Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbs təhlükəsi ilə üz-üzə olduğu bildirilir
Gudnemxeber.Az bildirir ki, ovqat.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Alimpaşa Məmmədovun da bəzi şəxslərin adına maaş yazaraq mənimsədiyi iddia olunur. Məlumata görə, iddia hüquq mühafizə orqanları tərəfindən araşdırılır və yaxın zamanlarda icra başçısı barədə yekun qərar veriləcək. Qeyd edək ki, əməkdaşımızın bir neçə gün əvvəl Şəmkir rayonuna səfəri zamanı söhbətləşdiyimiz rayon sakinləri də bizə Alimpaşa Məmmədovun korrupsiya əməlləri barədə təkzibolunmaz faktlar təqdim ediblər. Həmin faktlar əsasında yazılarımız dərcə hazırlanır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?