GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə - Ortada pul söhbəti var (FOTO)

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə - Ortada pul söhbəti var (FOTO)

Tarix: 19-12-2019, 13:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 316
Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə - Ortada pul söhbəti var (FOTO)


Gundemxeber.Az xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonunda yerləşən 86 saylı uşaq bağçasında məşkunlaşan məcburi köçkünlərdən ayna.az-a şikayət daxil olub. Şikayətdə deyilir ki, uşaq bağçasının bir korpusunda yaşayan məcburi köçkünlərin mənzillərinin tavanı bərbad vəziyyətdədir.

“1998-ci ildən burada yaşayan 12 məcburi köçkün ailəsinə verilən otaqlarının təmirə ehtiyacı var, yağış yağanda otaq su içində olur, yığılan vedrələrlə suyu boşaltmaqdan bezmişik. Otaqların çoxunun dam örtüyü pis vəziyyətdədir, təzələnməyə ehtiyac var”, - deyə şikayətdə bildirilir.

Onlar qeyd edirlər ki, bağçanın müdiri binaya ayrılan təmir pullarını ancaq özünə lazım olan hissəyə - tikilinin bağçaya düşən tərəfinə xərcləyir: “Biz tərəfin təmir pulunu isə cibinə qoyur, halbuki dövlət vəsaiti bütünlüklə binaya ayrılıb. Xanım müdir deyir ki, “özünüz yaşayırsınız, özünüz də evinizi təmir edin”. Bizim də imkanımız yoxdur”.

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə - Ortada pul söhbəti var (FOTO)


Məsələ ilə bağlı sayta açıqlama verən sözügedən bağçanın müdiri Rəhilə Fətullayevanın sözlərinə görə, bina ötən əsrin əvvəlində istismara verilib və artıq köhnə tikili kimi istismar müddəti bitdiyindən tez-tez təmirə ehtiyac duyulur: “Hər yer çat-çatdır. Binanın əsaslı təmirdən çox, yenidən tikilməsinə ehtiyac var. Binanın bir hissəsində bağça yerləşir, oranın dam örtüyünü yenicə təmir etdirmişik, hər tərəf yamaq olsa da, hələlik problem yoxdur”.

Şikayətçilərin iddiasına gəlincə, müdir deyib ki, həmin otaqların yalnız bir neçəsinin damında problem var: “Məcburi köçkün ailələrinin bir neçəsi öz hesabına tavanı təmir etdirmişdi, amma faydası yoxdur, çünki dam özü sıradan çıxıb, indi də mənlik heç nə yoxdur, zəhmət çəkib özləri təmir etsinlər. İldə üç dəfə siyahı hazırlayıram, imzalayıram, burada məskunlaşan məcburi köçkünlərlə bağlı ölçü götürülür. İcra hakimiyyətinin də xəbəri var vəziyyətdən. Onlar bir otaqda qala-qala toy ediblər, gəlin gətiriblər. Mən neyləyim axı? Onların sayı artıb, artıq onların evə ehtiyacı var”.

“Sözünüzdən belə çıxır ki, bu insanların ailə qurmaq hüququ yoxdur” sualına R.Fətullayeva belə münasibət bildirib: “Onların çoxalmağına görə mən məsuliyyət daşımıram. Bilirsiniz necədir? İstəsələr, orada özlərinə yaxşı şərait yaradarlar. Həm də hazırda şikayət edənlər özləri bu otaqları başqa bir məcburi köçkündən pulla alıb dəyişiblər. Ona görə də, orada yaşayanlarla hər hansı müqaviləm yoxdur, heç onlara görə məsuliyyət daşımıram. Bağça binası hazırda Dövlət Əmlak Komitəsinin balansındadır, açıq satışa, özəlləşdirilməyə çıxarılıb”.

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə - Ortada pul söhbəti var (FOTO)


Bağça müdirindən məcburi köçkünlərin yeni yaşayış evləri ilə təmin olunması ilə bağlı hansısa xəbərinin olub-olmadığını soruşduq. “Bu iş növbəli formada həyata keçirilir. Bizə “Qaçqınkom”dan deyirlər ki, “gözləyin”, biz də gözləyirik”.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin (QMKİDK) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev ayna.az-a deyib ki, Komitəyə ayrılmış vəsait daxilində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı kompakt yaşayış sahələrinin əsaslı təmiri nəzərdə tutulmur: “Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə elektrik naqillərinin təmiri və dəyişdirilməsi, dam örtüklərinin, sanitar qovşaqların təmiri kimi cari işlər həyata keçirilir”.

“Bağçalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007 və 2011-ci illərdə edilmiş əlavələrdə nəzərdə tutulub. Buna uyğun olaraq qeyd edilən obyektlərdə məskunlaşmış məcburi köçkünlərin mərhələli şəkildə yeni mənzillərə köçürülməsi məsələsinə baxılacaq”, - Mirzəyev əlavə edib.

İqtisadiyyat Nazirliyi nəzdində Əmlak Məsələləri Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə bildirib ki, 86 saylı uşaq bağçası özəlləşdirmə üçün satışa çıxarılsa da, orada baş verənlərin, eləcə də təmir məsələlərin onlara heç bir dəxli yoxdur.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Binəqədidə uşaq bağçasının müdiri öz qanunlar ilə işləyir… – GİLEY

    Binəqədidə uşaq bağçasının müdiri öz qanunlar ilə ...

    19-09-2019, 16:24

  • 
  • Əli Həsənov: "Yanğından zərər çəkən ailələrin yeni tikilən binaya köçürülməsi təklif olunacaq"

    Əli Həsənov: "Yanğından zərər çəkən ...

    29-11-2016, 20:15

  • 
  • Bağça müdiri barəsində cinayət işi başlanılıb – Müavini həbs olunub

    Bağça müdiri barəsində cinayət işi başlanılıb – ...

    16-10-2018, 17:32

  • 
  • Əli Həsənovun komitəsindən ədalətsizlik

    Əli Həsənovun komitəsindən ədalətsizlik ...

    19-08-2013, 22:06

  • 
  • Bakıda məcburi köçkün ailəsində faciə

    Bakıda məcburi köçkün ailəsində faciə ...

    9-05-2013, 11:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu