GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda qəbirstanlıq biznesi

Bakıda qəbirstanlıq biznesi

Tarix: 24-01-2015, 01:20 Bölmə :Ölkə Baxış: 0
Bakıda qəbirstanlıq biznesi

"Qəbir satıram, ucuzu 200, bahası 7-8 min manata..."

Paytaxtda yaşayanların çoxları qəbir yerlərindən asılı olaraq, neçəyə satılmasından xəbərdardır. Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda açıq bazarla qarşılaşmalı olur. Ümumiyyətlə, Bakıda son illərdə oturuşmuş bir "qəbir yeri bazarı” formalaşıb ki, artıq şəhər sakinlərinin əksəriyyəti ayrı-ayrı qəbiristanlıqlarda məzar yerinin qiymətindən də xəbərdardır.
Qeyri-rəsmi rəqəmlərə görə, ən ucuz qəbir yerinin qiyməti 140, ən baha 7 min manatdır. Bakının mərkəzindəki qəbir yerləri dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar. Paytaxtla müqayisədə Bakıdan kənarda qəbir yerləri nisbətən ucuzdur. Məsələn, Bakıda 200 manatdan 8 min manata qədər qəbir yerləri satılsa da, bir qədər paytaxtdan kənarda, məsələn, Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, "Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında satılır. Ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500 manata məzar yerləri var.
Bir çoxları ailə üzvlərini nəzərə alaraq qəbir yerlərini bütöv bir ailə sayına görə əvvəlcədən alır. Bu səbəbdən də məzarlıqlarda torpaq sahəsi azaldığından bundan istifadə edən işbazlar qiyməti artırıblar. Elə götürək Bakının Yasamal rayonu ərazisində yerləşən qəbiristanlığı, həmin ərazidə də torpaqlar baha qiymətə satılır. Belə ki, Yasamal qəbiristanlığı kimi tanınan bu məzarlıqda torpağın 2 sotu 5000-7000 manat arasında dəyişir. Onu da deyək ki, Yasamal qəbiristanlığında boş yer çox azdır. Vaxtilə imkanı olanlar bu əraziləri hasarlatdıraraq, "özəlləşdiriblər”. Burada cəsədini gözləyən qəbirlər çoxdur.
"İslam dininə görə insan dünyasını dəyişəndə qəbirdə dəfn olunur. Bu barədə Allah təala belə buyurur: "Sonra Allah təala insanı öldürüb qəbirə qoydu” (Qurani Kərim, Əbəsə surəsi 21-ci ayə). Allah təala mübarək kitabında insanı torpaqdan yaratdığını və daha sonra torpağa dəfn edəcəyini xəbər verib. Allah təala insanı torpaqdan yaratmış, torpaqda yaşadır və torpağa dəfn edir. Yəni torpağın sahibi uca Allahdır və insanı orada məskən salması və orada ölməsi üçün ona böyük bir hədiyyə olaraq vermişdir. Allah təala insanın dəfn olunması üçün torpaqların satılmasını əmr etməyib." İlahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, İslam dinində qəbir yerləri üçün torpaq sahələrinin satılması haram sayılır. Ə. Həsənov qeyd etdi ki, bu gün amma torpaq da ticarət sahəsinə daxil edilib, satılır. Qəbir yerlərinin satılmasının islam dinində haram hesab edilməsinin isə bir çox səbəbləri var: "Birincisi, Allah təala hamıya eyni imkanı vermir. Biri yoxsul olur, kasıb olur, digəri zəngin olur. Bu gün belə çıxır ki, yoxsul olan ya ölməməli, ya da dəfn olunmamalıdır. Həmçinin, torpaq insana məxsus deyil. İnsan sadəcə, orada müvəqqəti qonaqdır. Onun yaşadığı torpağı satması, xüsusi ilə dəfn üçün satması ümumiyyətlə, yol verilməzdir. Bu gün dövlət tərəfindən qəbir yerlərinin satılmasına nəzarət olunsa da təəssüf ki, bu nəzarəti çoxları görməzdən gəlirlər. Azərbaycanda xüsusi ilə vəziyyət çox çətindir. Bu da qəbir satanların özbaşınalığının nəticəsidir. Əslində qəbir yerləri dövlətin vətəndaşları üçün xüsusi ayrılmış yer olmalı və çox cüzi qiymətə satılmalıdır, baxmayaraq ki, İslam dininə görə qəbir yerlərini satmaq haramdır.”
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, qəbir biznesi cəlbedici biznesdir. Qəbir yeri üçün nəzərdə tutulan torpaqlarda qiymətlərin artması müşahidə olunur. Qiymətlərin artması da həmin yerlərə tələbin yüksəlməsi ilə bağlıdır: "Təəssüf ki, qiymətlər yüksəkdir. Əslində bu arzuolunan məsələ deyil. Qiymətlərin yüksək olması bəzi hallarda yaxınları rəhmətə getmiş insanların qəbir yeri alması ilə bağlı müəyyən çətinliklərin yaşanmasına gətirib çıxarır.”
V, Bayramovun sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün qəbirstanlıq biznesinə inzibati müdaxilə edilməlidir: "Qəbir yerləri ilə bağlı bir sıra ölkələrdə olduğu kimi konkret tariflər müəyyənləşdirilsin. Həmin qiymətdən yüksək qiymətə torpaqların satılmasına icazə verilməsin. Tariflər də vətəndaşın gəlirlilik səviyyəsinə uyğun olmalıdır. Hazırda yerləşmə yerindən asılı olaraq, torpaqların qiyməti bahadır. Torpaqların qiymətinin baha olmasının bir səbəbi qeyri-rəsmi ödənişlərin artması ilə bağlıdır. Simvolik bir tarifin müəyyənləşdirilməsi və bununla yanaşı bələdiyyələr və digər qurumlar tərəfindən qeyri-rəsmi ödənişlərin qarşısının alınması olduqca vacibdir. Heç bir halda qəbir yerləri üçün yüksək vəsaitin tələb edilməsi arzuolunan deyil. Birmənalı şəkildə bu sahəyə nəzarətin gücləndirilməsinə ehtiyac var.”
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov da paytaxt qəbiristanlıqlarında torpaq sahələrinin məhdud olduğunu söylədi. Amma qəbir yerlərinin pulla satılmasının qadağan olunduğunu bildirdi. "Qəbir yerləri pulla satılmır. Ölüsünü dəfn etmək istəyən azərbaycanlıdırsa, onun üçün dövlət rüsumu – 63, xarici vətəndaşlar üçünsə – 79 manatdır. Yəni hər kəs dövlət rüsumunu ödəyərək, ölüsünü dəfn edə bilər. Bundan başqa heç bir vəsait tələb olunmur. Bura qəbirin qazılması da daxildir. Digər materailları isə vətəndaş almalıdır. Bizim trestə 32 qəbiristanlıq daxildir. 1 və 2 saylı Şəhidlər Xiyabanı, 1 və 2 saylı Fəxri Xiyaban, 1 və 2 saylı Dağüstü, Keşlə, Hövsan, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat, 1-ci, 2-ci və 3-cü Biləcəri, Əhmədli, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd, Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanardağ, Pirşağı, Sabunçu, "Qurd qapısı" adı ilə məşhur olan ümumşəhər Yasamal qəbiristanlıqlarıdır. Xırdalan məzarlığının paytaxta yaxın hissəsi, bizə əks tərəfdəki hissəsi isə Abşeron rayonuna tabedir. Odur ki, bizim qəbiristanlıqlarda yerlərin pulla satılması halları yoxdur. Paytaxtın mərkəzi yerlərində yerləşən qəbiristanlıqlar tamamilə dolub. Amma şəhər kənarındakı qəbiristanlıqlarda boş yerlər tapmaq mümkündür. Məsələn, Sabunçu, Suraxanı, Biləcəri, Xırdalan, Binəqədi və s. kimi qəbiristanlıqlarda boş ərazi tapmaq mümkündür.”
Heç kimin qəbir yerini satmağa ixtiyarı olmadığını deyən Sabir Həsənov qəbir yerlərinin sənədləşdirildiyini deyir. "Həmin qəbir yerləri sənədləşdirilir. Odur ki, heç kim qəbir yerini sata bilməz. Yəni qəbir yerləri pullu deyil. Əgər kimsə belə hallarla rastlaşarsa, trestin "qaynar xətt”inə 510 83 08 müraciət edə bilər.”
Qəribədir, görəsən Sabir Həsənovun adını sadaladığı qəbirstanlıqlarda qəbir yerlərini minlərlə manata vətəndaşlara satan kimlərdir? Qəbirstanlıqda yasin oxumaq üstə dalaşan mollalar, yoxsa qəbir qazanlar?.. Məhz bu kimi suallara cavab tapmaq üçün mövzunu davam etdirəcəyik (analitik.az)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cavanşir Tağıyevin Bakıxanov qəbirstanlığından xəbəri varmı?

    Cavanşir Tağıyevin Bakıxanov qəbirstanlığından ...

    15-12-2019, 20:33

  • 
  • Yazılmamış qaydalar ölü sahiblərini ölüləri ilə birgə öldürüb, sonra dirildir...

    Yazılmamış qaydalar ölü sahiblərini ölüləri ilə ...

    22-10-2013, 12:34

  • 
  • Qəbiristanlıq monopoliyası: 63 manatlıq yeri 3000 manata satırlar - VİDEO

    Qəbiristanlıq monopoliyası: 63 manatlıq yeri 3000 ...

    25-01-2021, 12:00

  • 
  • Ermənilər 3 hərbçinin öldüyünü dedilər - 6 qəbir qazdılar

    Ermənilər 3 hərbçinin öldüyünü dedilər - 6 qəbir ...

    29-07-2021, 12:02

  • 
  • Naxçıvanda dəbdəbəli qəbir daşları qadağan edildi - Yeni qanun

    Naxçıvanda dəbdəbəli qəbir daşları qadağan edildi ...

    10-11-2017, 12:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu