GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Özündən xəbərsiz bankda adına iri həcmdə borc yazılıb - GİLEY

Özündən xəbərsiz bankda adına iri həcmdə borc yazılıb - GİLEY

Tarix: 10-12-2019, 20:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 353
Özündən xəbərsiz bankda adına iri həcmdə borc yazılıb - GİLEY


Günahsız Ravin Salayev “Accessbank”la Maliyyə Bazarlarına Nəzarət Palatası arasında qalıb.

Bakı şəhəri, Xətai rayon sakini Salayev Ravin Namir oğlu Accessbank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı şikayət edib. Ravin Salayev başqa bir bankdan zamanında kredit alıb. Sonra eyni ildə bir-birinin ardınca iki dəfə devalvasiya olub. Buna görə Ravin Salayevin banka əlavə borcu yaranıb. Prezident İlham Əliyevin məlum sərəncamından sonra 10 min dollara qədər kredit götürən şəxslərə ödədikləri əlavə pul geri qaytarılır. Ravin Salayev də artıq ödədiyi əlavə 1300 AZN kompensasiya məbləğini geri ala bilmir; həmin bank pulu geri ödəməkdən imtina etməyib. Ancaq bu yaxınlarda ləğv olunaraq səlahiyyətləri Mərkəzi Banka verilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında problem çıxıb. Bunun da çox qəribə səbəbi var: Accessbank-da Ravin Salayevin adına… götürmədiyi başqa bir krediti varmış!

Ravin Salayev bildirir ki, heç zaman müştərisi olmadığı “Accessbank”da adına borc yazılmasına baxmayaraq, ona bu haqda heç bir məlumat daxil olmayıb: “Mən bu xəbəri eşidib, heyrətləndim. Özüm təhsilli, öz hüququmu müdafiə etməyi bacaran insanam. Mənim müştərisi olduğum bankdan heç bir şikayətim yoxdur. Onlar da problemin həllini gözləyirlər ki, kompensasiyanı mənə versinlər. Mən adımda pul olması ilə bağlı araşdırmanı 7-8 ay get-gəldən sonra öyrənə bildim”.

Ravin Salayev, “Accessbank”ın müştərisi olmadığı halda, onun adına başqa müştərinin 28 min ABŞ dolları məbləğində borcu yazılıb. Bu məlumatı isə ona Maliyyə Bazarlarına Nəzarət Palatasından bildiriblər: “Sənədləri təqdim etmək istədim. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirdilər ki, qəbul edə bilməzlər. Dedilər ki, bu işləri məhkəmə görməlidir, yəni, şəxs özü sənədi gətirə bilməz. Dedim ki, mən kompensasiyamı ala bilmirəm, səbəbini bilmək istəyirəm. Mənim şikayətimə baxılmır, ancaq yola verirlər. Bu zaman Palatanın işçisi kompüterdə baxıb dedi: “Sizin adınıza “Accessbank”da 28 min ABŞ dolları məbləğində borc yazılıb”.

Ravin Salayev deyir ki, bu söhbət ona uydurma kimi görünüb: “Dedim, yəqin məni yola vermək üçün bir vasitədir. Sonra üz tutdum yenə “Accessbank”-ın Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən filialına. Araşdırma zamanı məlum oldu ki, borcun sahibi (daha doğrusu, sahibəsi) Salayeva soyadlı şəxsdir. O borcu mənim üstümə atıblar. Sabahsı isə Accessbankın mərkəzi ofisinə getdim. Orda məni qarşılayan xanım bildirdi ki, məsələ həll olunacaq. 7-8 saatdan sonra isə dedi ki, sənədlərimə yenidən baxılacaq. Sonra məni Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdilər. Orda mənim sənədlərimə baxıb: “Aşağı mərtəbədə bir də qeydiyyatdan keçin” dedilər. Bu zaman aydın oldu ki, ikinci dəfə qeydiyyatdan keçmək olmaz”.

Ravin Salayev deyir ki, 1 aya yaxındır ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından heç bir cavab yoxdur: “Maliyyə Bazarlarına Nəzarət Palatası hələ cavab verməyib. Əgər “Accessbank” üzərimdən 28 min ABŞ dolları məbləğində olan pulu götürsə, mənə 1300 manat kompensasiya düşür. Avtomatik dövlət onu mənə verəcək. Sadəcə, mənim başıma gətirilən bu oyun ucbatından bu əziyyəti çəkirəm. Problemi mənə Accessbank yaradıb. Mənə bu haqsızlıq edilib. Bu qədər get-gələ salınmışam. Mən tək deyiləm; bu haqsızlığı yaşayanlar çoxdur. Kim ardınca gedir, problemi həll edə bilir. Kim də kompensasiya düşməməsi ilə razılaşırsa, çıxıb gedir. Axıra kimi işin arxasınca gedəndə məlum olur ki, sənə hansısa bank problem yaradıb. Avamçılıq etsəydim, kompensasiyam batacaqdı”.

Ravin Salayevin istədiyi budur ki, məsələ ictimailəşsin, onun üzərindəki bu əsassız borc öhdəliyi götürülsün. Onun sözlərinə görə, özünün heç bir günahı olmadığı halda bank-maliyyə səhlənkarlığının, bəlkə də fırıldağının qurbanı olub: “Hər iki tərəfin müştəri ilə belə davranması yolverilməz haldır. Ciddi olaraq problemin kökü ilə maraqlanan yoxdur. Ancaq hər iki qurum bir- birini günahlandırmaqda davam edir”.

Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Maliiyə Bazarlarına Nəzarət Palatasından Bizimyolinfo saytına verilmiş açıqlamada bildirildi ki, Ravin Salayevin adına “Accessbank”dan 28 min ABŞ dollar borc yazılıb. Məlum olub ki, həmin bankın müştərisi deyil. Ona görə də bankı məhkəməyə verə bilər”.

“Accesbank”dan isə, Bizimyol.info-ya bildirdilər ki, Ravin Salayev adlı belə bir müştəri onlarda qeydiyyata alınmayıb. Bizdə sistemdə dəfələrlə yoxlanılıb. Belə bir müştəri və adında borc olan şəxs yoxdur”.

Bundan başqa “Accesbank”dan Salayevə göndərilən səs yazısında bildirilir: “Sizin sənədlərinizin “Accesbank”la heç bir əlaqəsi olmadığı üçün biz məlumat qeyd etdik ki, məlumat ötürülməyib. Biz tərəfdən Maliiyə Bazarlarına Nəzarət Palatasına məlumat ötürüldü. Sistemdə bu gün artıq məlumat verildi”.

Azərbaycan türkcəsinin bu cür bərbad (çətin anlaşılan) “bank ləhcəsində”ki səs yazısından belə məlum olur ki, “Accessbank” MBNP-a məlumat ötürüb; Ravin Salayev…o Salayeva deyilmiş. Zərərçəkən müştərinin öz halal 1300 manatını ala bilib bilməyəcəyi hələ məchul qalmaqda davam edir. Maliyyə qurumları günahsız bank müştərisinin əsəbləri, vaxtı, hissləri və pulunun taleyi ilə… futbol oynayırlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Maliyyə Bazarlarına Nəzarət Palatasında YENİ TƏYİNAT

    Maliyyə Bazarlarına Nəzarət Palatasında YENİ ...

    6-06-2016, 12:30

  • 
  • Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF Şirkətlər Qrupu”nu cərimələyib

    Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF ...

    1-07-2019, 11:38

  • 
  • Azərbaycanda dollar kreditlərinə görə kompensasiya vətəndaşların kart hesablarına köçürüləcək

    Azərbaycanda dollar kreditlərinə görə ...

    1-03-2019, 16:56

  • 
  • 10 min dollardan artıq kredit götürənlərə də güzəşt ediləcək — Əsas şərt

    10 min dollardan artıq kredit götürənlərə də ...

    2-03-2019, 20:42

  • 
  • “DəmirBank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın məbləği açıqlandı

    “DəmirBank”ın əmanətçilərinə ödəniləcək ...

    27-12-2017, 00:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu