GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cavanşir Tağıyevin Bakıxanov qəbirstanlığından xəbəri varmı?

Cavanşir Tağıyevin Bakıxanov qəbirstanlığından xəbəri varmı?

Tarix: 15-12-2019, 20:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 879
Cavanşir Tağıyevin Bakıxanov qəbirstanlığından xəbəri varmı?


Son zamanlar Bakı sakinlərinin ən böyük problemlərindən biri də rəhmətə gedən yaxınını dəfn etmək üçün qəbiristanlıqlarda məzar yerinin tapılmamasıdır. Vətəndaş sanki ölmüş şəxsin cənazəsi ilə birgə bir –bir qəbiristanlıqları dolaşmalıdır ki, haradasa boş yer tapsın.

Söhbət yerin olmamasından getmir. Təbii ki, bütün qəbiristanlıqlarda ən azı bir nəfər üçün qəbir yeri tapmaq mümkündür. Lakin həmin əraziyə nəzarət edən şəxslər onu daha imkanlı ölü yiyəsinə satmaq istəyir ki, problem də sünii şəkildə bu məqamda yaradılır. Qəbiristanlığa nəzarət edən şəxslər ilk növbədə qəbir yeri olmadığını deyirlər. Üstüörtülü şəkildə onun istədiyi məbləği verməyə razı olduğunu bildirdikdə isə, elə “məzənnə” deyir ki, mat qalırsan. Bir sözlə, Bakıda qəbiristanlıqlarda belə varlı ilə kasıb arasında bax bu cür fərq qoyulur.

Qanunla qəbir yerlərinin pulla satılması qadağan olunsa da, bəzi işbazlar qəbiristanlıq biznesi ilə məşğuldurlar. Bu sahədə cavabdeh olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil -Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin səlahiyyətliləri qanunda olan bir sıra boşluqdan istifadə edərək örtülü şəkildə açıq bazar açırlar.Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda açıq bazarla qarşılaşmalı olur. Ümumiyyətlə, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb ki, artıq şəhər sakinlərinin əksəriyyəti ayrı-ayrı qəbiristanlıqlarda məzar yerinin qiymətindən də xəbərdardır.

Gundemxeber.aaz aktualinfo.org-a istinadla bildirir ki, qeyri-rəsmi rəqəmlərə görə, ən ucuz qəbir yerinin qiyməti 140, ən baha 7 min manatdır. Bakının mərkəzindəki qəbir yerləri dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar. Paytaxtla müqayisədə Bakıdan kənarda qəbir yerləri nisbətən ucuzdur. Məsələn, Bakıda 200 manatdan 8 min manata qədər qəbir yerləri satılsa da, bir qədər paytaxtdan kənarda, məsələn, Bakıxanov qəbiristanlığında 1 kvadratmetrin qiyməti 1000-1500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 3000 manatdan ucuz deyil

Amma Bakı şəhər İcra Hakimiyyəti Mənzil -Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestində bu göstərdiyimiz rəqəmləri heç kimə sübut edə bilməzsən. Burada el adəti dərhal misal çəkilir və müxtəlif bəhanələr gətirilir. Qeyd edək ki, bu sahəyə birbaşa nəzarət edən Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev artıq neçə illərdir burada çalışır. İcra Hakimiyyətinin başçısının şəhər qəbirstanlıqlarındakı hərc-mərcliyə göz yummasına Cavanşir Tağıyev sadəcə şərait yaradır. Elə Sabunçu rayonundakı Bakıxanov qəbirstanlığında müdirlik edən Rövşənə yaratdığı şərait kimi.

Aktualinfo.org onlayn qəzet redaksiyasına verilən məlumatlarda Bakıxanov qəbirstanlığında vətəndaşlara xidmətdən daha çox şəxsi mənafeyi üçün çalışan müdir Rövşən burada kommersiya fəaliyyəti ilə məşğul olduğu bildirilir. Belə ki qəbristanlığın yaxınlığında yerləşən daş sexinin sahibi olan Rövşən Daşkəsəndən gətirdiyi mərmərləri Ukrayna adı ilə vətəndaşlara baha qiymətə satır. Təyin olunduğu bu bir neçə il ərzində Rövşən adlı şəxs artıq kifayət qədər vətəndaşı narazı yola sala bilib. Bu narazılıq qəbirstanlıqda boş yerin olmaması ilə bağlı deyil. Bildirilir ki əvvəl qəbristanlıqda yerin olmadlığını bildirən Rövşən istədiyi məbləği aldıqdan sonra yer tapır. Narazılığın əsas səbəbi qəbir yerlərinin qiymətinin qaldırılmasıdır. Etiraz edən vətəndaşlara isə Rövşən qiymətlərin onun tərəfindən deyil, İcra Hakimiyyəti tərəfindən qaldırıldığıını bildirir. Vətəndaşlar isə söhbətin hansı İcra Hakimiyyətindən getdiyini bilmədiklərini qeyd edirlər. Elə bir mətbuat orqanı olaraq bizə də maraqlıdır və bunu aydınlaşdırmağa çalışacağıq ki, Rövşənin dediyi İcra Hakimiyyəti Bakı şəhər İcra Hakimiyyəti deyil ki? Bu Bakı şəhər İcra Hakimiyyəti olmasa da, qurumun Əhaliyə Vətəndaşlıq Xidməti Trestidir. Yəqin Rövşən İcra Hakimiyyəti dedikdə məhz Cavanşir Tağıyevin idarəsini nəzərdə tutur. Axı qəbristanlıqlarda onlardan başqa qiymətləri kim qaldıra bilər ki?

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda qəbirstanlıq biznesi

    Bakıda qəbirstanlıq biznesi ...

    24-01-2015, 01:20

  • 
  • Yazılmamış qaydalar ölü sahiblərini ölüləri ilə birgə öldürüb, sonra dirildir...

    Yazılmamış qaydalar ölü sahiblərini ölüləri ilə ...

    22-10-2013, 12:34

  • 
  • Bakıda qəbiristanlıqlar dolub, yeni məzarlığa ehtiyac yaranıb

    Bakıda qəbiristanlıqlar dolub, yeni məzarlığa ...

    18-11-2013, 11:41

  • 
  • Azərbaycanda məzar yerləri pulsuz olacaq

    Azərbaycanda məzar yerləri pulsuz olacaq ...

    30-11-2017, 15:37

  • 
  • Naxçıvanda dəbdəbəli qəbir daşları qadağan edildi - Yeni qanun

    Naxçıvanda dəbdəbəli qəbir daşları qadağan edildi ...

    10-11-2017, 12:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu