GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nazir Dillər Universitetində baş verənlərdən xəbərdardımı? - İTTİHAM

Nazir Dillər Universitetində baş verənlərdən xəbərdardımı? - İTTİHAM

Tarix: 18-12-2019, 11:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 362
Nazir Dillər Universitetində baş verənlərdən xəbərdardımı? - İTTİHAM


Günlər həftələri, həftələr ayları əvəz edir, Azərbaycan Dillər Universitetinin kollektivinin isə dərdinə əlac tapan yoxdur. Belə görünür ki, bu məkanın taleyi heç kəsi narahat etmir. Yelkənsiz gəmini Kamal Abdullayevə hədiyyə ediblər, onun da əlində nə sükanı var, nə avarı. Elə kor-təbii, küləyin, havanın, axının və ən əsası da öz kefinin istiqamətindən asılı olaraq gəmisini-universiteti yelləyə-yelləyə, sallaya-sallaya idarə edir, əgər buna idarə etmək deyilirsə.

Son islahatlar, ölkə başçısının çıxışları isə bu lənətlənmiş qəsrin həndəvərində dolanır, içinə daxil ola bilmir. Universitet kollektivi kar deyil, kor olmasa da, lal olmağa məcbur qalıb. Korun da bir xüsusiyyəti var da, tutduğunu buraxmır, elə hey qanunsuzluqla mübarizəyə niyyətlənib. Amma necə? Kor-koranə! Çünki işıq ucu gələn bir dəlik də yoxdur. Muzdlu fəhlələr kimi qan-tərə batdıqları universitetin müqəddəratında həlledici qərar verən tapılmır ki, tapılmır.

Təhsil Naziri Ceyhun Bayramov baş verənlərdən xəbərdardımı? Susur. Aldadıldığının fərqindədir. Çəkindiyi bir şey varmı? Susur, yoxsa ümumiyyətlə, göz yumur?

Dillər Universitetində 1500 nəfərə yaxın işçiyə universitet büdcəsindən maliyyə vəsaiti ayrılırsa, Təhsil Nazirliyinə verilən məlumatda niyə bu rəqəm 1300 nəfər göstərilir? Gundemxeber.Az jamaz.info-ya istinadla bildirir ki, əslində isə, universitetdə təhsil alan 7483 tələbəyə nisbətdə götürüldükdə 800-1000 nəfər işçi heyətin fəaliyyəti kifayət hesab olunur. Deməli, kimlərsə, boş-boşuna büdcənin vəsaitindən faydalanır. Bu yaxınlarda, təşkil olunmuş böyük universitet elmi şurasında Kamal Abdullayev riyazıyyatdan, məntiqdən uzaq bir fərziyyə ilə, bütün heyətə elan verib ki, universitet büdcəsinin 95%i maaşlara ayrılır. Daha demir ki, bu bədii əsər deyil ki, saqqız kimi uzatsın, obrazlara yeni rəng versin, bu maliyyədir, faiz artımı maaş artımı ilə tərs, işçi sayı ilə düz mütənasib olub. Artan maaşlar deyil, işçi sayıdır, təbii ki, işçi sayı artdıqca, büdcədən maaşa ayrılan vəsait də ümumi faiz göstərici olaraq artacaq. Toplananların yerini dəyişdikdə, cəm dəyişməsə də, cəmdək dəyişir. Maaş artımı məsələsinə gəlincə, Təhsil Nazirliyinin göstərişinə əsasən, 2019-cu ilin oktyabr ayının 1-dən maaşlar 20% qaldırılmalıydı, qanunla hesablaşan bütün təhsil müəssisələri də bu qərarı icra etdi. Bəs ADU-ya aid deyil bu məsələ? Bu yaxınlarda, maaş cəmi-cümü 5cə faiz qaldırıldı ki, yanvar ayından da yenidən 2% əlavə olaraq tibbi sığortaya görə tutulacaq. Yenə toplama-çıxma əməli. Qaldı ki, “qayğıkeş” rektorun 95% məsələsinə, burda Qəribi tutur ağlamaq. Çünki büdcənin 75%i maaşa ayrılmalıdır, 95% i mümkün deyil, bəs bu universitetin təqaüdləri, bəs bu universitetin kommunal xərcləri, bəs konfranslar? Deməli, 95% abstrakt təxəyyülün numeroloji inikasıdır.

Bir az da, yaxın oturun, məntiqi məsələ çözək! 7483 nəfər tələbənin 90a yaxını əcnəbi tələbə olduğunu, 4190 nəfərinin ödənişli əsaslarla təhsil aldığını nəzərə alsaq büdcəyə girən 15 milyona yaxın gözqamaşdırıcı rəqəm təsəvvür edin. Hələ digər mənbələri, dil kurslarından gələn gəlirləri, sosial fonda yığılan məbləği, akademik fərqlərin ödənişini, alt qruplara yazılanları, 25%lik imtahanlarda iştirak edənlərin ödənişini, konfranslar, seminarlar, beynəlxalq layihələrin gətirdiyi maliyyəni, məqalə çapına yığılan pulları və s.saymaqla bitməyən qeyri-təbii resursları, faydalı qazıntıları, yeraltı və yerüstü sərvətləri demirik heç! Oxuduqca başınız hərləndimi? Bunları xərcləyənlərin isə ayaqları konfrans adıyla xarici səfərlərdə gəzintiləri, kurortları hərlənir, başları isə sizinki kimi hərlənmir, dincəlir. Özünə sərf edəndə publik hüquqlu şəxs olan, sərf etməyəndə isə “nazirliyin əsasnaməsi imkan vermir” deyən rektor universitet büdcəsini hara və necə xərcləyir? Niyə maaşları 20% artıra bilmir, indi aydın oldumu?

Adi müəllimin maaşı 500 AZN olduğu halda 700 AZN.ə yaxın, baş müəllim guya 750, dosent guya 1000-dən çox maaş alırmış kimi təqdim olunsa da, yazılan rəqəmlərdən qat-qat aşağı maaş alanların haqqı olan məbləği kimlər öz dəyirmanında üyüdür bəs? Açması, çox da çətin deyil. Təbii ki, Kamal Abdullayev və onun dostları. İsrarla yaratdığı Azərbaycanşünaslıq, Rusiyaşünaslıq, Multikulturalizm, Türkologiya laboratoriyalarında pedoqoji fəalliyyətdən uzaq olan 30-dan çox işçi çalışır. Onlar hardan maliyyələşir? Təbii ki, büdcədən! Lazımdır bu qədər bədxərclik? Hamam suyu ilə özünə dost tutur, öz cibindən vermirki! Dərs yükü çatmır deyərək, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimlərini uzaqlaşdırmağa çalışan “əliaçıq” rəhbər həmin kafedraya qanunsuz şəkildə dövlət büdcəsindən 2,5 ştatın maaşını alan dostu Muxtar İmanovu müdir qoymaqla yanaşı, Muxtar İmanovun “rəfiqəsi” Nuridə Muxtarzadəni, oğlunun yaxın dostu Sərraf Hüseynovu, Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanı da həmin kafedraya işə götürüb. Hələ əlavə olaraq, Muxtar İmanovun baldızı qızı Zülfiyyəni əsasnamədən kənar olsa da tyutor götürüb. Ümumiyyətlə, fakultələrdəki dekan müavini, tyutor, assistent sayları tələbə kontingentinə uyğun nizamlanmayıb, ifrat dərəcədə çoxluq təşkil edir. Bu da öz növbəsində hara vurur zərbəni? Təbii ki, universitet büdcəsinə!

Yaxın günlərdə daha bir tamaşa izlədik universitetdə. 2019-cu ilin dekabr ayının 1-dən tam ştata keçən Psixologiya kafedrasının müəllimi Könül Haqverdiyevanın əsl bacarıqlı psixoloq olduğunu sübut edən “solo-ifası”nı. Yazımız bədii əsər olmadığı üçün psixoloqun səsləndirdiyi vulqarizm və varvarizmləri qeyd etməsək də, onun Kamal Abdullayevə etdiyi psixoloji təsirin sonunda dekabr ayında tam ştata keçməyinə baxmayaraq, əmri dəyişdirib sentyabr ayının 16-na keçirdiyindən də, hətta sentyabrın 16-dan tam ştatı icra etməsə də əlavə maaşı da aldığından xəbərimiz var. Bu vəsait hardan xərclənir? Təbii ki, yenə də universitet büdcəsindən! Belə çıxır ki, universitet büdcəsindən layiq olanlar faydalanmaq əvəzinə, layiq olmayanlar talamaqla məşğuldur. Atası Hesablamalar Palatasında işləyən Əli Rzayevin də bu yaxınlarda ADU-nun maliyyə şöbəsinə işə götürülməsi yaxın gələcəyə hesablanmış strateji addımdır. Maliyyə şöbəsində Kamal Abdullayevin bacısı nəvəsi Bayramla “əli cibində” dolaşan Əli hər halda yaxın günlərdə Hesablamalar Palatasının ADU-da təşkil edəcəyi araşdırılmalarda sipər rolunu icra edəcək.

Bəs Kamal Abdullayev bütün bu cinayətlərin, özbaşınalığın fonunda Prezidentin apardığı islahatlardan kənar qaça biləcəkmi? Biləcəksə, beyinlərdə yaranan sual işarələrinin sayı çoxalacaq və istiqaməti də dəyişəcək deməkdir.

P.S. Yazıda qeyd olunan fikirlər müəllifin mövqeyidir. Redaksiya həmin fikirlərə görə məsuliyyət daşımır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

    Kamal Abdulla Azərbaycan Dillər Universitetinin ...

    1-06-2017, 18:36

  • 
  • Dövlət Dillər Universitetinin rektorunun məhkəməsində qalmaqal

    Dövlət Dillər Universitetinin rektorunun ...

    2-08-2019, 14:47

  • 
  • Şəkidə də büdcə vəsaiti kor-koranə mənimsənilib

    Şəkidə də büdcə vəsaiti kor-koranə mənimsənilib ...

    27-11-2013, 16:19

  • 
  • Kamal Abdulla Əvəz Zeynallını məhkəməyə verdi – ADU ətrafında yeni qalmaqal

    Kamal Abdulla Əvəz Zeynallını məhkəməyə verdi – ...

    30-07-2019, 13:29

  • 
  • Göz rəngini dəyişmək istədi, kor oldu - FOTO

    Göz rəngini dəyişmək istədi, kor oldu - FOTO ...

    30-08-2017, 17:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu