Gözəllik uğruna göz rəngini dəyişdirmək üçün lisenziyasız fəaliyyət göstərən klinikaya gedən qız az qala kor olacaqdı.
İstanbulda 17 yaşlı qız qəhvəyi rəngli gözlərini mavi rəngə boyatmaq üçün piqmentlərin dəyişdirilməsi üçün əməliyyat keçirib. Lisenziyasız fəaliyyət göstərən klinkaya müraciət edən qız prosedur üçün həkim belə olmayan bir şəxsə 25 min türk lirəsi ödəyib. Lazerlə piqment dəyişdirmə əməliyyatı uğursuz olduğu üçün özünü həkim kimi təqdim edən adam yoxa çıxıb. Qəflətən vəziyyəti pisləşən qız isə başqa bir xəstəxanaya köçürülüb. Gənc qızın kor olma riski var. İlk dəfə ABŞ-da populyarlaşan göz rənginin dəyişdirilməsi əməliyyatları iki formada aparılır. Lazerlə gözə rəng piqmentləri ötürülür və bir neçə həftə ərzində piqmentlər həmin sahəyə yayılaraq rəngi dəyişdirir. Bu əməliyyatın geri qayıdışı yoxdur və kor ola bilmə riski isə 80%-dir. Lakin bəzi həkimlər bunu xüsusi nazik linzalar şəklində hazırlayaraq gözə yeləşdirilər. Bu, səhiyyə təşkilatları tərəfindən dəstəklənməyən əməliyyat formasıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?