GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MƏKTƏB DİREKTORU NAZİR MÜAVİNİNİ NECƏ NİŞANGAHDA SAXLAYIR

MƏKTƏB DİREKTORU NAZİR MÜAVİNİNİ NECƏ NİŞANGAHDA SAXLAYIR

Tarix: 26-12-2019, 11:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 289
MƏKTƏB DİREKTORU NAZİR MÜAVİNİNİ NECƏ NİŞANGAHDA SAXLAYIR


"Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir. Bir insan başqalarının yanında qaydaları pozursa, qarşısındakına "qaydalara əməl et" tələbini qoya bilməz. Bəlkə də bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olmasının, valideynlərin məktəbdən uzaq, incik düşməsinin əsas səbəblərindən biri bu cür neqativ halların olmasıdır. Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan neçə məktəb direktoru var. Dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə biruzə verir. Bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq”.

Bu sözləri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hələ oktyabrın 15-də "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda dilə gətirmişdi. Bu günlərdə redaksiyamıza daxil olmuş məlumata inansaq, belə nəticə çıxarmaq olar ki, Məhəbbət müəllimənin bu sözləri ilk növbədə onun özünə aiddir. Məsələn, Məhəbbət Vəliyeva paytaxtdakı 53 saylı tam orta məktəbin direktoru Firəngiz Həsənovadan tələb edə bilməz ki, "qaydalara əməl et". Əlbəttə, söhbət qanunla düz mütənasib olan qaydalardan gedir. Məsələnin kökü isə bir qədər əvvələ - Məhəbbət xanımın yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi vəzifəsini daşıdığı dövrə gedib çıxır. Bu barədə bir az sonra...

Rəsmi statistikaya görə, 2019-2020-ci tədris ilinin on bir ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 2 məktəb direktoru və 2 direktor müavini əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə barələrində intizam tənbehi tədbiri tətbiq edilib, 3 məktəb direktoru və 2 direktor müavininə isə xəbərdarlıq edilib. Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək müqaviləsinə xitam verilib. 13 məktəb direktorunun iş yeri dəyişdirilib. 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib.

Amma əlbəttə, Nazirliyin kadr siyasətində "əsən yellər" Firəngiz Həsənovadan yan keçib. Redaksiyamızı məlumatlandıran etibarlı mənbə bunun səbəbini məktəb direktorunun nazir müavini ilə rəfiqə olması ilə əlaqələndirir. Məlumata görə, direktor məktəbdə yürütdüyü korrupsiya siyasətinə qarşı çıxmağa çalışan hər kəsə açıq deməkdən çəkinmir ki, Məhəbbət Vəliyeva hər vəchlə onu qoruyacaq, o üzdən heç kəsdən qorxusu yoxdur. Mənbə vaxtilə "rəfiqələr" barədə KİV-də yayılmış bir informasiyanı da xatırladıb. Doğrudan da həmin informasiya hələ də bəzi internet resurslarında qalmaqdadır: "Firəngiz Həsənova Məhəbbət Vəliyevaya Bakı şəhər Təhsil İdarəsinin müdiri təyin olunanda ona 20 min manatlıq brilyantla bəzədilmiş qızıl saat hədiyyə edib". Rəfiqələr bu informasiyanı hələ rəsmən təkzib etməyiblər, nə də məhkəmə qaydasında saytlardan çıxarılmasına cəhd etməyiblər. Amma gəlin razılaşaq ki, bu heç də üstündən sükutla keçiləsi, əhəmiyyət verilməyəsi məsələ deyil. Yəqin, elə buna görədir, Firəngiz Həsənova bu təhsil ocağını 15 ilə yaxındır ki, özünün şəxsi biznes obyektinə çevirib və topladığı haram kapital hesabına ölçüyəgəlməz var-dövlətə sahib olub.

Gundemxeber.Az cia.az-a istinadla bildirir ki, mənbənin verdiyi məlumata görə, direktor çox "mədəni" surətdə, nəzakətlə imkanlı valideynləri "məktəbin maliyyə baxımından idarə olunmasında iştiraka" dəvət edir. Həmin imkanlı valideynlərin müəyyənləşdirilməsi və siyahısının tutulması ilə direktorun təsərrüfat işləri üzrə müavini olan qaynı Rahib Cəfərov məşğul olur. Gözəl diksiyaya, məlahətli səsə malik olan xanım direktor həmin sahibkar, yaxud, məmur olan valideynlərə zəng vuraraq, zəmanədən, müəllimlərin məvacibinin azlığından gileylənir, nəticədə məqsədinə - hərədən 50-100 manat "ianə" qoparmağa nail olur. Bildirilir ki, Firəngiz müəllimənin ən çox istinad etdiyi söz təhsilimizin böyük qayğıkeşi olmuş Ümummilli lider Heydər Əliyevin "cəmiyyət nədən olur-olsun, haradan olur-olsun, kəsib təhsilə, məktəbə xərcləməılidir" fikridir. Bəli, Ulu öndərimizin bu fikri ilə biz də şərikik. Amma bu xərclər və xərc mənbələri şəffaf olmalıdır.

F.Həsənovanın gəlirlərini formalaşdıran əsas mənbələrdən biri məktəbin müəllimlərinin əksəriyyətinə dərs saatlarını çox yazaraq əlavə pullar götürməsidir. İnformatorumuz bildirir ki, 53 saylı orta məktəbdə 60-a yaxın müəllimə artıq dərs saatları yazılıb. O da qeyd olunur ki, F.Həsənova qaynının əli ilə məktəbin sinif otaqlarını repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərə aylıq icarəyə verib. Bundan əlavə, yuxarı siniflərdə oxuyan xeyli sayda şagirdin ancaq adları dərs jurnallarında getsə də, dərslərdə iştirak etmir, ya hazırlıq kurslarına, ya da özəl müəllim yanına gedirlər. Məlumata görə, bu qəbildən olan şagirdlər belə imtiyaza direktora ödədikləri 150 manat aylıq haqq hesabına yiyələnirlər.

Ehtimal var ki, F.Həsənova "brilyant məsələsi" barədə informasiyanın elektron KİV-dən silinməməsində, necə deyərlər, "əlçatan yerdə" olmasında maraqlıdır. Ən azından yarı zarafat, yarı gerçək kiməsə, kimlərəsə Məhəbbət Vəliyevanın ona borclu olduğunu xatırlada bilər. Necə ki, xatırladır da. İnanan inanacaq, inanmayan, məsuliyyət tələb edən də əgər "sözün başına ip atarsa", zarafata salıb deyə bilər ki, bunu mən demirəm, saytlar yazır. Bu yolla da məktəb direktoru nazir müavinini nişangahda, təzyiq altında saxlamağa çalışır.

Bu yerdə xatırlatmağa dəyər ki, Prezident İlham Əliyevin qətiyyətlə ortaya qoyduğu islahatlar cəmiyyət həyatının bütün sferalarını, o cümlədən, təhsili də əhatə edir. İnanırıq ki, çox keçmədən, F.Həsənovun qol qoduğu korrupsiya və maxinasiyalar araşdırılacaq, hansı vəsaitlə özünə dəbdəbəli ev, bahalı maşın alması müəyənləşçdiriləcək. Habelə, yürütdüü nepotizm (qohumbazlıq) siyasətinə də işıq tutulacaq - oğlunun vaxtilə tələbə qıza qarşı nalayiq hərəkətləri, Neft Şirkətində işləyən həyat yoldaşının hansı hadisəni ört - basdır etməsinə adınlıq gətiriləcək. Hərçənd, son qeyd etdiklərimiz əlahiddə söhbətin mövzusudur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Əhmədov: Təhsil sahəsində neqativ hallar hələ də var

    Əli Əhmədov: Təhsil sahəsində neqativ hallar hələ ...

    28-11-2018, 15:46

  • 
  • Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı

    Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı ...

    20-06-2013, 11:09

  • 
  • Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı

    Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı ...

    20-06-2013, 10:52

  • 
  • Məhəbbət Vəliyeva hara baxır? Məktəblərdə biabırçı olaylar…

    Məhəbbət Vəliyeva hara baxır? Məktəblərdə ...

    21-10-2016, 00:53

  • 
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu