GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Şərurlu İsfəndiyar məhkəmə hakiminin "toruna" düşüb

Şərurlu İsfəndiyar məhkəmə hakiminin "toruna" düşüb

Tarix: 22-12-2012, 13:21 Bölmə :Manşet Baxış: 2 306
Şərurlu İsfəndiyar məhkəmə hakiminin "toruna" düşüb
Ərinin həbs olunmasını hakim Sevinc Quliyeva özü təşkil edib, onu az müddət sonra azad etdirə biləcəyinə görə

gundemxeber.az Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva həyat yoldaşının dələduz kimi həbsini planlayıb. Hazırda Nərimanov Rayon Məhkəməsinin hakimi kimi çalışan Sevinc Quliyevanın həyat yoldaşı sən demə dələduzluğa görə həbs olunub. Əlbəttə, “hər bir şəxs öz əməlinə görə məsuliyyət daşıyır deyib, ərinin həbsdə olmasının Sevinc Quliyeva ilə nə əlaqəsi ola bilər”, deyə bilərik. Elə biz də lap başda bunu deyib informasiyaya ciddi yanaşmasaq da, sonra apardığımız araşdırma zamanı ciddi və bir o qədər də maraqlı məqamlar üzə çıxdı.
Bu barədə pia.az-a daxil olan məlumatlarda bildirilir ki, hakimin əri Kənan Quliyev “Kamran” MMC-nin adı ilə fəaliyyət göstərən şirkət vasitəsiylə sayları 300-ü keçən vətəndaşdan ev alqı-satqısı üçün külli miqdarda pul alıb. Tikilməkdə olan binadan onlara ev verəcəyinə dair söz verən Kənana hər müştəri ən az 40 min AZN ödəyib. Nəticədə əldə olunan vəsitin məbləği 12 milyondan çox olub. Əlbəttə ki, son nəticədə nə ev tikilib, nə də vətəndaşların pulu qaytarılıb. İddiaya görə, ərinin həbs olunmasını da hakim Sevinc Quliyeva məsləhət görüb. Çünki həbsə girərərsə onu az müddət sonra azad etdirə biləcəyinə əmin olub.
Məlumatda bildirilir ki, ssenari hakim xanımın istəyi üzrə yeriyib və Kənan Quliyev həbs olunub. Nəticədə əldə 8 milyondan çox vəsaitin qaldığı bildirilir. Lakin bir müddət sonra Sevinc xanımın ərini azad etdirmək planı uğursuzluğa uğrayıb. Bunun bir səbəbinin mətbuatda gedən yazılar olduğu, digər səbəbi isə “Şərur İnşaat”-ın sahibi İsfəndiyar Axundov olduğu bildirilir.
Əlbəttə illərlə Bakıda binalar tikib satan, barəsində olmazın dedi-qodular yayılan və nədənsə ona qarşı başladılan cinayət işlərinin heç biri mənfi sonuclanmayan iş adamının məsələyə qarışması və yaxud da qarışdırılması təsadüf deyil.
Araşdırmamız zamanı “Kamran” MMC-nin Yasamalda tikməyə cəhd etdiyi binanın “Şərur” MTK ilə heç bir əlaqəsinin olmadığını öyrəndik. Lakin Kənanın həbsi planlaşdırılan zaman həmin yarımçıq binalar İsfəndiyar Axundova təklif olunub. O da şərtləri götür-qoy etdikdən sonra razılaşıb. Bundan sonra Sevinc Quliyeva adamlarını işə salaraq şikayətçi vətəndaşları İsfəndiyar Axundovun üstünə salıb. Axundov da öz növbəsində onların bir qisminə Hövsanda ev verə biləcəyini deyib. Bununla da İ. Axundovun adı cinayət işinə “Kənanın ortağı” kimi salınıb. Hazırda istintaqı yekunlaşmayan prosesdə Axundova qarşı istifadə edilən ən böyük “silah” da məhz onun zərərçkmişlərə ev vermək barədə verdiyi təklifdir.
Məlumata görə, ona “əgər Kənanla şərik deyildinsə niyə o vətəndaşlara ev vermək istəmisən”, kimi normalda absurd, lakin hüququn qarşısında insanı günahkar edən iddia qoyulur. Məlumat üçün qeyd edək ki, “Kamran” MMC-nin tikdirməyə cəhd etdiyi binanın sənədləri olmadığından İ. Axundov bu binanı məhkəmə və istintaq üçün sübut kimi təqdim olunması mümkün olmayan bir neçə kağız əsasında alıb. Yəni o, hazırda ifadəsində “mən binanı almışam, ona görə vətəndaşlara ev verirəm”, desə belə, nə hüquq buna inanadı, nə də Sevinc xanımın yürüməkdə olan planı.
Başqa sözlə hazırda Kürdəxanıda qazamat həyatı yaşayan Kənan Quliyevin azadlığa çıxması üçün əvvəlcə İsfəndiyar Axundovu ona “şərik qoşan” Sevinc Quliyeva hazırda bu planının uğursuzluğunu hər addımda yaşamaqdadır. İddiaya görə, İ. Axundov həm Kənanın azadlığa çıxmasına, həm də Sevinc Quliyevanın vəzifəsində rahat fəaliyyət göstərməsinə mane olur.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lamiyə Quliyeva azadlığa buraxıldı - FOTOLAR

    Lamiyə Quliyeva azadlığa buraxıldı - FOTOLAR ...

    20-02-2015, 22:05

  • 
  • Məhkəmə hakimi qardaşı arvadını döydü

    Məhkəmə hakimi qardaşı arvadını döydü ...

    2-09-2014, 16:28

  • 
  • Sabah Əvəz Zeynallının məhkəməsi var

    Sabah Əvəz Zeynallının məhkəməsi var ...

    12-08-2013, 11:37

  • 
  • Sevinc Babayevanın ölümü rəsmən təsdiqləndi

    Sevinc Babayevanın ölümü rəsmən təsdiqləndi ...

    27-12-2012, 19:30

  • 
  • Sevinc Babayevanın meyiti tapıldı

    Sevinc Babayevanın meyiti tapıldı ...

    28-12-2012, 12:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu