GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Alimpaşanın bayquş yuvasına çevirdiyi rayon – Şəmkirin dağılan tifaqları

Alimpaşanın bayquş yuvasına çevirdiyi rayon – Şəmkirin dağılan tifaqları

Tarix: 27-12-2019, 16:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 566
Alimpaşanın bayquş yuvasına çevirdiyi rayon – Şəmkirin dağılan tifaqları


Şəmkir idman nailiyyətləri ilə seçilən rayonlarımızdandır. Bu rayonun yetirmələri olan idmançılarımız beynəlxalq turnurlərdə dəfələrlə Azərbaycanın bayrağını ən yüksək zirvələrə qaldırıblar. Rayonun Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələrinin qazandığı nailiyyətlərin ümumi siyahısı da şəmkirlilərin idmana bəslədikləri məhəbbətdən xəbər verir.

2011-ci ildən 2017-cı ilə qədər Şəmkir güləşçiləri rayona respublika və beynəlxalq yarışlardan 35 medal gətiriblər. Onlardan 21-i sərbəst, 14-ü isə yunan-Roma güləşçilərinin payına düşüb. 2011-ci ildən 2017-ci ilə qədər şəmkirli boksçular respublika əhəmiyyətli və beynəlxalq turnirlərdə 6 dəfə fərqləniblər. Əliyev Coşqun Ceyhun oğlunun 2011-ci ildə İrlandiyada keçirilən Avropa Birinciliyində III yeri tutması təkcə şəmkirliləri deyil, bütün Azərbaycanı sevindirib. Şəmkirli uşaq taekvondoçularının Gürcüstanda keçirilən beynəlxalq yarışlardan hər il xeyli sayda medalla rayona qayıdırlar.

Bir zamanlar Şəmkir futbolçuları da Azərbaycanın ən öncül idmançılarından olub. Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk klub olan "Şəmkir” FK 2 dəfə Azərbaycan çempionu adını qazanıb. 2001/2002-ci il mövsümündə klubun 3-cü dəfə çempionluğa yüksəlmək şansı vardı. Di gəl ki, mövsümü yarımçıq dayandırmağa məcbur olan klub bu şansı əlindən qaçırır. Klubun fəaliyyətini dayandırması isə qeyri-adi səbəblə izah edilir. Dövri mətbuat bu tənəzzülün səbəbini maliyyə çatışmazlığı və klub stadionunun onların əlindən alması ilə əsaslandırırdı:

[center]Alimpaşanın bayquş yuvasına çevirdiyi rayon – Şəmkirin dağılan tifaqları

“Sakinlər deyir ki, stadionun 2000-ci illərdən bağlı qalıb. 15 il müddətində stadionun bağlı qalması da A.Aslanovun orada futbol və digər oyunların keçirilməsinə icazə verməməsi olub... Şəmkirdə danışırlar ki, komandanın stadiondan qovulması klubun prezidenti, "Saşa" kimi tanınan Şahbaz Süleymanovla Aslan Aslanovun münasibətlərinin korlanmasından sonraya təsadüf edib.

"Şəmkir" komandası növbəti qələbədən sonra yarım milyon mükafat qazanıb. Həmin vaxt A.Aslanov Ş.Süleymanovu yanına dəvət edib və ondan mükafatın 80 faizinin ona verilməsini istəyib. Bu zəmində yaranan mübahisə A.Aslanovun komandanı stadiondan qovdurması ilə nəticələnib”. (musavat.com)

Alimpaşanın bayquş yuvasına çevirdiyi rayon – Şəmkirin dağılan tifaqları

Gözləmək olardı ki, Şəmkirin yeni rəhbəri Alimpaşa Məmmədov klubla sabiq başçı arasında yaranan və komandanın tənəzzülünə səbəb olan bu insidenti həll edəcək, stadionu əsl sahibinə qaytaracaq. Alimpaşa Məmmədovun çözümü isə fərqli olur: “Şəmkirdə yayılan söhbətlərə görə, bir müddət əvvəl (2015-ci ildə - H.O.) A.Aslanovu rayona dəvət edib stadionu dövlətə satmasını təklif ediblər. Sabiq nazir müavini ona təklif olunan məbləğlə razılaşmayıb. Sakinlər A.Aslanova 3 milyon manat təklif edildiyini, o isə daha artıq istədiyini deyiblər. A.Aslanovun tələb etdiyi məbləğ veriləndən 3-5 dəfə çox olub – 10-15 milyon manat. Bununla da A.Aslanovla sövdələşmə bitib” (Eyni qaynaq). Və bir zamanlar Azərbaycanın ən uğurlu futbol komandasını, müxtəlif idman növlərində çempionlarını yetişdirən stadionun sökülməsinə qərar verilib.

2015-ci ildə stadion söküləndə Şəkmir camaatı bu yerdə park salınacağına, mədəniyyət mərkəzinin tikiləcəyinə ümid edirdi. Stadionun xarabalıqları isə indiyədək şəmkirlilərə göz dağı verir.

Alimpaşanın bayquş yuvasına çevirdiyi rayon – Şəmkirin dağılan tifaqları

Uzun illər rayonun ictimai həyatında mühüm rol oynayan, Şəmkir İcra Hakimiyyətində və Bələdiyyəsində rəhbər vəzifələrdə çalışan, aqrar elmlər üzrə fəlsəfə doktoru İbrahim İbrahimovun stadionun sökülməsi barədə başqa iddiaları da var. Onun sözlərinə görə, stadionun sökülməsinin əsl səbəbi regionların sosial-iqtisadi inkişafı çərçivəsində Şəmkirə ayrılan vəsaitin mənimsənilməsi və inşa olunan yeni iş yerlərini tikinti materialları ilə təmin edilməsi imiş. Başqa sözlə desək, stadionun sökülməsinə qərar verən Alimpaşa Məmmədov onun daşını-dəmirini başqa obyektlərin tikintisində istifadə edilməsi üçün iş adamlarına satıb. Sənədlərdə isə stadionun söküntüsü real qiymətindən xeyli baha qiymətə alımış yeni materiallar kimi göstərilib. Gəlin, çox şərhə girişmədən, müsahibimizin fikirlərini öz dilindən eşidək:

İbrahim müəllimin fikirlərindən də aydın olur ki, Şəmkirin mərkəzindəki stadionun sökülməsi rayonda idmanın inkişafına ciddi zərər vurub. Baxmayaraq ki, rayonda yeni tikilmiş İdman Olimpiya Kompleksi var, fəqət bu kompleks şəhərdən kənarda yerləşdiyindən uşaq və yeniyetmələr həmin idman mərkəzinə getməkdə çətinlik çəkirlər. Üstəlik, İdman Olimpiya Kompleksləri Azərbaycanın digər rayonları kimi Şəmkirdə də zəngin insanların əyləncə mərkəzinə çevrilib. Halbuki, rayon mərkəzində fəaliyyət göstərən stadion həm uşaqların daha rahat gedib-gəlməsi, həm də kasıb balalarının üzünə açıq olması baxımından gələcəyin idmançılarının yetişdirilməsinə daha yaxşı xidmət edə bilərdi. Şəmkirin bu idman perspektivi isə indi bayquş oylağına çevrilib. Lap Nizami Gəncəvinin məşhur rəvayətində deyildiyi kimi, belə görünür ki, Şəmkirə nə qədər Alimpaşa müəllim rəhbərlik edir, bayquşların öz ovladları üçün başlıq pulu verməsində heç bir problem yaşanmayacaqlar.

Alimpaşanın bayquş yuvasına çevirdiyi rayon – Şəmkirin dağılan tifaqları

Şəmkiri gəzərkən Alimpaşa Məmmədovun bayquşlara hədiyyə etdiyi başqa məkanlarla da tanış olmaq fürsəti tapdıq. Bunlardan biri də rayonun mərkəzində tikilən çörək və şirniyyat zavodudur. İndi tikintisindən belə əsər-əlamət qalmayan bu müəssisə Şəmkirin “Azərişıq” ASC-nin yanında yerləşirmiş. Onun yox edilməsində rayonun çörək monopoliyasını ələ keçirmək məqsədi dayandığı bildirilir. Məlumata görə, Şəmkirdə “Nəfis” adlı çörək zavodu açan sabiq Vergilər naziri Fazil Məmmədov digər rəqiblərini tamamilə sıradan çıxarmaq eşqinə düşüb. Rayona başçı təyin etdirdiyi Alimpaşa Məmmədovun əliylə bəzi çörək zavodları zorla sökülüb, bəziləri isə rəqabətə dayanmayaraq bağlanıb. Beləcə, rayonda dövlət idarələrindən tutmuş yerli sakinlərə qədər hər kəsin çörək ehtiyacı bir müəssisə ilə ödənilib – “Nəfis” çörək zavodu ilə.

Alimpaşanın bayquş yuvasına çevirdiyi rayon – Şəmkirin dağılan tifaqları

Hazırda “Nəfis”-in Fazil Məmmədovun sahibkarlığında qalıb-qalmadığı isə bilinmir. Rayon sakinlərinin bildirdiyinə görə, sabiq Vergilər naziri işdən qovulan kimi ilk zərbəni Alimpaşa müəllimdən alıb. A.Məmmədovun vaxtilə onu ucaldan, əvvəl Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə gətirən, sonra isə Şəmkirin icra başçısı qoyduran Fazil Məmmədovdan üz döndərməsi uzun sürməyib. Hətta işdən çıxarıldığı gün Fazil Məmmədovun rayondakı villasının qazı kəsilib. Görünür, sabiq nazirin qanında şəkərin kəllə çarxa çıxmasında da üzləşdiyi bu xəyanətlərin mühüm rolu var. Baxmayaraq, Fazil Məmmədov da öz himayədarına bənzər əməllərilə ad çıxarmışdı və onu da eyni aqibətin gözlədiyi İlahi Ədalətin təcəllisi idi.

Alimpaşanın bayquş yuvasına çevirdiyi rayon – Şəmkirin dağılan tifaqları

Alimpaşanın normadan iri boruyla nəql olunan qazı belə keçmiş himayədarına çox görməsi səbəbindən, rayon sakinləri “Nəfis” çörək zavodunun Fazil Məmmədovda qalması ehtimalına inanmırlar. Yekdil qənaətə görə, həmin müəssisə Alimpaşa Məmmədov tərəfindən ələ keçirilib. İddianın nə dərəcədə səhih olub-olmadığını araşdırmağı dövlət yetkililərinə buraxaraq, biz “Nəfis”-in nəfsinin ilk qurbanı olan xarabalıqdan reportajımızı təqdim edirik:

Sözsüz ki, yerlə yeksan olunan bu müəssisələr bayquşlara hədiyyə edilmək üçün uçurulmayıb. İddialara görə, rayonda özünə aid olmayan bütün müəssisələri sökən Alimpaşa Məmmədov onların torpaq sahəsini başqalarına satmaqla məşğuldur. Bu ərazilərdən bəziləri artıq satılıb da. Aşağıda şəkilini təqdim etdiyimiz bu yerdə vaxtilə 2-mərtəbəli 2 buna yerləşirdi. Səməd Vurğun küçəsi 115 ünvanında yerləşən 20 sotluq ərazi rayonda dondurma alveri ilə məşğul olan Rüstəmov Vahid Allahyar oğlu adlı iş adamına satılıb. Deyilənə görə, 230 min manata xırıd edilən bu yerdə şadlıq sarayı və super market tikiləcək. Həmin məbləğin 150 min manatı torpaq puluna, 80 mini isə sənədləşməyə gedib.

Rayon sakinlərinin bildirdiyinə görə, vaxtilə konyak zavodunun yaşayış binaları da sökülüb hərraca çıxarılıb. Ən maraqlı hadisə isə rayonun bir zamanlar simvoluna çevrilən Şəmkir Rayon Sovetinin məşhur binasının başına gələnlərdir. Rayonun mərkəzində yerləşən bu binada vaxtilə 30-a yaxın hökümət və ictimai təşkilat yerləşirmiş. Həmin dövlət təşkilatları rayonun müxtəlif yerlərindəki licimindən cin ürkən bitli otaqlara köçürülərək bina sökülüb və Rusiyada işləyən bir iş adamına xeyli baha qiymətə - 1.2 milyon manata satılıb. İş adamının həmin ərazidə çox mərtəbəli bina tikmək sevdası isə baş tutmamışdır. Səbəb tikilməsi nəzərdə tutulan binanın yuxarı mərtəbələrindən Şəmkirdəki hərbi obyektlərdən birinin görünməsi ehtimalı imiş.

Qısası, Alimpaşa Məmmədovun yağlı təkliflərinə inanan iş adamı indi ondan pulunu tələb etsə də, ala bilmir. Rayon Sovetinin binası söhbəti xeyli uzun olduğundan bu barədə araşdırmalarımızı gələcək yazılarımıza saxlayırıq.

Alimpaşanın bayquş yuvasına çevirdiyi rayon – Şəmkirin dağılan tifaqları

Hələlik isə milyonlarla oynayan icra başçısının və onun əlaltısı olan Şəmkir şəhər bələdiyyə sədri Vüqar Həsənovun iki uşaq atası Royal Əliyevin başına uçurduğu daxmadan danışmaq istəyirik. Şəhərə yaxın örüşlərdən birində tikilən bu dar daxmanın uçurulma səbəbi çox sadədir. Artıq daşları qalan ev sahibinin iddiasına görə, bələdiyyəyə rüşvət vermədiyi üçün bu acı tale ilə üzləşib. Qışın bu oğlan çağında iki azyaşlı uşağı ilə çöldə qalan Royalın körpə balasının qorxusundan qaçıb gizləndiyi çarpayının altından çıxarılaraq rayon polis idarəsinə aparılması isə əsl bədii film mövzusudur. Biz hələ 1 yaşlı digər körpənin də cinayətkar kimi polisə aparılmasından danışmırıq. Şəmkirli bir ailənin başına gətirilən müsibətləri, gəlin, ailə başçısının dilindən eşidək:

Şəmkirdə dağılan tifaqları seyr etdikcə, Yaponiyada cudo üzrə dünya çempionluğuna sponsorluq edən Azərbaycan dövlətinin (SOCAR – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) öz vətəndaşına bu cür düşmən münasibəti heyrət doğurmaya bilmir. Nə yazıq ki, bu heyrətamiz qənaətin formalaşmasında özlərini xan kimi aparan yerli rəhbərlərin müstəsna rolu var və bütün bu özbaşınalıqlar Prezident İlham Əliyevin məmurları vətəndaşlarla insan kimi davranmağa çağırmasına rəğmən törədilir.



Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Uşaq paralimpiyaçılarımız boccia üzrə beynəlxalq yarışda

    Uşaq paralimpiyaçılarımız boccia üzrə beynəlxalq ...

    19-08-2017, 15:49

  • 
  • Şəmkirli oğru tutuldu

    Şəmkirli oğru tutuldu ...

    19-08-2015, 14:12

  • 
  • Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib

    Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz ...

    16-06-2015, 09:43

  • 
  • Güləşçimiz dünyanın ən yaxşısı seçilib

    Güləşçimiz dünyanın ən yaxşısı seçilib ...

    28-03-2014, 09:23

  • 
  • Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

    Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman ...

    27-04-2016, 17:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu