"Azərenerji"nin adının hallanmasını istəməyən əməkdaşı bildirib ki, qurumun işçilərə "bayrampulu" kimi təqdim edilməli olan 100azn doğru-dürüst ələ gəlib çatmayıb.
Gundemxeber.Az mediapress.az-a istinadla xəbər verir ki, "Bayrampulu" olan 100 manatın 50 manatı çıxılıb, qalan 50 manatına isə 12 ədəd pomidor paylanılır. Bu, biabırçılıqdır! 2 kq pomidor orta hesabla 25 azn-ə başa gəlib çıxır. Belə çıxır ki, 100 azn-nin əvəzinə 12 ədəd pomidor alırıq. "Bu, haqsızlıqdır!" - deyə açıqlama verən işçi bu vaxta kimi belə "unikal" hadisənin baş vermədiyini, "Azərenerji"nın ilk dəfədir ki, işçilərinə belə "sürpriz" etdiyini bildirir.
Məsələ ilə bağlı "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayevlə əlaqə saxlamağa çalışdıq. Amma hələlik mətbuat xidmətinin qəbuluna düşmə şansımız olmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?