Son 2 gündə yağan yağışlar bir sıra bölgələrdə ciddi fəsadlar yaradıb. "Qafqazinfo" modern.az-a istinadən xəbər verir ki, İsmayıllıda yağış leysan xarakteri daşıyır.
“Son 2 gün ərzində aramsız yağışlar nəticəsində demək olar ki, evdən bayıra çıxmaq mümkün deyil. İsmayıllı sakinləri çıxılmaz durumdadır. Yollar bərbad vəziyyətdədir. Su və qazın verilişində problem yaranmasa da, elektrik enerjisinin təchizatında ara-sıra problemlər yaranır. Aramsız yağan yağışlar ən çox fermerlərə ziyan vurub. Taxıl biçininin başlamasını nəzərə alsaq, leysan yağışı onların işini daha da çətinləşdirib”.
Azərbaycanın digər bölgələrində də oxşar durum mövcuddur. Lerik rayonu üzrə Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun Modern.az-a verdiyi məlumata görə, rayonda yağış yağır. “Lakin ciddi maddi ziyan yoxdur. Payıza məxsus sakit yağış yağır”.
Quba rayonu İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, bu bölgədə də hava yağmurludur. Ancaq burda da təbiətin şıltaqlığından ciddi xəsarət və ya maddi ziyan yoxdur.
Sorğu
Yeni dizaynımız necədir?