Rayonda müəllimlərin pulları düzgün hesablanmırmış, hər ay 15 min manata yaxın pul isə şəxsi ciblərə axırmış
gundemxeber.az Beyləqan rayonunda müəllimlərin maaşlarının düzgün hesablanmaması aşkarlanıb. Bu barədə rayon məktəblərində dərs deyən müəllimlər məlumat veriblər. Onlar bildiriblər ki, bu məsələni özləri üzə çıxarıblar və yaxın vaxtlarda müvafiq dövlət qurumlarına müraciət etmək fikrindədirlər. Məlumatda deyilir ki, hər ay düzgün hesablanmayan əmək haqqlarından əldə olunan «gəlir» təqribən 10-15 min manat civarındadır. Bu pulları isə Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov və onun baş mühasibi Vüqar adlı şəxslər mənimsəyir. Onların iddiasına görə, bu qədər pulu rahatlıqla əldə etmək asan deyil. Amma Tofiq Sadıqovun bunun üçün çarə tapdığını da aşkarlayan yerli müəllimlər hədəf kimi rayon Maliyyə İdarəsini göstəriblər. Onlar deyiblər ki, idarənin müdiri Oqtay müəllim təsil şöbəsinin müdiri ilə əlbir şəkildə hərəkət etdiyi üçün uzun müddət məsələ qapalı qalıb. Bu əsnada Tofiq Sadıqov haqqında başqa bir məlumat da yayılıb. Beyləqandan verilən məlumatda vurğulanır ki, təhsil şöbəsinin müdirinin diplomu saxtadır və onun heç bir ali təhsili yoxdur. Onun bu vəzifəyə gətirilməsi və orada uzun illərdir fəaliyyət göstərməsinin səbəbi isə rayonun keçmiş icra başçısı, hal hazırda Kürdəmirdə eyni vəzifədə çalışan İrşad Əliyevdir.
Sorğu
Yeni dizaynımız necədir?