GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » 10 min dollardan artıq kredit götürənlərə də güzəşt ediləcək — Əsas şərt

10 min dollardan artıq kredit götürənlərə də güzəşt ediləcək — Əsas şərt

Tarix: 2-03-2019, 20:42 Bölmə :İqtisadiyyat Baxış: 889
10 min dollardan artıq kredit götürənlərə də güzəşt ediləcək — Əsas şərt


"Vətəndaşın 10 min dollardan artıq kredit götürməsinə baxmayaraq, devalvasiya zamanı əsas məbləğ 10 min dollaradək azaldığı üçün onun kreditinə kompensasiya hesablanacaq"

Gundemxeber.az "Ölkə.Az"a istinadla xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov problemli kreditlərə kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı bəzi sualları cavablandırıb.

- Kompensasiya kredit xəttinə, yoxsa əsas kredit borclarının qalıq məbləğinə əsasən hesablanacaq?

- Fərman kredit xətti 10 min dollardan çox olan kreditlər üçün bir sıra hallarda kompensasiya əldə etmək imkanı yaradır. Sənədə əsasən, kompensasiya məbləği hesablanan zaman kredit xətti deyil, əsas məbləğ üzrə kredit qalığı əsas götürüləcək. Məsələn, vətəndaşımız 2014-cü ildə 12 min dollar kredit götürüb və 2015-ci il fevralın 21-dək əsas məbləğin 2 min dollarını ödəyib. Yəni, onun birinci devalvasiya baş verən zaman əsas məbləğ üzrə borc 10 min dollar olub. Birinci devalvasiya baş verən zaman onun 12 min dollarlıq kredit xətti üzrə əsas qalıq məbləği 10 min dollaradək azaldığı üçün o kompensasiya ala biləcək. Bu isə o deməkdir ki, vətəndaşımızın 10 min dollardan artıq kredit götürməsinə baxmayaraq, devalvasiya zamanı əsas məbləğ 10 min dollaradək azaldığı üçün onun kreditinə kompensasiya hesablanacaq.

-10 min dollardan artıq kredit xətttinin birinci deyil, ikinci devalvasiya zamanı əsas məbləğ üzrə qalığı 10 min dollaradək azalıbsa, həmin kreditə kompensasiya ödəniləcəkmi?

- Məsələn, vətəndaşımız 2014-cü ildə 12 min dollar kredit götürüb. Onun krediti üzrə əsas məbləği 2015-ci ilin fevralın 21-dək, yəni birinci devalvasiya baş verənədək, 11 min dollaradək azalıb (yəni 10 min dollardan çox olub), həmin ilin dekabrın 21-dək, yəni ikinci devalvasiya baş verənədək, 10 min dollaradək azalıb. Bu halda həmin kreditə də kompensasiya hesablanacaq və ikinci devalvasiyadək əsas məbləğ üzrə qalıq borc 10 min dollar olduğu üçün ödəniş ediləcək.

- Devalvasiyalardan sonra manata çevrilmiş kredit borcları kompensasiya alacaqmı?
- Məsələn, vətəndaşımız 2015-ci ilin yanvarında 9 min dollar kredit götürüb və iki devalvasiyadan sonra, 2016-cı ildə bankla razılaşaraq onu 1.6 kursu ilə manata çevirib və milli valyuta ilə ödənişlər edib. Belə kreditlər də dollar krediti kimi kompensasiya alacaqlar. Həmin kreditlər üzrə əsas məbləğin milli valyutaya çevrilməsinə və ödənişlərin manatla olmasına baxmayaraq, o borc dollarda olan borc kimi qəbul olunur və devalvasiya nəticəsində yaranan fərq sənəddə öz əksini tapan mexanizmə uyğun olaraq tam ödənilir. Yəni, tam kompensasiya ödəniləcək.

- Rəsmi olaraq kreditlər üzrə ödəniləcək kompensasiya məbləğini hər bir vətəndaş özü necə hesablaya bilər?

- Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatorun hazırlanmasını həyata keçirir. Güman olunur ki, həmin kalkulyator gələn həftə palatanın internet səhifəsində yerləşdiriləcək. Hər bir vətəndaş kalkulyatora kredit ilə bağlı məlumatları daxil etməklə ala biləcəyi kompensasiyanın məbləğini özü elektron hesablaya biləcək.

- Kompensasiyanı almaq üçün banka müraciət etmək lazımdırmı?

- Siyahılar dəqiqləşdirildikdən sonra banklar vətəndaşlar ilə əlaqə saxlayıb, onlara kompensasiya ödənişi həyata keçirəcəklər. Kompensasiyalar ödənilən zaman sizinlə əlaqə saxlanılmasa, o zaman banka müraciət edin. Nəzərə almaq lazımdır ki, bütün kompensasiyalar bu il mayın 28-dək tam ödənilməlidir. Eyni zamanda, xüsusi suallarınız olduğu halda Maliyyə Bazarlarına Nəzarət Palatasının 966 Çağrı Mərkəzi ilə əlaqə saxlmağı da unutmayın.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Manatla krediti olanlara ŞAD XƏBƏR - Ekspert suallara aydınlıq gətirdi

    Manatla krediti olanlara ŞAD XƏBƏR - Ekspert ...

    1-03-2019, 13:48

  • 
  • Azərbaycanda dollar kreditlərinə görə kompensasiya vətəndaşların kart hesablarına köçürüləcək

    Azərbaycanda dollar kreditlərinə görə ...

    1-03-2019, 16:56

  • 
  • Kreditləriniz necə ödənəcək və ödənəcəkmi? Prezidentin fərmanı barədə 10 suala cavabda

    Kreditləriniz necə ödənəcək və ödənəcəkmi? ...

    1-03-2019, 13:00

  • 
  • Mərkəzi Bank kredit borcu olanlarla bağlı açıqlama yaydı

    Mərkəzi Bank kredit borcu olanlarla bağlı ...

    29-06-2015, 11:12

  • 
  • Niyə məhz 10 min? - Mehriban Əliyevanın köməkçisi aydınlıq gətirdi

    Niyə məhz 10 min? - Mehriban Əliyevanın köməkçisi ...

    2-03-2019, 11:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu