GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mingəçevir İcra Hakimiyyətinin uşaq bağçalarına olan “qayğısı” başçıya nələr qazandırır?

Mingəçevir İcra Hakimiyyətinin uşaq bağçalarına olan “qayğısı” başçıya nələr qazandırır?

Tarix: 11-12-2019, 15:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 433
Mingəçevir İcra Hakimiyyətinin uşaq bağçalarına olan “qayğısı” başçıya nələr qazandırır?


Regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində hər yerdə olduğu kimi, Mingəçevir şəhərində də müəyyən işlər görülüb. Çoxmərtəbəli binaların dam örtükləri əsaslı təmir edilib, parklar, xiyabanlar, istirahət bağları salınıb və abadlaşdırılıb, bir çox binaların fasadları üzlənərək rənglənib. Şəhərdə və energetiklər qəsəbəsində bir neçə məhəllə tam abadlaşdırılaraq işıqlanma sistemi ilə təchiz edilib,yaşıllıq sahələri genişlənib.Butun bunlar İlham İsmayılovun şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olduğu dövrlərə təsadüf edir.

Gundemxeber.Az aktualinfo.org-a istinadən xəbər verir ki, bir neçə gündən sonra isə İlham İsmayılovun Mingəçevir şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasının bir ili tamam olacaq. Bu bir il ərzində İlham İsmayılov bir başçı kimi Mingəçevirdə nə kimi işlər görə bilib? Xatırladaq ki, İlham İsmayılov Ucarda doğulsa da Mingəçevir sakinləri üçün yad adam deyil O, 2008-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 17.12.2018-ci il tarixli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

İlham İsmayılov hazırda Mingəçevirdə sakinlərlə tez-tez səyyar görüşlər keçirir.Görüşlərdə sakinlər şəhərdə həyata keçirilən abadlıq quruculuq işlərindən razılıq edərək, onları narahat edən problemlərdən danışırlar. Belə görüşlərdə sakinlər yaşayış binalarında istilik sisteminin olmaması, işıqlanma və kanalizasiya sisteminin normal vəziyyətdə olmaması və digər problemlərini İcra başçısına asanlıqla çatdıra bilirlər. İcra başçısının səylərinə baxmayaraq Mingəçevirdə mərkəzi küçələr istisna olmaqla şəhər ətrafı yollar ürəkaçan deyil, işıqlandırma sistemi zəif, binaların kanalizasiya sistemlərində olan problemlər həllini tapmamış olaraq qalmaqdadır.

Apardığımız araşdırmalarda şəhər İcra Hakimiyyətinin son bir ildə ancaq uşaq bağçaları ilə iş gördüyü məlum oldu. Belə ki, İcra Hakimiyyəti tərəfindən elan olunmuş tenderlərdə uşaq bağçalarının təmiri əsas yer tutur. 15.02 2018 ci ildə,yəni bir gündə uşaq bağçalarına yumşaq inventarların alınmas 34680.2, uşaq bağçalarına sair xərclər üzrə 11894.4. uşaq bağçalarına idarənin xərcləri üzrə 19861.76, uşaq bağçalarına digər maşın və avadanlıqların alınması üzrə 28591.4, uşaq bağçalarına dəftərxana ləvazimatlarının alınması üzrə 20527.28, uşaq bağçalarına bərk inventarların alınması üzrə 39901.7, uşaq bağçalarına avadanlıqlar alınması üzrə 34708.52, və digər alışlar və xidmətlər üzrə 9218.16, kecirilmiş tenderlərin hamısını “Uğur-V” MMC qalib gəlib.

19.11.2019 cu ilə uşaq bağçalarının əsaslı təmiri üzrə keçirilmiş iki tenderin də qalibi”uğur-V”MMC olub. Müvafiq olaraq 22270.07 və 13217.32 manatlıq işləri “Ugur-V” MMC-yə həvalə olunub. Mingəçevirdə, 11 saylı ərazı vergilər baş idarəsində qeydiyyatdan keçmiş,nizamnamə Kapitalı 10 manat olan bu MMC-nin qanuni təmsilçisi Əsgərov Vahid Kamal oğlu göstərilir. Amma bu MMC-nin başqaları tərəfindən idarə olunduğu qənaətinə gəlməmək olmur. Uşaq bağçalarında deratizasiya, və dezinfeksiya işlərinin görülməsi işlərinə də İcra hakimiyyəti iki tender elan edib və hər bir sifariş 10966.32 qiymətləndərilib Mingəçevir şəhər Dezinfeksiya İdarəsi tərəfindən bu işlərin görülüb-görülməməsi sual altındadır.

Qeyd edək ki, Mingəçevirdə 21 uşaq bağçası fəaliyyət göstərir. Bu uşaq bağçalarının fəaliyyəti bu gün yerli sakinləri qane edirmi? Bu uşaq bağçalarına baş çəksək burada təmir işlərinin aparıldığını görə bilərikmi?Bir neçə ay ərzində uşaq bağçalarına tender yolu ilə 250000 manat civarında pullar ayrılıb. Tenderlərdə təmirə ehtiyacı olan uşaq bağçalarının sayı və ünvanı nə üçün açıq göstərilməyib? Uşaq bağçalarının təmiri deyə elan olunmuş tenderdə kim bilir hansı uşaq bağçası təmir edilib?Digər tərəfdən, İcra Hakimiyyəti tərəfindən daim “Uğur-V” MMC-yə üstünlük verilməsi elə tenderlərin şəffaf keçirilmədiyindən xəbər verir.

Qeyd edək ki, Niyazi Bayramov 28.08 2018 ci ildə Gəncə şəhər icra Hakimiyyətinə başçı təyin edildikdən sonra 17 12 2018-ci ilə qədər şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin başında olub. Tender yolu ilə dam örtüklərinin dəyişdirilməsi işlərini satın alan”AST Təmir Tikinti” MMC Azərbaycan Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 27.02.2018-ci ildə ayrılmış 3 milyon manata nə kimi işlər görüb? Burada şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin fəaliyyəti də mütləq vurğulanmalıdır. İcra Hakimiyyətində Memarlıq və Tikinti şöbəsinin müdiri Etibar Abdullayevin bu işlərdə başçıya yardın etməsi istisna deyil. Çünki onlar arasında isti münasibətlər İlham İsmayılovun hələ birinci müavin olduğu dönəmdən yarandığı bildirilir. Mingəçevir şəhər Maliyyə İdarəsinin müdiri Samir Məmmədovun da İcra başçısına bu kimi işlərdə yardımçı olması istisna deyil. Axı şəhərin maliyyə məsələlərinə birbaşa cavabdeh şəxs məhz Samir Məmmədovdur. Mingəçevir şəhəri üzrə 2019-cu ildə ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrası onun,yəni Maliyyə İdarəsinin müdirinin əlindədir. Hara,nə qədər ayırmağı isə güman ki İcra başçısı İlham İsmayılovla proqnozlaşdırırlar.
Gundemxeber.Az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edib - SƏRƏNCAM

    Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra ...

    17-12-2018, 16:02

  • 
  • Sumqayıtda dam örtükləri dəyişəcək - 5 milyon manat ayrıldı

    Sumqayıtda dam örtükləri dəyişəcək - 5 milyon ...

    15-12-2015, 21:39

  • 
  • Məcburi köçkünlər ayağa qalxdı

    Məcburi köçkünlər ayağa qalxdı ...

    31-05-2013, 12:21

  • 
  • Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib - (FOTO)

    Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə ...

    16-04-2017, 22:41

  • 
  • ÖZÜNÜ YANDIRAN APREL DÖYÜŞÇÜSÜ İCRA BAŞÇISININ YAXIN QOHUMUDUR –  Yeni iddialar + FOTOLAR (Yenilənib)

    ÖZÜNÜ YANDIRAN APREL DÖYÜŞÇÜSÜ İCRA BAŞÇISININ ...

    1-07-2019, 11:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu