GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şirvanda özbaşınalıq: "“Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular”"

Şirvanda özbaşınalıq: "“Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular”"

Tarix: 15-12-2019, 21:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 480
Şirvanda özbaşınalıq: "“Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular”"


Yağış suları evin içinə dolur, uşaqların böyrəkləri, ciyərləri xəstədir

“Evimizin dam örtüyü demək olar ki, yoxdur, eləcə, əlimizə keçən şiferləri düzmüşük. Yağış başımıza yağır. Azyaşlı uşaqlarım var, ayaqları tutulur, ciyərləri, böyrəkləri xəstədir. Kanalizasiyamız yoxdur, ətrafımız çirkab sulardır. Xəstəliyin, ölümün içində yaşayırıq”.

Gundemxeber.Az bildirir ki, bunları Meydan TV-yə Şirvan şəhəri, Neftçilər küçəsi 3 a ünvanda yaşayan Günay Kərimova deyir. Onun sözlərinə görə, azyaşlı övladlarına görə özü işləyə bilmir, həyat yoldaşı sürücüdür, ona da iş yoxdur. Nəticədə ailənin durumu dözümsüz vəziyyətə çatıb.

“Şəraitimizi necə quraq, çörəyi hardan qazanaq?”

“Atam öz pensiyası ilə azdan-çoxdan kömək edirdi, o da dünyasını dəyişdi. O rəhmətə gedəndən sonra vəziyyətimiz lap ağırlaşdı. Aclığa birtəhər dözmək olar, ancaq bu yağış, qar başımıza yağır, buna dözmək olmur. Yaşamağa yerimiz yox idi, qayınatamgilin həyətinin bir küncündə atamın köməkliyi və borc-xərclə balaca bir ev tikdik ki, uşaqlar çöldə qalmasın. Ancaq damını bağlamağa imkanımız olmadı, şiferləri düzdük ki, açıq qalmasın. Yağış başlayandan əşyalarımız suyun altında qalıb. Yağışın qarşısını almaq üçün şiferlərin böyür-başına döşək, yastıq yığmışıq. Özümüz birtəhər ev düzətlmişik, heç olmasa damını bağlamağı da dövlət eləsin. Uşaqpulu yox, sosial yardım yox, iş yox, əkməyə torpaq yox, saxlamağa heyvan yox, gəlir yox, biz necə yaşayaq? Şəraitimizi necə quraq? Çörəyi hardan əldə edək ki, acından ölməyək?”

“Çirkab sularımız qonşuların evinin altına axır”

Tikdikləri evə kanalizasiya xətti çəkilmədiyindən ailə özü çirkab sular üçün arx yaradıb, bu da qonşuların narazılığına səbəb olub:

“Bizim çirkab sular qonşuların həyətlərinə, evlərinin altına axdığı üçün hər gün mübahisə düşür. Aidiyyəti qurumlara müraciət edirik, həll etmir. Bu problemi aidiyyəti qurumlar həll etməlidir, müraciət edirik ki, gəlib kanalizasiya xəttini həyətimizə birləşdirsinlər, müraciətlərimizə cavab vermirlər”.

Kərimovlar ailəsinin daha bir problemi də tikdikləri evin sənədləşdirilməsi ilə bağlıdır.

“Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular”

Günay Kərimova ailənin sosial problemlərinə çarə tapmaq üçün Şirvan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun qəbuluna da gedib:

“İcra başçısının qəbuluna getdim, binanın qarşısında acınacaqlı vəziyyət vardı. Başçının qəbuluna düşmək mümkün deyildi. Bir qadın telefonu çıxartdı, istədi video çəksin, internetdə paylaşsın ki, prezident vəziyyətdən xəbərdar olsun. Ancaq polislər yerə yıxıb, qollarını burdular, telefonu əlindən aldılar. Mən yalvar-yaxarla, birtəhər başçının qəbuluna düşə bildim. Mənə qulaq asdı, bir nəfəri çağırdı, dedi, bu xanımın problemlərini araşdırmağı sənə tapşırıram. O da məni çölə çıxartdı, dedi, danış, görək, nə məsələdir. Mən ona bütün problemlərimizi danışdım. Dedi, sən səhv ünvana gəlmisən, burda belə problemlər həll olunmur. Dedim, necə yəni, səhv gəlmisən, bura rayonun icra hakimiyyətidir, mən də vətəndaşam, prezident bu başçını təyin edib ki, mənim kimi vətəndaşın problemlərini həll etsin. Əgər başçı mənim problemlərimi həll edə bilməyəcəksə, nə iş görür, niyə maaş alır? Dedi, hara istəyirsən, şikayət et, sənin problemlərin bizlik deyil. Sonra da uzaqlaşıb getdi. Mən təzədən başçının qəbuluna düşmək üçün binaya daxil olmaq istəyəndə, polislər buraxmadı, dedilər, sən artıq başçının qəbulunda olmusan”.

“Ömrümüz “cv” ata-ata başa çatdı”

Ailənin başçısı Kamal Kərimov uzun müddətdir ki, iş axtarışında olduğunu deyir:

“Şirkətlərə “cv” atıram, hamısı boş şeylərdir, vaxt itkisidir. Ömrümüz “cv” ata-ata başa çatdı. Heç yerdə işə qəbul yoxdur. Burda “Şirvan OİL” var, atam orda uzun illər işləyib. O dünyasını dəyişəndən sonra getdim, dedim, yeri boşdur, məni onun yerinə işə götürün. Dedilər, tapşırıq olmasa, mümkün deyil. Şirkətin direktorunun qəbuluna düşmək mümkün deyil, gərək Bakıdan SOCAR-dan tapşırıq ola ki, qəbuluna girə bilim. Mən də sizin vasitənizlə ona müraciət etmək istəyirəm ki, məni qəbul etsin, orda fəhlə, sürücü işləri var, xahiş edim, mənə iş versin, balalarıma çörək gətirim, evimin damını əsaslı təmir edim, bağlayım, bizim də insan kimi yaşamaq haqqımız var. Külək tez-tez şiferləri uçurdur, ev üstü açıq qalır. Yağış uşaqların yatağının içinə yağır”.

İcra hakimiyyəti: “Aidiyyəti qurumlara müraciət etsinlər”

Şirvan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Kərimovlar ailəsi iş üçün rayon Məşğulluq Mərkəzinə müraciət etməlidilər. Dam örtüyünə görə kömək üçün bələdiyyəyə, kanalziasiya xəttinin çəkilməsi, təzə tikilinin sənədləşdirilməsi üçün də aidiyyəti qurumlara müraciət etməlidilər: “Biz yalnız bunu edə bilərik ki, ailə bizə məktub göndərsin, biz də o müraciətləri aidiyyəti qurumlara yönləndirək. Qurumun büdcəsində vətəndaşın evinin təmiri üçün maliyyə vəsaiti nəzərdə tutulmayıb, biz kanalizasiya xətti çəkmirik. Ancaq nədənsə vətəndaşlar belə problemlərinə görə aidiyyəti qurumlara yox, məhz icra hakimiyyətinə yazır. Hər qurumun öz sahəsi, öz vəzifəsi, səlahiyyəti var”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıya qar yağır

    Bakıya qar yağır ...

    13-12-2012, 13:26

  • 
  • Qubaya qar yağır

    Qubaya qar yağır ...

    8-01-2014, 11:43

  • 
  • Rayonları su basdı

    Rayonları su basdı ...

    30-07-2013, 18:50

  • 
  • Bakıda yağış, rayonlarda qar

    Bakıda yağış, rayonlarda qar ...

    28-03-2016, 14:20

  • 
  • Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"

    Lütvəli Babayev camaatdan gizlənirsə... - ...

    8-10-2019, 11:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu