GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tanınmış vəkildən Prezidentə MÜRACİƏT

Tanınmış vəkildən Prezidentə MÜRACİƏT

Tarix: 11-12-2019, 15:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 910
Tanınmış vəkildən Prezidentə MÜRACİƏT


Vəkil Elçin Sadıqov hüquq müdafiəçisi Oqtay Gülalıyevin taksi sürücüsü tərəfindən vurulması ilə bağlı yazdığı statusa görə, Baş Prokurorluğun müraciəti əsasında Vəkillər Kollegiyasından kənarlaşdırılması təhlükəsi ilə üz-üzə qalıb. Bu məqsədlə Elçin Sadıqov ölkə rəhbərliyinə müraciət edib. Həmin müraciəti olduğu kimi GundemXeber.Az-ın oxucularına təqdim edirik:



"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya


Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə

Xarici ölkələrin Azərbaycandakı Səfirliklərinə


Cənab Prezident!

Mən Sadıqov Elçin Əli oğlu 2007-ci ildən başlayaraq vəkillik fəaliyyəti ilə məşğulam. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm. On illik fəaliyyətim dövründə yüzlərlə vətəndaşın hüquqlarını müdafiə etmişəm. Fəaliyyətim boyunca hər zaman vəkil adını, andını yüksək tutmuşam. Hər zaman ölkəmizin qanunlarına uyğun olaraq reallaşdırdığım fəaliyyətim daim cəmiyyətin gözü önündə olub, insanlar fəaliyyətimlə bağlı həmişə razılıq hisslərini ifadə ediblər. Əsasən, insan haqları müdafiəsi sahəsində tanındığımdan, davamlı olaraq, təqiblərə, təyziqlərlə məruz qalmışam.

Cənab Prezident!

Sizə müraciət etməyimin əsas səbəbi son zamanlar yenidən basqılarla üzləşməyimdir. Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini Rüstəm Usubov tərəfindən üzvü olduğum Vəkillər Kollegiyasına şikayət edilib, heç bir qanuni əsası olmadığından bunu şəxsimə qarşı təqiblərin davamı hesab edirəm.

Cənab Prezident!

Oktyabr ayında “Siyasi Məhbuslarsız Azərbaycan Birliyi”nin koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev qəza keçirib. Bakının mərkəzində o, avtomobillə vurulub. Mən 30 oktyabr 2019-cu il tarixdə özümün facebook səhifəmdə aşağıdakı məzmunda status yazmışam: “Oktay Gülalıyev-in vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu etiyasızlıq deyil, qəsddir! Allahdan Oktay bəyə şəfa diləyirəm. Ümid edirəm ki, bu dəfə səhiyyə sistemimiz özünü doğrultmağa çalışacaq”. AR Baş Prokurorluğu həmin statusdan sonra mənim barəmdə 05/137/XİD saylı “material” yaradaraq “araşdırma” aparıb. Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının qanunvericiliyi prokurorluğa vəkillər barəsində xidməti araşdırma aparmaq səlahiyyəti vermir, prokurorluğun belə bir araşdırma aparmaq səlahiyyəti yoxdur. Qanunvericiliyə əsasən, belə araşdırmalar yalnız hüquq mühafizə orqanlarının işçiləri barəsində aparıla bilər.

Barəmdə qanunsuz xidməti araşdırma aparan AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov daha sonra Vəkillər Kollegiyasına müraciət edib. AR Vəkillər Kollegiyasının Rəyasət Heyətinə ünvanlanmış 05/137/XİD saylı, 14 noyabr 2019-cu il tarixli şikayət ərizəsində göstərilir ki, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkil Sadıqov Elçin Əli oğlu özünə məxsus facebook sosial şəbəkəsindəki profilində “Oktay Gülalıyev-in vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu etiyasızlıq deyil qəsddir! Allahdan Oktay bəyə şəfa diləyirəm. Ümid edirəm ki, bu dəfə səhiyyə sistemimiz özünü doğrultmağa çalışacaq” yazısını paylaşmış və kütləvi informasiya vasitələrində baş vermiş hadisə ilə bağlı “videoyazıya baxdım, bu ehtiyatsızlığın nəticəsi deyil, sui-qəsddir” şərhini vermişdir.

AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov daha sonra qeyd edib ki, “vəkil Sadıqov Elçin Əli oğlunun istintaqın qeyri-obyektiv aparılacağına dair əsassız məlumatlar yaymaqda məqsədi baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumları tərəfindən görülən işlərə kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaqdır. Ona görə də vəkillik fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol vermiş, vəkil etikası normasını pozmuş, AR Vəkillər Kollegiyasının üzvü Sadıqov Elçin Əli oğlu barəsində “Vəkillər və vəkillik Fəaliyyəti haqqında” Qanuna müvafiq tədbir görülməsi məsələsinə baxmağınızı və nəticəsi barədə Respublika Baş Prokurorluğuna məlumat verməyinizi xahiş edirəm”.

Cənab Prezident!

AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun mənim barəmdəki şikayəti heç bir hüquq normasına sığmır və Azərbaycanda vəkillik institutunun gözünün qorxudulmasına, Azərbaycanın mütərəqqi dünyanın gözündən salmağa xidmət edir. Hüquqi biliyi olan hər bir şəxs bilir ki, prosessual qanunvericiliyə, prokurorluq haqqında, vəkillik fəaliyyəti haqqında qanunlara görə, qeyri prosessual vəziyyət olmadan prokurorluq orqanının vəkildən Vəkillər Kollegiyasına şikayət etməsi, Vəkillər Kollegiyasının isə belə şikayətləri icraata qəbul etməsi tamamilə qanunsuzdur. Çünki, prokurorluğun araşdırma predmeti olmuş status mənim ifadə azadlığı hüququmdan yararlanmağımdır, mənim şəxsi sosial media səhifəmdə yayılıb. Mənim profilim rəsmi deyil, orda yazıb-yaydığım status isə vəkillik fəaliyyətimlə, hansısa müştərimlə bağlı deyil.

Cənab Prezident!

Ümumiyyətlə, AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov əsasən, 2017-ci ildən Azərbaycanda ifadə azadlığı hüququndan geniş, ancaq qanunlar çərçivəsində istifadə edən vətəndaşlarının qəniminə çevrilib. Bu kontekstdə, ən çox zərər görənlər azərbaycanlı vəkillərdir. AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov vəkillərdən ən çox şikayət edən, onların ağır cəzalandırılmasına səbəb olan şəxsdir. AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov Azərbaycanda vətəndaşların ifadə azadlığına, xüsusilə də vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən, senzura həyata keçirən şəxsdir. Bu üsulla davamlı olaraq, vəkilləri öz funksiyalarını həyata keçirməkdən çəkindirməyə, onların gözünün qorxudulmasına, mutiləşdirilməsinə çalışır. AR Baş Prokurorunun birinci müavininin həyata keçirdiyi belə siyasət vəkillərin prokurorluğa tabe etdirilməsinə, ölkədə qorxu mühitinin formalaşdırılmasına yönəlib. Baş Prokurorluq kimi bir qurumda yüksək pillə tutan bir şəxsin belə addımları yalnız bu quruma inamsızlıq yaratmır, eyni zamanda ölkəmizi, soz zamanlar baş verən ciddi dəyişikliklərin fonunda qabaqcıl dünyanın gözündən salır, Azərbaycanın yaxından əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrdə problemlər yaratmağa xidmət edir.

Möhtərəm Prezident!

Müstəqil vəkillik, ifadə azadlığı hüququ demokratik cəmiyyətlərin əsas sütunlarındandır. Konstitusiyamızda, Azərbaycanın tərəfdar çıxdığı müqavilələrdə ən yüksək səviyyədə təsbit olunmuş hüquqlardan istifadəyə görə, insan haqlarını daha aktiv müdafiə etməyə görə, yüksən pillədə duran rəsmi şəxslərin insanları təqib etməsi, onlara təzyiqlər göstərməsi, ləkələməsi yolverilməzdir. Belə addımlar ilk növbədə ölkəmizin nüfuzuna uyğun deyil. Sizdən AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun mənə qarşı atdığı qanunsuz addımların ədalətli araşdırılmasına, belə hallara son qoyulması üçün gərəkli addımların atılmasına göstəriş vermənizi xahiş edirəm"

Hörmətlə,
Vəkil: Elçin Sadıqov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • OMON-çular əfv üçün prezidentə müraciət etdi

    OMON-çular əfv üçün prezidentə müraciət etdi ...

    2-03-2017, 23:23

  • 
  • Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı cinayət işi başlanılıb

    Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı ...

    30-10-2019, 12:25

  • 
  • ​Şəhla Hümbətova Vəkillər Kollegiyasından xaric edildi

    ​Şəhla Hümbətova Vəkillər Kollegiyasından xaric ...

    28-11-2019, 15:05

  • 
  • Səhiyyə Nazirliyi Oqtay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb

    Səhiyyə Nazirliyi Oqtay Gülalıyevin durumu ilə ...

    31-10-2019, 11:04

  • 
  • Elçin Sadıqovla bağlı şikayət təsdiqini tapmadı - Rəsmi

    Elçin Sadıqovla bağlı şikayət təsdiqini tapmadı - ...

    20-11-2017, 22:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (219)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu