GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şahin Mustafayevin xırda sərvəti... - Oğlunun "çörəkpulu" ünvanları...

Şahin Mustafayevin xırda sərvəti... - Oğlunun "çörəkpulu" ünvanları...

Tarix: 23-12-2019, 14:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 553
Şahin Mustafayevin xırda sərvəti... - Oğlunun "çörəkpulu" ünvanları...


Baş nazirin yeni təyin olunmuş müavininin Türkiyədə oğlu Abdullanın adına qurduğu şirkətlərə nağd sərmayə qoyuluşu 3,6 milyon lirə, indiki məzənnə ilə təxminən 1 milyon manatdır.

Gundemxeber.Az arqument.az-a istinadla bildirir ki, o, 2008-ci ildən ölkənin iqtisadiyyatına cavabdeh quruma rəhbərlik edib. Sahibkarlara məbləği milyonlarla dollarla ölçülən investisiya təşviqi sənədi, eləcə də güzəştli kreditlər verən qurumlara rəhbərlik etsə də, Şahin Mustafayevin adı indiyədək - keçmiş rusiyalı həmkarı Aleksey Ulyukayevdən fərqli olaraq - rüşvət alma qalmaqallarında nə rəsmi, nə də qeyri-rəsmi şəkildə hallanıb. Hərçənd, bir çox müşahidəçi digər strateji hökumət qurumları kimi İqtisadiyyat Nazirliyində də bu yaxınlaradək bütün vertikal üzrə əmək haqqından əlavə mənşəyi məlum olmayan "paket maaşının” verildiyini deyirlər. Hər halda o, hökumətdəki bəzi həmkarları kimi oliqarx olaraq tanınmayıb. Amma görünür, o da qaynağı qaranlıq olan pullarını "qara gün üçün” xaricə, "daha etibarlı limana” daşımaq haqda tədbirlər alıb.

Şahin Mustafayevin əmək kitabçasında özəl bölmədə çalışmağına dair cəmi bircə qeyd ver. Dövlət müstəqilliyinin ilk illərində özəl şirkətlərin birində mühasib işləyib. 1992-ci ildən dövlət qurumlarında çalışıb və karyera pillələri ilə irəliləyib. Vergilər Nazirliyində, Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifələrdə işləyib. 2008-ci ilin prezident seçkilərindən sonra İqtisadiyyat naziri postuna gətirilib. Kadr dəyişiklikləri dalğasında bu ilin oktyabrında Baş nazirin müavini təyin olunan Ş.Mustafayev sən demə, 2015-ci ildə baş verən devalvasiya ərəfəsində qonşu ölkənin iqtisadiyyatına sanballı yatırım edibmiş. Britaniyada təhsil alan 20 yaşlı oğlu Abdulla 2014-cü ilin sonlarında İstanbulda iki şirkətə payçı kimi qoşulub.

Tələbə-işadamı

Abdulla Mustafayev 2014-cü ilin dekabr ayının 18-də azərbaycanlı işadamı Müşfiq Həsənovdan "Prestij Aracılik Hizmetleri İthalat-İhracat Pazarlama Sanayi Ticaret Limited” şirkətini satın alıb. Şirkət İstanbul, Lütfüpaşa küçəsindəki Hacı Bəy İş Mərkəzində yerləşir.

1993-cü ildə İstanbulda yaradılan bu şirkət Azərbaycandan olan ilk ortağı 2008-ci ildə qəbul edib. Mebel sənayesində çalışan 56 yaşlı Məşhur Məmmədov həmin il şirkətin səhmlərinin 90 faizini alıb. O zaman şirkətin kapitalı hələ 400 min lirə idi. 2014-cü ildə şirkət artıq bütövlüklə M.Həsənova məxsus idi. Səkkiz aydan sonra, dekabrda Müşfiq Həsənov nizamnamə kapitalını 3 milyon lirəyə qaldırdığı şirkəti 20 yaşına qədəm qoyan Abdulla Mustafayevə satıb. Abdulla Türkiyənin notariat ofisinə qeydiyyat yeri kimi Bakıda ailəsinin mənzilinin ünvanını (Hüseyn Seyidzadə küçəsi, ev 7, m. 54) təqdim edib. Maraqlıdır ki, 2015-ci ilə aid sənədlərə görə, Müşfiq Həsənovun da qeydiyyat yeri kimi həmin mənzil göstərilib. 2015-ci ilin fevralında Abdulla "Prestij Aracılik Hizmetleri” şirkətindəki payların 20 faizini yenidən Müşfiq Həsənova ötürüb. Nəhayət, bu ilin sentyabrında şirkət yenidən Abdulla Mustafayevin, London İqtisadi və Siyasi Elmlər Məktəbinin (LSE) mühasibat və maliyyə ixtisası üzrə magistr dərəcəsi ilə məzununun nəzarətinə keçib.

2014-cü ilin sentyabrında Məşhur Məmmədov, Müşfiq Həsənov və Abdulla Mustafayevin iştirakı ilə İstanbulda "ABM Construction Mimarlık Sanayi ve Ticaret Limited” şirkəti yaradılıb. O zaman LSE-də menecment ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan A.Mustafayevin adından şirkətin kapitalına 600 min lirə yatırlıb. Dereağzı məhəlləsindəki Bilal küçəsi, ev 3-də yerləşən və təsis sənədlərinə görə mənzil tikintisi ilə məşğul olan şirkətə ortaqlar toplam 1 milyon lirə sərmayə qoyublar. Bu şirkətə dair sənədlərdə A. Mustafayevin ev ünvanı olaraq həm də Bakı şəhəri, Həsən Əliyev küçəsi, ev 24, mənzil 13 göstərilir.

İngiltərəyə 16 yaşında gedən Abdulla əvvəlcə Concord kollecində, daha sonra isə LSE-də (2012-2015 və 2018-2019-cu illər) oxuyub. Onunla birlikdə bu universitetdə Azərbaycan Beynəlxalq Bankının MŞ-nin üzvü, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov da təhsil alıb.

Abdulla Mustafayev universitetə daxil olmazdan qabaq da atasının əlini kürəyində hiss edib. İqtisadiyyat Nazirliyinin nəzarətində olan "Azərbaycan İnvestisiya Şirkəti” ASC-də təcrübə keçib. Magistr dərəcəsi almaq üçün yenidən Londona 2018-ci ildə gedərkən isə SOCAR-da, bir vaxtlar atasının vitse-prezident kimi çalışdığı şirkətdə ilyarım iqtisadçı vəzifəsində işləyib.

Ortaqlar və tanınmış adlar

Müşfiq Həsənov 2009-cu ildə Bakıda yaradılan "Gilə-MVX” MMC-nin üç təsisçisindən biri və ilk direktorudur. Şirkətin qeydiyyat ünvanı (Bakı şəhəri, D. Bünyadzadə küç., ev 9, m. 66) həmtəsisçi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHMDK) İstehlak bazarına operativ nəzarət şöbəsinin müdiri işləmiş Bəybala İsmayılovun mənzilidir. Onun həyat yoldaşı Vəsilə İsmayılova bu şirkətin təsisçilərindəndir. Bir neçə il öncə vəzifəsini tərk edən B.İsmayılov indi "İstehlak Malları və Xidmətləri Sahəsində Maarifləndirmə" İctimai Birliyini yaradıb. Təkcə bu il dövlətdən sağlam qidalanma və ətraf mühitin mühafizəsi ilə bağlı layihələrin icrası üçün 15 min manat məbləğində qrantlar alıb. ASİHMDK-nın rəisi Zahid İsayevi də bu şirkətə başlayan tellər var. Onun həyat yoldaşı Xalsa İsayeva həmtəsisçi və "Gilə-MVX” MMC-nin hazırkı direktorudur.

Şahin Mustafayevin oğlunun Məşhur Məmmədovla ortaqlığı ikincinin Azərbaycandakı biznesinin irəliləməsinə də yardımçı olub. İqtisadiyyat Nazirliyinin nəzdindəki Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində Peşə Tədris Mərkəzinin, emalatxana qazanxanalarının, texniki su anbarlarının, nasosxananın, estakadanın və 16 mərtəbəli inzibati binanın tikintisi M.Məmmədovun "Progress Construction” şirkətinə verilib. Buradakı Peşə Tədris Mərkəzinin avadanlıqla təchiz olunması da bu şirkətə tapşırılıb. Bundan başqa, "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) - nazirliyin digər qurumunun sifarişi ilə Neftçala Sənaye Məhəlləsinin avadanlıq və inventarla təminatını "Progress Construction” MMC icra edib. Şirkətin müsabiqələr yolu ilə seçildiyi bildirilir. Ümumiyyətlə, 2014-2018-ci illərdə SKSP və AİŞ bu şirkətə 7 müqavilə üzrə 47,1 milyon manat ödəyib.

İş çevrələrində Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Məşhur Məmmədovun biznesini Elşad Abbasovla çiyin-çiyinə qurduğunu deyirlər. Onlar Azərbaycanın ən iri mebel istehsalçılarından olan "Embawood” şirkətinin, "Embafinans” Bank Olmayan Kredit Təşkilatının təsisçilərindəndir. Azərbaycanda və ölkə xaricində (Gürcüstan, Ukrayna və Qazaxıstan) mebel istehsal edən "Embawood” qrupunun aktivləri 100 milyon manatı aşır. 2018-ci ildə "Embawood” MMC-də M.Məmmədovun iştirak payı 32 faizdən 23 faizə düşüb. Şirkətə yeni payçıları arasında indi İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun həyat yoldaşı Nərminə Həsənova da var.

A.Mustafayev Türkiyədəki biznesi barədə ona ünvanlanan suallara cavab verməyib. Baş nazirin müavini Ş. Mustafayev də ona Nazirlər Kabinetinin mətbuat xidməti vasitəsilə təqdim olunan sorğunu cavabsız qoyub: "Əvəzində sorğu göndəriləndən bir həftə sonra, dekabrın 3-də, Abdulla Mustafayev şirkətlərin birindəki payını şəriklərə sataraq ortaqlıqdan çıxıb".

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şahin Mustafayevin 300 milyonluq zavodu

    Şahin Mustafayevin 300 milyonluq zavodu ...

    20-02-2015, 12:42

  • 
  • Millət vəkili: "Şahin Mustafayevin baş verənlərdən bir anlayışı varmı?"

    Millət vəkili: "Şahin Mustafayevin baş ...

    23-02-2016, 16:59

  • 
  • Sahibkarlar adına böyük talan

    Sahibkarlar adına böyük talan ...

    6-05-2013, 23:39

  • 
  • Şahin Mustafayev: "Azərbaycan və Rusiyanın əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindədir"

    Şahin Mustafayev: "Azərbaycan və Rusiyanın ...

    27-09-2018, 12:15

  • 
  • “Diqlas”dakı sahibkarlara güzəştli kreditlər Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilə bilər

    “Diqlas”dakı sahibkarlara güzəştli kreditlər ...

    29-03-2019, 11:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu