Sahibkarlığa Kömək Milli Fondu Gədəbəy və ətraf rayonlarda işləyən sahibkarlara güzəştli kreditlər verib. Fonddan verilən məlumata görə, müvəkkil kredit təşkilatları vasitəsilə 42 sahibkarlıq subyektinə 3,8 mln manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 260-yə yaxın yeni iş yeri yaradılacaq. Bu ilin əvvəlindən 1109 investisiya layihəsinin maliyyələşməsinə 120 mln manat ayrılıb. İndiyədək Dağlıq-Şirvan iqtisadi rayonunda cəmi 101,2 mln manatlıq 2900 layihə həyata keçirilib. Beləliklə, Fond 2013-cü ilin büdcəsinin 48%-i mənimsəyib. SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2012-ci ildə Fond 2400 layihəyə 218 mln manat güzəştli kreditlər verib. 2013-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 250 mln manata çatacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?