Nə kəramətdirsə, Bərdə Rayon Təhsil Şöbəsinin “əbədi” və Artur Rasi-zadə erasından qalmış müdiri Rzaqulu Şərifovun müqaviləsini 1 il daha uzatdılar.
Gundemxeber.Az bildirir ki, reportyor.info-nun verdiyi xəbərə görə, facebook-dakı Təhsil İslahatları səhifəsində məlumat yayılıb. Şərhlərdə bərdəlilərin ironiyası ilə qarşılanan məlumatda deyilir ki, R.Şərifovun yanvarda ad günü olacaq.
Səhifənin admini bərdəli birinə istinadla yarızarafat, yarıciddi yazır ki, müqavilənin bir il uzadılması yəqin, ad günü hədiyyəsidir.
“Sizin sayənizdə bütün inamım hər şeyə öldü.Bütün düzgünlər,inandığım hər şeyə tüpürdüm…
Etmək istədiklərim,qurmaq istədiklərim sayənizdə puç oldu. Birinin 1 manatına tamah salmadım, ancaq düzgünlük naminə çalışdım,şəffaflıq naminə çalışdım.
Hamısının içinə etdilər. Vallah, nə mübarizənin,nə o işin bir mənası olmur. Siz düzgün edirmişsiniz,biz əyri edirmişik.
Mehman Gözəlov kimi müəyyən “damğalar”vurulub çıxmaq istəmirəm, mənə də nə etsən,nə edə bilsən, halalındır. Tüpürüm o işləməyə ki,yenidən sizlə,qanuna həsrət işləyəcəm!”
Bu qeydin müəllifi kimdirsə, görünür, Bərdə təhsilində işləyən insandır və ürək yanğısı ilə vəziyyətin acınacaqlığını ifadə edib.
Onun sözlərindən aydın olur ki, R.Şərifov Bərdə təhsilinin qəbrini qazıb, baş daşını qoyub, çoxdan dəfn edib və onun rəhbərliyinin 1 il də uzadılması faciənin davamiyyətinin rəsmiləşdirilməsidir.
O, həmin R.Şərifovdur ki, oğlu harınlamış məmur övladları kimi məktəbə məxsus 09 AA 089 dövlət nömrə nişanlı avtomobillə qəza törətməsi ilə ad çıxarmışdı.
Birinci sinif şagirdləri qış mövsümünə məktəb otaqlarını isitmək üçün dərs çantalarında kitab yox, odun və ya neft gətirirlər.
Hər ay jurnal pulu, təmir pulu, təhsil şöbəsindən gələn inspektorları yola salmaq üçün şagirdlərdən pul yığılır.
Bir müddət əvvəl məktəb direktorları büdcədən təhsilə ayrılan 60 min manat təsərrüfat xərcini həzm rabedən keçirmişdilər.
Bərdə rayonunun əsasən kənd məktəblərində dərsə davamiyyət çox aşağı səviyyədədir. Yuxarı siniflərin bəzi şagirdləri var ki, məktəb üzü görməsələr də adları sinif jurnalında əksini tapıb və sonda bir sıra yollarla attestata sahiblənirlər.
Bir müddət əvəvl də Xalid Vahidoğlu adlı vətəndaş Bərdə təhsilindəki vəziyyəti tənqid etmişdi:
“Bərdə rayonunda Rzaqulu Şərifov adlı şəxs var. Uzun müddət məktəb direktoru və 2013-cü ildən isə Bərdə rayon Təhsil şöbəsinin müdiri işləyib.
Axtarış sistemində bu şəxsin adı ilə axtarış verəndə rüşvət, korrupsiyadan tutmuş təhsil işçisinin adına yaraşmayan o pis əməl yoxdur ki çıxmasın”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?