2019-cu il tarixdə “icraya başlamaq haqda” qərar qəbul edilərək “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova təqdim olunmuşdur. Buna baxmayaraq o, mənzillərimizi bizə qaytarmır və əksinə özünün qanunlarla daban-dabana zidd əməllərini davam etdirir. İllər uzunu bizi məhkəmələrdə süründürərək böyük məhrumiyyətlərə məhkum etmiş bu “iş adamı” indi də icra məmurlarının tələblərinə heç bir əhəmiyyət vermir. Bu azmış kimi İsfəndiyar Axundov Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimlərinə üsyan edərək, ona qarşı çox qərəzli və ədalətsiz olaraq qanunazidd qərar qəbul etdiklərini bildirir. 15 oktyabr 2019-cu il tarixdə İcra məmurlarının çətinliklə olsa da İsfəndiyar Axundovla baş tutan görüşü zamanı o, özündən başqa hamını, məhkəmələri, icra orqanlarını və hətta biz zərərçəkənləri belə ona qarşı ədalətsiz və qərəzli olmaqda ittiham etdi. Görüşdə iştirak edən İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov isə o qədər irəli getdi ki, vəzifə borcunu yerinə yetirməyə gəlmiş icra məmuru Ələddin Hüseynovu zərərçəkənlərə dost, onlara qarşı isə düşmən elan edərək onu, məhkəmə qərarlarının qəbulunda iştirak etməkdə(?!) və onların başına bu işin açılmasında maraqlı olmaqda (?!) və s. kimi absurd iddialarla ittiham etdı. Sanki icra məmuru biz zərərçəkənlərdən biriymiş və şəxsi əmlakları üçün bizlərlə birlikdə 5 ildən çoxdur məhkəmə yollarında “Şərur” MTK-ya qarşı mübarizə aparırmış.

Məhkəmənin Qərarını İcra etməli olan Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ələddin Hüseynov və şöbənin rəhbəri İlham Həsənovun İsfəndiyar Axundova qarşı çarəsiz vəziyyətdə qalmaları və işimizlə bağlı heç bir tədbir görə bilməyəcəklərini etiraf etmələri isə bizi tamamilə anlaşılmaz vəziyyətdə qoymuşdur. Binəqədi Rayon İcra və Probasiya şöbəsinin bu fəaliyyətsizliyi barədə Baş İcra İdarəsinə ərizə ilə müraciət etmişik.

Prezidentin vətəndaşlara ayırdığı torpaqda ərəblərə ticarət mərkəzi tikdi…

Öz təşəbbüsümzlə 17 oktyabr 2019-cu il tarixdə İsfəndiyar Axundovla görüşərək, dövlət başçısının göstərişi ilə zərəçəkənlər üçün ayrılmış Yeni Yasamal Massivi, Kənar dairəvi küçəsi (hazırda Məhəmməd Xiyabani 11) ünvanda yerləşən 4 hektar torpaq sahəsində hazırda inşa etdiyi və etməkdə olduğu binalardan mənzillərimizi tələb edərkən o, bizə bu cavabı verdi – “mən onları ərəblərə satmışam”.

İllər uzunu minbir əziyyətlə, dişimiz-dırnağımızla topladığımız vəsaiti ödəyib, ailələrimiz üçün mənzil almaq arzusunda olmuş biz Azərbaycan vətəndaşlarını kirayələrdə dözülməz məhrumiyyətlərə məhkum etmiş və hazırda bizi qapısından əliboş qaytaran İsfəndiyar Axundov, bizə çatası əmlakları ərəblərə satdığını elə rahatlıqla bəyan edir ki, sanki dövlət başçısı hörmətli Prezident İlham Əliyev Cənabları bu torpaq sahəsini və küllü miqdarda vəsaiti biz zərərçəkənlər üçün yox, onun şəxsi istək və arzuları üzrə istifadəsi üçün təyin etmişdir.
Məhkəmə qərarı ilə işə cəlb edilmiş və 4 aydan çox çəkən “Azərbeynəlxalqauditxidməti” MMC-nin yoxlamasının 08 oktyabr 2018-ci il tarixli yekun Aktında İsfəndiyar Axundovun çoxsaylı cinayət tərkibli əməlləri açıq-aşkar öz təsdiqini tapmışdır. Buna baxmayaraq aidiyyatı orqanlardan heç biri cəsarət edib bu “məğlubedilməz” iş adamının qanunsuz əməllərinə dur demir. Bununla bağlı biz zərərçəkənlər Baş Prokuror Zakir Qaralova şikayət ərizəsi ilə müraciət etmişik. Cəzasızlıqdan əmin olan İsfəndiyar Axundov o qədər irəli gedibdir ki, bizim işimizlə bağlı törətdiyi mənzil dələduzluğuna Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini daxil edərək bu məhkəmənin əli ilə dələduz əməllərinə hüquqi don geydirmək istəyinə düşmüşdür. İki ay əvvəl Bakı Appelasiya Məhkəməsinə, sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimuna müraciət edərək hər ikisindən rədd cavabı almış “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov bütün gücü ilə yeni qaranlıq yollar arayışındadır… Təki məzlum insanların pulunu ödədikləri mənzilləri özlərinə qaytarmasın.

Uzun illər boyu biz zərərçəkənlərə yaşatdığı zülümlər azmış kimi indi də özünəməxsus “variantlarını” işə salaraq işimizi ləvğ etdirmək üçün 16 noyabr 2019-cu il tarixdə Azərbəycan Respublikası Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət edibdir.

Çox Hörmətli Birinci Vitse-Prezidentimiz!

Sizdən acizanə xahiş və təvəqqə edirik ki, mərhəmətinizi bizim üzərimzdən əskik etməyərək, “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun qanunlarla daban-dabana zidd əməllərinə son verilməsinə və bizim mənzillərin özümüzə qaytarılmasına köməklik edəsiniz. Biz yalnız Sizin mərhəmətinizə sığınaraq inanırıq ki, təkcə ölkəmiz daxilində deyil, ölkəmizdən xaricdə də ədalətin simvoluna çevrilmiş ədalətiniz sayəsində Cənab Prezidentimizin verdiyi göstərişin tam həlli üçün köməyinizi əsirgəməyəcəksiniz.

Qadir Allahdan Prezidentimizə, Sizə və dəyərli ailə üzvlərinizə möhkəm can sağlığı, qüdrət və xoşbəxtlik arzulayırıq. Qadir Allahdan Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirik!”



Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Şərurlu İsfəndiyar” 650 min dollarlıq avtomobildən danışdı

    “Şərurlu İsfəndiyar” 650 min dollarlıq ...

    17-09-2014, 16:45

  • 
  • "Şərurlu İsfəndiyar" həbs xəbərini təkzib etdi - Yenilənib

    "Şərurlu İsfəndiyar" həbs xəbərini ...

    22-05-2015, 00:01

  • 
  • “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır” – ŞİKAYƏT

    “Gedib ofisində tapırıq, lakin dərhal “aradan ...

    9-10-2019, 22:22

  • 
  • “Şərurlu İsfəndiyar”ın adamı fırıldaqçı kimi həbs olundu

    “Şərurlu İsfəndiyar”ın adamı fırıldaqçı kimi həbs ...

    16-05-2014, 10:25

  • 
  • Şərurlu İsfəndiyar məhkəmə hakiminin "toruna" düşüb

    Şərurlu İsfəndiyar məhkəmə hakiminin ...

    22-12-2012, 13:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (380)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu