GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dövlətə 1.3 milyon borcu olan şirkət Bərdəni necə abadlaşdırdı?

Dövlətə 1.3 milyon borcu olan şirkət Bərdəni necə abadlaşdırdı?

Tarix: 13-12-2019, 19:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 603
Dövlətə 1.3 milyon borcu olan şirkət Bərdəni necə abadlaşdırdı?


Vidadi İsayev Ombudsmanı saymadı...

Dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi hallarıəsasən həmin qurumların sifarişçi olduğu tender zamanı baş verir.

Azərbaycanda keçirilən tenderlərdə ciddi maxinasiyaların olması barədə zaman-zaman yerli mətbuatda faktlara əsaslanmış xeyli yazılar tirajlanıb. Burada əsasən nazirlik, dövlət komitələri və yerli icra hakimiyyətlərinin adı ilk sırada durur.

Arqument.az-a daxil olan məlumata görə, tenderlərlə bağlı müəmmada Bərdə rayon İcra Hakimiyyətinin də adı keçir.

Bərdə Rayon İcra Hakimiyyətinin 2018-ci ildə "Şəhərdə abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən küçələrdə yenidənqurma işləri" üzrə sifarişçi olduğu tenderdə şübhəli məqamlar ortaya çıxıb. Belə ki, Bərdə Rayon İcra Hakimiyyətinin sifarişçi olduğu bu tenderin dəyəri 2.999.995 (iki milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan beş) manat təşkil edib.

Sözügedən tenderin qalibi isə "MVVL VP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Dövlətə 1.3 milyon borcu olan şirkət Bərdəni necə abadlaşdırdı?

"MVVL VP" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilin yanvar ayının 12-də dövlət reyestrində qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Eyvazov Pərviz Qurbanəli oğludur.

"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

"MVVL VP" Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı və təcrübəsi, konkret hansı sahə üzrə ixtisaslaşdığı barədə heç bir məlumat yoxdur. Həmçinin şirkətin əlaqə telefonu, faktiki ünvanı və web ünvanı barədə də heç bir informasiya yoxdur.

Belə olan təqdirdə məntiqi sual yaranır: Maddi-texniki bazası, qanuni işçi sayı, təcrübəsi barədə heç bir bilgi olmayan, eyni zamanda dövlətə külli miqdarda - 1.3 milyon vergi borcu olması barədə məlumatlar yayılan bir şirkət - MVVL VP" Məhdud Məsuliyyətli Cəmiyyəti hansı meyarla əsasən Bərdə Rayon İcra Hakimiyyətinin 2.999.995 manatlıq tenderinin qalibi olub?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dövlətə 1.3 milyon vergi borcu olan şirkətə tenderin verilməsi doğru deyil: "Qanunla külli-miqdarda vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz. Çünki onun uzunmüddətli öhdəlikləri var. Digər tərəfdən borcu olan şirkətin bank hesabına inkassasiya (nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınması) sistemi tətbiq olunur. Bu da o deməkdir ki, həmin şirkətin bank hesabına pul qoyulan kimi avtomatik vergi borcu çıxılır. Bəzən heç xəbərdarlıq edilmədən bu borcu tuturlar".

"3 milyonluq tender udan şirkətin hesabından 1.3 milyon onun vergi borcuna çıxırsa, həmin şirkət 3 milyonluq işi necə və hansı xərclə görür. Əgər şirkət dövlətin pulunu öz borcunu ödəməyə yönəldirsə, bu da açıq mənimsəmə faktıdır", - ekspert bildirib.

Rayondan verilən məlumata görə, aparılan işlər də "kosmetik" xarakter daşıyıb.

Bərdə Rayon İcra Hakimiyyəti isə mövzu ilə bağlı Arqument.Az-ın noyabrın 1-də göndərdiyi rəsmi sorğuya cavab verməyib. Həmin sorğuda 2018-ci ildə "Bərdədə abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən küçələrdə yenidənqurma işləri" üzrə tenderdə daha hansı şirkətlərin iştirak etdiyi, tender üzrə işlərin Bərdənin hansı ərazilərində aparıldığı, eyni zamanda "MVVL VP" Məhdud Məsuliyyətli Cəmiyyəti işlərin neçə faizini yerinə yetirdiyi əksini tapıb.

Bərdə rayon icra hakimiyyətinin başçısının köməkçisi Anar Hətəmov, başçının birinci müavini Vahid Qarayev, başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov, başçının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Fəqət Şadlinskaya Arqument.Az-ın şifahi sorğusunu da cavablandırmaqdan yayınıb.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsgəndər İsmayılov isə sorğunu cavablandırmağa vaxtı olmadığını deyib.

Sorğunun cavablandırılmaması ilə bağlı Ombudsmana göndərilən şikayətin bir nüsxəsi Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə göndərilsə də, icra başçısı Ombudsmanın müraciətini nəzərə almayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırdı

    Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü ...

    29-01-2014, 12:15

  • 
  • Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək üçün hərəkətə keçdi

    Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək ...

    29-10-2014, 11:55

  • 
  • Bərdənin icra başçısı qonşularının evlərini həyətinə qatdı - ÖZƏL

    Bərdənin icra başçısı qonşularının evlərini ...

    8-12-2014, 01:16

  • 
  • Ağsu rayon icra başçısının tender biznesi (FOTO)

    Ağsu rayon icra başçısının tender biznesi (FOTO) ...

    27-05-2019, 14:44

  • 
  • Ağdamda müdhiş “tender əməliyyatları”

    Ağdamda müdhiş “tender əməliyyatları” ...

    17-03-2015, 00:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu